Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2710/2021 29.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh Fəxrəddinoviçə qarşı pul tələbinə dair mülki işə 29 noyabr 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fəxrəddinoviçdən 455,00 manat sığorta ödənişi məbləğinin, 20 manat dövlət rüsumunun, cəmi 475,00 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" ASC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X2 arasında 27.05.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “FORD TRANSİT” markalı ** OU *** dövlət nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh Fəxrəddinoviç 17.11.2019-cu il tarixində idarə etdiyi ** OU *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərək, Bakı şəhəri, Z.Bünyadov prospektində hərəkətdə olan “MERCEDES BENZ C180” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı ASC 455,00 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı Nərimanov RPİ DYPŞ-dən İddiaçı ASC-nə 09.12.2019-cu il tarixli AP ******* saylı İnzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh Fəxrəddinoviç İnzibati xətalar məcəlləsinin 327.6 maddəsi ilə təqsirli bilinmiş və protokolda Cavabdeh Fəxrəddinoviçin hadisə yerindən yayındığı qeyd edilmişdir. Nərimanov RPİ DYPŞ-nin İddiaçı ASC-nə təqdim etdiyi 26.12.2019-cu il tarixli, 078-38564 saylı arayışa əsasən Cavabdeh Fəxrəddinoviç yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət edilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məhkəmə bildirişləri göndərilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin drektoru T.Fərzəliyev məhkəməyə işə iddiaçının iştirakı olmadan qiyabi icraat qaydasında baxılaraq, iddianın təmin edilməsi haqqında ərizə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 238.5-ci maddəsinə əsassən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinin tələblərinə əsasən məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı ASC-nin Cavabdeh Fəxrəddinoviçə qarşı pul tələbinə dair X1 cavabdeh X3 qarşı borcun qaytarılması tələbinə dair işə qiyabi icraat qaydasında baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2710/2021
Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(067)-2710/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver