Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-262/2023 11.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə birgə nikahından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X2 yaşayış yerinin onun yanında olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2009-cu ildə el adəti ilə toy edərək evlənmişlər və xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 doğulmuşdur. Xaçmaz rayon məhkəməsi vasitəsi ilə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra oğlu X6 və qızı X7 Cavabdeh yanında qalmışlar. Lakin xx.xx.2022-ci il tarixdə oğlu X6 onun yanına gələrək onunla yaşamasını bildirmişdir. Artıq cavabdehin yanına dönməyəcəyini bildirirək Xaçmaz rayonu, Ağaşirin-oba kəndindəki ata yurdunda qalıb yaşamağını demiş və Xaçmaz rayonu, Manaf-oba kəndində yerləşən orta məktəbdə təhsil almaq istədiyini bildirmişdir. O, dəfələrlə cavabdehə bildirmişdir ki, uşaq artıq neçə aydır ki, onun yanındadır və Xaçmaz rayon İcra Şöbəsinin icra məmuruna yazılı olaraq ərizə ilə müraciət edib bildirib ki, Vilayət İddiaçı yanında qalır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, oğlu onun yanına gələrək onunla yaşamaq istədiyini bildirmişdir. Əvvəl anası ilə birgə qalırdı. O, da bununla bağlı 2022-ci ilin may ayında məhkəməyə müraciət etmişdir. Hazırda da uşaq onun yanında qalır. Qızı isə anası ilə qalır. Onların rəsmi nikahı 2021-ci ildə pozulub. Amma uzun illərdir ki, ayrı yaşayırlar. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, bütün bu söhbətlər alimentə görədir. İddiaçı alimenti ödəməmək üçün bu yola əl atıb. O, uşağını görə bilmir. Halbuki həmişə onun yanında qalıb. Məktəbə görməyə gedir, amma uşaq qeyri-normal hərəkətlər edir. Müəlliməsinə deyib ki, atasından icazə almamış anası ilə söhbət edə bilməz. O, uşağını iddiaçıya vermir. İddianıda heç bir şəkildə qəbul etmir. Onlar uzun illərdir ki, ayrı yaşayırlar. Uşaqlar da həmişə onun yanında qalıblar. İddiaçı sadəcə bunu aliment ödəməmək üçün edir. 4-5 ildir ki, aliment ödəmir. Bilir ki, məhkəmə qərarından sonra yenə uşağı yanına göndərəcək. Öz yanında saxlayan deyil. Onun heç alimentinə belə ehtiyacı yoxdur. İllərdir ki, uşaqlara özü baxıb. Uşaqlar məhkəmə qərarı ilə ona verilib. Bununla bağlı məhkəmə qətnaməsi də var. İddianın təmin olunmamasını xahiş edir. İş üzrə üçüncü şəxs Qəyyumluq və Himayəçilik komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 anadan olmuşdur. İş materiallarından müəyyən olunur ki, tərəflərin nikahı Xaçmaz rayon məhkəməsinin qətnaməsinə əsasən ləgv edilmiş birgə nikahlarından olan uşaqları analarının himayəsində qalmaqla, onların saxlanması ümün İddiaçı cəmi 260 manat aliment alınaraq X3 ödənilməsi qət edlmişdir. İş materiallarında olan Arayışdan müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü X6 atası İddiaçı himayəsindədir. Qeyd olunan rəyə əlavə olunmuş ərizələrdən müəyyən olunur ki, X6 atası ilə qalmaq istədiyini bildirmişdir. İş materiallarında olan Xaçmaz rayon Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2022-ci il tarixli, 2429 nömrəli rəyindən müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü X6 oğlunun atası İddiaçı himayəsində saxlanılmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 11/604 nömrəli ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü X2 halhazırda İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anası Cavabdeh bağlılığı müəyyən olunmur. xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 bir-birinə bağlılığı, hissiemosional tələbatı yüksək olmaqla, uzun müddət ərzində ünsiyyətdə olmamaları onların emosional-iradi sferalarına neqativ təsir göstərə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2.-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2.-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4.-cü maddəsinə uyğun olaraq, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onlarıın rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinin 2-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinin 3-cü bəndinə əsasən İştirakçı dövlətlər təmin edirlər ki, uşaqların qayğısına qalmaq və ya müdafiəsi üçün cavabdeh olan idarələr, xidmətlər və orqanlar səlahiyyətli orqanların qoyduqları normalara, o cümlədən təhlükəsizlik və səhiyyə, onların işçi heyətinin say tərkibi və yararlığı, habelə mötəbər nəzarət baxımından cavab versinlər. BMT-nin «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktının 10-cu maddəsinin 3-cü bəndinə əsasən bütün uşaqlara və yeniyetmələrə münasibətdə, ailə mənşəyinə və digər əlamətlərə görə heç bir ayrı-seçkilik salmadan xüsusi himayə və kömək tədbirləri görülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X2 (hazırda) yaşayış yerinin atası İddiaçı yanında olması müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh alınaraq X5, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-262/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-262/2023
11.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver