Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2753/2022 27.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit məbləğdə aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-1208 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və mediasiya xərci olaraq ödədiyi 50 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X6 doğulmuşdur. Xaçmaz rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(067)-188\2010 saylı qətnaməsinə əsasən cavabdehlə aralarındakı rəsmi nikah pozulmuş və xx.xx.2008-ci il təvəllüdlü X6 onun yanında saxlanılmışdır. Xaçmaz rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(067)-394\2014 saylı qətnaməsinə əsasən cavabdehdən yetkinlik yaşına çatmayan qızının saxlanılması üçün onun xeyrinə hər ay 103 manat aliment tutulması qət edilmiş, daha sonra Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-1208 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək, cavabdehdən onun xeyrinə hər ay 160 manat aliment tutulması qət edilmişdir. Cavabdeh alimenti ödəsə də hazırki vaxtda həmin məbləğdə aliment uşağın ehtiyaclarını ödəmir. Özü işləsə də aldığı məvacib uşaqla özünün ehtiyaclarını yetərincə qarşılamır. Cavabdeh hazırda "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyir. Aylıq gəliri 2270 manat təşkil edir. Bu barədə onun işlədiyi müəssisədən ona şifahi məlumat vermişlər, lakin yazılı heç bir sənəd təqdim edə bilmir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı doğma qızıdır və cavabdehdən ayrıldığı vaxtdan onların yəni, valideynlərinin yanında qalır. Cavabdeh alimentdən başqa uşağın saxlanılmasında iddiaçıya heç bir köməklik göstərmir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan “Məhkəmə elektron informasiya sistemi”-nin çıxarışından müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyir və aylıq 2270 manat əmək haqqı alır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-1208\2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(067)-394/2014 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilmiş, xx.xx.2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-188\2010 saylı, xx.xx.2010cu il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasındakı rəsmi nikah pozulmuş, xx.xx.2008-ci ildə anadan olmuş X5 boşanmadan sonra anası İddiaçı yanında saxlanılmışdır. İş materiallarında olan olan xx.xx.2013-cü il tarixli, AZ-İİİ seriyalı 140467 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X6 anadan olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşağın qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin Xaçmaz rayon məhkəməsinin 2(067)-188\2010 saylı, xx.xx.2010-cu il saylı qətnaməsinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilməli, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin Xaçmaz rayon məhkəməsinin 2(067)-188\2010 saylı, xx.xx.2010-cu il saylı qətnaməsinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xərcinə görə ödənilmiş 50 manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2753/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2753/2022
27.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver