Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2866/2024 31.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit məbləğdə aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq onunla Cavabdeh Tofiq oğlu arasında Xaçmaz rayonu Nərəcan İnzibati Ərazi Vahidlinində 06 iyul 2010-cu ildə bağlanmış rəsmi nikahdan 09 yanvar 2012-ci ildə doğulmuş X6, 2012-ci ildə doğulmuş X9 və 09 oktyabr 2020-ci ildə doğulmuş X4 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehin bütün növ qazancından hər ay hər uşaq üçün 400 manat, hər ay cəmi 1200 manat aliment sabit pul məbləğində tutularaq mənə verilməsi və ödədiyi mediasiya ödənişinin məbləğini cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh Tofiq oğlu ilə 06 iyul 2010-cu ildə nikahlarını Xaçmaz rayonun Nərəcan İnzibati Ərazi Vahidliyində rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan 09 yanvar 2012-ci ildə X6, 04 dekabr 2012-ci ildə X9 və 09 oktyabr 2020-ci ildə X4 adlı uşaqları doğulublar. Münasibətləri pozulduğundan uşaqları ilə birlikdə cavabdehdən 05 may 2024-cü ildə ayrılaraq valideynlərinin evində yaşayır. Uşaqları azyaşlı olduğundan işləmir. Evdar qadındır. Uşaqlarına paltar, qida almaqda və onlara təhsil verməkdə çox çətinlik çəkir. Cavabdeh öz uşaqları ilə maraqlanmır, maddi köməklik göstərmir və saxlanılmaları üçün digər işlərdə iştirak etmir. Uşaqların qabiliyyətini inkişaf etdirmək, onların maddi və mənəvi tələbatlarını təmin etmək üçün hər ay hər uşağa 400 manat xərcləyir. Cavabdeh uzun illərdir ki, Fövqəladə Hallar Nazirliyi, X7 xilasedici vəzifəsində işləyir. Aylıq əmək haqqı fondu 869 manat 35 qəpikdir. İş rejimi elədir ki, 1 sutka işlədikdən sonra 2 sutka evdə olur. Evdə olduğu günlər atasının sahiblik etdiyi mağazada yerləşən malları satmaqla və mağazanın qarşısında yerləşən qapı-pəncərə sexində işləməklə hər ay 1200-1500 manat arası qazanc əldə edir. Bundan əlavə dövlət tərəfindən verilən torpaq sahəsində kənd təsərrüfatı məhsulları yetişdirib satmaqla da qazanc əldə edir. Hesab edir ki, cavabdeh bunları, yəni rəsmi iş yerindən aldığı əmək haqqından əlavə qazanc əldə etdiyini məhkəmədə təsdiqləyəcək. Yuxarıda qeyd etdiklərindən məlum olduğu kimi cavabdehin uşaqların saxlanılmasında iştirak etmək imkanı var. Lakin uşaqları saxlamaq üçün vəsait (aliment) ödəməkdən şüurlu olaraq boyun qaçırır. Çoxlu tədbirlər görməyinə baxmayaraq aliment ödəmir. Cavabdeh digər şəxslərə məhkəmə qərarına əsasən aliment və icra sənədlərinə əsasən digər ödənişlər etmir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehlə boşanmasalar da, ayrı yaşayırlar. Ondan 3 uşağın saxlanması üçün hər ay 400 manat olmaqla, cəmi 1200 manat aliment tələb edir. Özü də heç yerdə işləmir. Cavabdeh heç olmasa 1000 manat aliment ödəsin. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçıya hər uşağa görə ayda 300-350 manat aliment ödəyə bilər. Özü FHN-də işləyir, 870 manat əmək haqqı alır. Sexi və mağazası da var. Ordan da əlavə gəlir əldə edir. Hazırda iddiaçıya 300 manat hər uşağa görə aliment ödəyə bilər. İddiaçıya cəmi 900 manat aliment ödəyə bilər. iddiaçıya ayda cəmi 900 manat aliment ödəməyə etiraz etmir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah xx.xx.2010-cu ildə bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, 09 yanvar 2012-ci ildə X6, 04 dekabr 2012-ci ildə X9 və 09 oktyabr 2020-ci ildə X4 anadan olmuşdur. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi, X8 xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2013-cü il tarixdən Fövqəladə Hallar Nazirliyi, X7 xilasedici vəzifəsidə işləyir və aylıq əmək haqqı fondu 869,35 manatdır. İş materiallarında olan X2 iştirak edilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, iddaçı X2 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 60 manat rüsum köçürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2024-cü ildə 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2024-cü ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, 09 yanvar 2012ci il təvəllüdlü X6, 04 dekabr 2012-ci il təvəllüdlü X9 və 09 oktyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 330 manat alimentin tutularaq iddiaçıya ödənilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşaqların qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 990 manat müəyyən olunduğundan, iddianın qiyməti 990 manat x 12 aya=5640 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 125.64 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməli və 09 yanvar 2012-ci il təvəllüdlü X3, 04 dekabr 2012-ci il təvəllüdlü X5 və 09 oktyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 330 manat məbləğində sabit aliment tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehdən 125.64 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 09 yanvar 2012-ci il təvəllüdlü X3, 04 dekabr 2012-ci il təvəllüdlü X5 və 09 oktyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 10 sentyabr 2024-cü ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 330 manat məbləğdə sabit aliment tutularaq İddiaçı ödənilsin. Cavabdehdən 125.64 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2866/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2866/2024
31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver