Məhkəmə qərarları › İş №2(067)-2690/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2690/2024

12.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2690/2024 12.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və cavabdeh X1 və onun vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh X2 qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Məhkməsinin xx.xx.2024-cü ii tarixli 2(067)-467/2024 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü Bədəİov Abdullah Əli oğlu və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına catana kimi saxianması uçün 13 noyabr 2023-cü ii tarixdən başlayaraq, İddiaçı oglundan hər ay hər uşaq uçün 190 manat olmaqia, ümumilikdə 380 manat rnəbləğində qət oİunmuş alimentin miqdarinin azaldılaraq, iki uşaq üçün liar ay əmək haqqının 1/3 hissəsi miqdarında alimentin qət edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh X4 ilə xx.xx.2019-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşdur. Birgə nikahdan övladları xx.xx.2019-cu il təvəllüdlü Bədəİov Abdullah Əli oğlu və xx.xx.2021-ci il təvəllüdlü X5 dogulmuşlar. Cavabdehlə ailə münasibətləri normal olmuş, lakin son zamanlar cavabdehin ona qarşı münasibəti dəyişmiş, aralarında narazılıqlar yaranmış, sonradan ona məİum olmuşdur ki, cavabdeh başqa şəxslə ona xəyanət edir. Bu səbəbdən artıq İ il 3 aydır ki, ayrı yaşayırlar. Cavabdehlə bundan sonra barışaraq bir ailədə yaşamaları qeyri mümkündür. Cavabdehlə arasındakı nikahın pozulmasina dair iddiası üzrə mülki iş Xaçmaz rayon məhkəməsinin icraatındadir. Uşaqları cavabdehin himayəsindədir. Xacmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-467/2024 saylı qətnaməsi ilə cavabdehin ona qarşı alirnent iddiası qismən təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü Bədəİov Abdullah Əli oğlunun və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına catana kimi saxlanmaları üçün 13 noyabr 2023-cu ii tarixdən başlayaraq, İddiaçı oglundan hər ay hər uşaq üçün 190 manat olmaqia, ümumilikdə 380 manat məbləğində sabit pul şəklində alimentin alınaraq cavabdehə verilrnəsi qət edilmişdir. Artiq 7 aydır ki, qətnaməyə əsasən müəyyən edilmiş 380 manat məbləğində alimenti çox cətinliklə odəyir. Azərbaycan Respublikası Müdáfiə Sənayesi Nazirliyində muhafizəçi işləyir, aldıgı əmək haqqı 540-580 manat arasinda dəyişən məbləğdir. Başqa gəlir və qazanc yeri yoxdur. Cavabdehlə bir ailədə yaşadıqları müddətdə əmək haqqı kifayət etmədiyindən, Xaçmaz rayonunun İlxıçı kəndində cavabdehin atasına məxsus həyətyanı torpaq sahəsində banklardan kredit alıb həmin maddi vəsait hesabına tövlə tikib təsərrüfat quraraq xırda buynuzlu mal-qaranın, qaz quşlarının saxlanması ilə məşğul olurdu. Hazırda qeyd olunan təsərrüfat cavabdehin sahiblik və istifadəsində olmaqla qurduğu təsərrüfatdan əldə olunan bütün gəlir və qazancdan cavabdehin ailəsi istifadə edir, o, isə yalnız aldığı əmək haqqı ilə dolanır. Əmək haqqından da 380 manat aliment ödəyir. Maddi vəziyyəti olduqca ağırdır, alimenti ödəməyə çətinlik çəkir. 2024-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Bu hər iki valideynə münasibətdə qəbul edilmiş məbləğdir. Uşağı saxlamaq hər iki valideynin borcudur. Lakin iddiaçı uşaqların saxlanılmasında, maddi ehtiyaclarının qarşılanmasında iştirak etməyərək, uşaqların saxlanması üçün tələb olunan yaşayış məbləğinin yalnız onun tərəfindən qarşılanmasını istəyir. Ondan hər ay 380 manat alimentin tutulması onun üçün ağır məhrumiyyətlər yaradır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan iki uşağı var. Cavabdehlə ailə münasibətləri normal olsa da, sonradan aralarında narazılıqlar yaranmışdır. Artıq 1 il 3 aydır ki, ayrı yaşayırlar. Cavabdehlə aralarında olan nikahın pozulmasına dair iddia tələbi üzrə mülki iş məhkəmənin icraatındadır. Uşaqlar hazırda cavabdehin himayəsindədir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehin iddiası qismən təmin edilərək, iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat alimentin ondan tutulması qət edilmişdir. Aliment məbləğini çox çətinliklə ödəyir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində mühafizəçi işləyir, əmək haqqı 540-580 manat arasında dəyişir. Başqa gəlir yerim yoxdur. Cavabdehlə bir ailədə yaşadığı müddətdə Xaçmaz rayonunun İlxıçı kəndində cavabdehin atasına məxsus həyətyanı torpaq sahəsində bankdan kredit götürərək tövlə tikib təsərrüfat quraraq mal-qaranın, qaz quşlarının saxlanılması ilə məşğul olurdu. Hazırda təsərrüfat cavabdehin istifadəsindədir və qurduğu təsərrüfatdan əldə olunan gəlir və qazancı cavabdeh və ailəsi istifadə edir. O, isə yalnız aldığı əmək haqqı ilə dolanır. Alimenti ödəməkdə çətinlik çəkir. Ona görə də alimentin miqdarının azaldılaraq iki uşaq üçün hər ay əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, xx.xx.2019-cu ildə iddiaçı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2019-cu ildə Bədəİov Abdullah Əli oğlu və xx.xx.2021-ci ildə X5 doğulmuşlar. Artıq uzun müddətdir ki, iddiaçı ilə ayrı yaşayırlar. Uşaqlar hazırda özünün himayəsindədir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh may ayından bəri alimenti ödəyir. Alimentin məbləğinin azaldılmasına razı deyil. Ona görə ki, o, özü də xəstədir, əməliyyat olunmuşdur və işləyə bilmir. Məhkəmə iclasında cavabdeh X1 vəkili Vəkil iddianı qəbul etməyərək bildirmişdir ki, tərəflərin ailə vəziyyətində heç bir dəyişiklik olmadığından, hesab edir ki, alimentin azaldılmasına heç bir əsas yoxdur. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 067576 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında rəsmi nikah qeydə alınmışdır. Nikaha daxil olarkən Cavabdeh ərinin soyadına uyğun olaraq Bədəlova soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 267833 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə X1 birgə nikahından xx.xx.2019-cu ildə Bədəİov Abdullah Əli oğlu anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 267834 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə X1 birgə nikahından xx.xx.2021-ci ildə X5 anadan olmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(067)-467/2024 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı X1 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2019-cu il təvəllüdlü Bədəİov Abdullah Əli oğlu və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına catana kimi saxianması uçün 13 noyabr 2023-cü ii tarixdən başlayaraq, İddiaçı oglundan hər ay hər uşaq uçün 190 manat olmaqla, ümumilikdə 380 manat rnəbləğində alimentin alınaraq X2 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Qusar 1 saylı mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından və xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tələbi ilə bağlı mediasiya prosesinə müraciət etmiş və mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatından müəyyən olunmuşdur ki, o, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində mühafizəçi işləyir və ayda 546 manat əmək haqqı alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2024-cü ildə 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə hesab edir ki, aliment tələblərinə dair iddialara baxılarkən, işin konkret halları, valideynlərin hər birinin himayəsində neçə uşağın saxlanılması, onların yaşı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zəruriliyi və digər hallar nəzərə alınmalıdır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək alimenti ödəmək vəzifəsini daşıyan şəxsə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112-ci maddəsinin məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olması zəruridir və iddiaçı belə halların mövcudluğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etdiyi halda iddia əsaslı hesab edilə bilər. Lakin, iddiaçı özü də məhkəmədə verdiyi izahatında bildirmişdir ki, ondan cavabdehin xeyrinə alimentin tutulması barədə Xaçmaz Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(067)-467/2024 saylı qətnaməsi qəbul ediləndən sonra onun ailə və maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması, yəni aliment məbləğinin azaldılması cavabdehin hüquqlarının pozulmasına, xüsusən də uşaqların həyat şəraitinin mənfi mənada dəyişməsinə səbəb olacaq. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı bu iddia ərizəsini verməklə sadəcə olaraq aliment öhdəliklərini icra etməkdən yayınmağa çalışır. Hal-hazırda ölkədə minimum aliment məbləği 235 manatdır və 2025-ci il üçün artıq 246 manat məbləğində müəyyən edilmişdir. Buna baxmayaraq, iddiaçı cavabdehə 2 uşağın saxlanması üçün cəmi 380 manat aliment ödəyir. Ona görə də məhkəmənin fikrincə, iddiaçının aliment məbləğinin azaldılmasına dair tələbi əsassız və ədalətsizdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh X2 qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar