Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2617/2021 17.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment ödənilməkdən azad edilərək yığılmış aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment ödənilməkdən azad edilərək yığılmış aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, iddiaçı bir-biri ilə əlaqəli olmayan tələbləri bir icraatda birləşdirmişdir. Belə ki, qanunvericilikdə Ailə Məcəlləsinin 107-ci maddəsində aliment ödəməkdən azad edilmənin konkret əsasları göstərilmişdir və iddia ərizəsində birləşdirilmiş tələblər heç bir halda bir-biri ilə əlaqəli deyil və biri digərini tamamlamır. Ailə Məcəlləsinin 109.1-ci maddəsinə əsasən aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. Bununla yanaşı iddia ərizəsində aliment borcunun silinməsi tələbi qoyulduğu halda iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 112.1.4-cü maddəsinə əsasən müddətli verilmə və ya ödəmə haqqındakı iddialarda—bütün vermə və ya ödəmələrin məcmusu ilə, lakin 3 ildən artıq olmamaqla müəyyən edilir. Buna görə də, iddiaçı tərəfindən aliment borcunun silinməsi tələbinə dair iddia qaldırıldığı halda 30 (otuz) manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsi müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsanları aradan qaldırmaqla hər bir tələb üzrə ayri-ayrılıqda yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment ödənilməkdən azad edilərək yığılmış aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanları aradan qaldırmaqla hər bir tələb üzrə ayri-ayrılıqda yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov..
Məhkəmə qərarları › İş №2(067)-2617/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2617/2021
17.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver