Məhkəmə qərarları › İş №2(067)-2754/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2754/2022

27.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2754/2022 27.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2007-ci il təvəllüdlü Lalənin, xx.xx.2009-cu il təvəllüdlü Vəfanın və xx.xx.2012-ci təvəllüdlü Zaurun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 300 manat olmaqla 900 manat məbləğində aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, 2006-cı ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir. xx.xx.2007-ci il tarixdə Lalə, xx.xx.2009-cu il tarixdə Vəfa, xx.xx.2012-ci il tarixdə Zaur. Cavabdehlə münasibətləri pozulduğundan ayrılıblar. Artıq 1 ildən çoxdur ki, müvəqqəti olaraq valdeyinlərinə məxsus evdə 3 uşağı ilə birgə yaşayır. Cavabdeh uşaqların saxlanılması üçün ona yardım etmir. Cavabdeh uşaqların saxlanıması üçün yardım etmədiyindən məhkəməyə müraciət edib. Cavabdehin buna her cür imkanı çatır. Şəxsi yaşayış evi var, kommersiya fəaliyyəti ilə məşğul olur, bundan əlavə gündəlik gəlirləri var. Uşaqlarının saxlanılması üçün ayda hər uşağa 300 manat, ümumi 900 manat aliment tutulmalıdır, çünki onun qazancı qeyri-müntəzəmdir. İddiaçı məhkəməyə dəqiqləşmə ərziəsi təqdim edərək hər uşağa görə cavabdehdən 193 manat aliment alınaraq ona verilməsini xahi etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia ilə razı deyil. Tərəflər San-Peterburqda bir yerdə yaşayıblar. Cavabdeh orada Kommersiya Şirkətində işlədiyinə görə 19,000 rubl alır və bu bizim pulla 532 manat edir. Cavabdehin gəlirinin 2/1 hissəsi məbləğində aliment kəsilməsini istəyir. Bundan başqa onun himayəsində yaşlı atası və xəstə anası var. Digər tərəfdən iddiaçı işləyir. Yəni uşaqlarının ehtiyaclarını özü də təmin edə bilir. Cavabdeh hər uşaq üçün 120 manat məbləğində aliment tutulmasına razıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 08 sentyabr 2022-ci ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 08 sentyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar