Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2642/2024 20.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı qazancın və başqa gəlirlərin ¼ hissəsi miqdarında aliment tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qazancın və başqa gəlirlərin ¼ hissəsi miqdarında aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh rəsmi gəlirinin (əmək haqqıya köçürülən vəsait) ¼ hissəsinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh onun həyat yoldaşı olub. Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə arasındakı nikah pozulmuşdur. Mediasiya şurasının xx.xx.2023-cü il tarixli arayışı ilə cavabdehlə arasındakı razılaşma əsasında birgə nikahdan doğulmuş 11 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 300 manat sabit məbləğdə aliment alınaraq ona ödənilməlidir. Lakin cavabdeh alimenti vaxtaşırı ödəmir. Ona görə məhkəməyə müraciət etmişdir. Cavabdeh Reysstr idarəsində baş qeydiyyatçı vəzifəsində işləyir və qazancı qeyri müntəzəmdir. Hesab edir ki, cavabdehin rəsmi gəlirinin (əmək haqqıya köçürülən vəsait) ¼ hissəsi tutularaq alimenti ödəmək iqtidarındadır. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh rəsmi gəlirinin (əmək haqqı kartına köçürülən bonuslar, bayram pulları, əlavə ödənişlər və digər rəsmi gəlirlər) ¼ hissəsinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehlə 3 ildir ki, ayrılmışlar. 2 ildir aliment almır. Mediasiya prosesində aliment ödənilməsi ilə bağlı razılıq əldə etmişlər, bir uşağın saxlanılması üçün cavabdeh hər ay 300 manat aliment ödəməlidir. Lakin cavabdeh ödənişləri etmir. Məhkəmə iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi çatdırmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 443655 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasındakı rəsmi nikah qeydi Xaçmaz rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından 11 avqust 2016-cı ildə X2 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Qusar 1 saylı mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından müəyyən olunur ki, İddiaçı mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində dövlət rüsumu ödəmişdir Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh "Daşinmaz Əmlakin Dövlət Kadastri Və Reyestri" Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsində bölmə müdiri işləyir və aylıq əmək haqqı 2102 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1.1. 1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 16 avqust 2024-cü il tarixdə Xaçmaz rayon Məhkəməsinə daxil olmuşdur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin: 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqları - 11 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 16 avqust 2024-cü il tarixdən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi (¼) məbləğində aliment tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi təmin edildiyindən, yəni alimentin məbləği qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi məbləğində (525.50 manat) müəyyən olunduğundan, iddianın qiyməti 525.50 manat x 12 aya = 6306 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 83.06 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli və tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqları - 11 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 16 avqust 2024-cü il tarixdən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi (¼) məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqları - 11 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 16 avqust 2024-cü il tarixdən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi (¼) məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 83.06 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamənin alimentə aid hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-2642/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2642/2024
20.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver