Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-291/2025 28.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə övladı X8 arasında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-2753/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi olmasını və onun 70 yaşlı ağır xəstə olduğunu nəzərə alaraq və onu Xaçmaz rayon məhkəməsinin 2(067)-2405/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində nəvələrinə münasibətdə olan hər ay cəmi iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilən 100 manat məbləğində aliment ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdeh Zəkiyeva (Ağaşixova) Aygün Tofiq qızı onun övladı olan X8 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdehlə övladının rəsmi nikahları Xaçmaz rayon məhkəməsinin 2(067)-2753/2016 saylı xx.xx.2016-cı il tarixdə pozulmuşdur. Onların birgə nikahından iki övladları: xx.xx.2009-cü il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X9 anadan olmuşdur. Nəvələrinin saxlanılması üçün cavabdeh Xaçmaz rayon məhkəməsinə müraciət edərək ondan aliment tələb etmişdir. Xaçmaz rayon məhkəməsinin 2(067)-2405/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən iki uşağın xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2009-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 100 manat məbləğində aliment pulunu cavabdeh Zəkiyeva (Ağaşixova) Aygün Tofiq qızma ödəməlidir. Cavabdehin ona qarşı qaldırdığı aliment tələbinə dair iddianı özü könüllü olaraq qəbul etmişdir. Sonradan yəni hal-hazırda xəstəliyi və yaşlı olmağı, heç yerdə işləməməyi, əlavə gəlir yeri olmamağı ona alimenti ödəməkdə çətinlik yaradır. Özü də ağır şəkərli diabet xəstəsiyəm. İynə dərmanlarını ala bilmir. Ancaq aldığı təqaüdlə dolanır. Ona kənardan hər hansı bir dəstək olunmur. Hal-hazırda 70 yaşındadır. Özünün qayğıya və qulluğa ehtiyacı var. Və xəstəliyi aliment ödəməyə imkan vermir. Ona görə də hesab edir ki, aliment ödəməkdən azad edilməlidir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, oğlu Ramin səhhəti ilə əlaqədar işləyə bulmir. Buna görə onun pensiyasından aliment tutulur. 261 manat pensiya alır. Cavabdehin oğlu ilə münaqişəsi olmuş, oğluna xəsarət yetirmişdir. Məhkəmə iclasında cavabdeh göstərmişdir ki, iddiaçıdan aliment tələb etmir, oğlunun alimenti ödəməsini istəyir. İddiaçının oğlu sərxoşluqla məşğuldur. İddiaçı da aliment ödəməzsə 2 uşağı saxlamaq çətin olacaq. İddiaçının verdiyi məbləğ nəvələrinə kömək idi. Ödəmək istəmirsə ödəməsin. Özü aqrosfera sahəsinə yeni işə qəbul olunmuşdur, 400 manat əmək haqqı alır. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-2753/2016 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X10 arasında Xaçmaz rayon Qeydiyyat Şöbəsində xx.xx.2008-ci ildə qeydə alınmış nikah pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü Mələk və xx.xx.2010cu il təvəllüdlü Nihat iddiaçı X3 himayəsində saxlanılmışlar. xx.xx.2009-cu il təvəllüdlü Mələk və xx.xx.2010-cu il təvəllüdlü Nihadın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 14 aprel 2016-cı il tarixdən başlayaraq X4 hər ay hər bir uşaq üçün 110 manat olmaqla cəmi 220 manat sabit məbləğdə alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. -Xaçmaz rayon məhkəməsinin 2(067)-2405/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 25 iyul 2022-ci ildən başlayaraq Zəkiyeva (Şeydayeva) Nayimə Sərdar qızından hər ay hər uşaq üçün 50 manat sabit pul şəklində aliment alınaraq Cavabdeh verilməlidir. -X1 iştirak edilməsi barədə arayışdan müəyyən olunur ki, iddiaçı X1 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. -İş materiallarında olan xəstənin tibb kartasından çıxarışdan müəyyən olunur ki, İddiaçı şəkərli diabet xəstəsi diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh Zəkiyeva (Ağaşixova) Aygün Tofiq qızı iddiaçının oğlu X8 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdehlə övladının rəsmi nikahları Xaçmaz rayon məhkəməsinin 2(067)-2753/2016 saylı xx.xx.2016-cı il tarixdə pozulmuşdur. Onların birgə nikahından iki övladları: xx.xx.2009-cü il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X9 anadan olmuşdur. Nəvələrinin saxlanılması üçün cavabdeh Xaçmaz rayon məhkəməsinə müraciət edərək ondan aliment tələb etmişdir. Xaçmaz rayon məhkəməsinin 2(067)-2405/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən iki uşağın xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2009-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 100 manat məbləğində aliment pulunu cavabdeh Zəkiyeva (Ağaşixova) Aygün Tofiq qızma ödəməlidir. Cavabdehin ona qarşı qaldırdığı aliment tələbinə dair iddianı özü könüllü olaraq qəbul etmişdir. Sonradan xəstəliyi və yaşlı olmağı, heç yerdə işləməməyi, əlavə gəlir yerinin olmamağı ona alimenti ödəməkdə çətinlik yaradır. Özü də ağır şəkərli diabet xəstəsidir. Aldığı təqaüdlə dolanır. Ona kənardan hər hansı bir dəstək olunmur. Halhazırda 70 yaşındadır. Özünün qayğıya və qulluğa ehtiyacı var. Və xəstəliyi aliment ödəməyə imkan vermir. Hazırda iddiaçı aliment ödəməkdən azad edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Məhkmə qey edir ki, məhkmə zalında müəyyən olundu ki, yetkinlik yaşına çatmayan uşaqların hər iki valideyni var, valideynlərdən birindən alimnet tutulması barədə qüvvədə olan qətmanə mövcudur, digr vaideyin isə hazırda işlədiyini və aylıəq 400 manat məbləində əmək haqqı aldığını bildiri. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. 107.1-ci maddəsinə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Qeyd onlunan hüquq normasından da göründüyü kimi, aliment saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Hazırkı halda isə bu məsələyə dair tərəflər arasında mübahisə mövcuddur. Bundan başqa məhkəmə onu da qeyd edir ki, hazırkı halda aliment məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 89-cu maddəsinin məzmunundan da göründüyü kimi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr o halda baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər ki, ilk olaraq onlar saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilməsinlər, bununla bərabər baba və nənə zəruri vəsaitə malik olsunlar. Hazırkı mülki iş üzrə isə müəyyən edilmişdir ki, uşaqların saxlanması üçün valideynlərdən birindən aliment tulması barədə qüvvədə olan məhkəmə qətnaməsi var, həmçinin digər valideyn də əmək qəbiliyyətli şəxsdir və özünün deməsinə görə işləyir, 400 manat məbləğində əmək haqqı alır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının hazırda 70 yaşında olmaqla şəkərli diabet xəstəsi olması, 363.86 manat məbləğində təqaüd alması, aldığı təqaüddən başqa gəlirinin olmaması və nəticədə hazırkı vəziyyətinin aliment ödəməyə imkan verməməsi məhkəmə iclasında iş materialları və tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Cavabdeh isə məhkəməyə əmək qabiliyyətinin olmamasını və yaxud iddiaçının zəruri vəsaitə malik olmasını və ya əlavə gəlirinin olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, nəzərə alınsa ki, uşaqlara baxmaq ilk növbədə valideynlərin borcudur və hazırkı mülki iş üzrə valideynlər əmək qabiliyyətli şəxslərdir, uşaqların yaşı isə cavabdehin əmək fəaliyyəti ilə məşğul olmasına maneə törətmir, bu halda iddiaçının aliment ödmədəkdən azad edilməsi məqsədəmüvafiqdir. Beləliklə, işin sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı Xaçmaz rayon məhkəməsinin 2(067)-2405/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən azad edilməidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Xaçmaz rayon məhkəməsinin 2(067)-2405/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən azad edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-291/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-291/2025
28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver