Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2962/2023 07.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı öhdəliyə qarşılıqlı tələblərin əvəzləşdirilməsi ilə xitam verilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-649/2018 saylı qətnaməsinə əsasən hazırda ondan Cavabdeh xeyrinə tutulan alimentin, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)- 3744/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ona olan aliment borcu ilə əvəzləşdirilməsi yolu ilə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və nikahları Xaçmaz Rayon Məhkəməsinin qərarına əsasən pozulmuşdur. Uşaqlardan ikisi onun, biri isə cavabdehin himayəsinə verilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-3744/2019 saylı qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat Cavabdeh alınaraq ona verilməlidir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilməsinə baxmayaraq cavabdeh bu vaxta qədər aliment ödəməmiş, hazırda 3300 manat aliment borcu yaranmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-649/2018 saylı qətnaməsinə əsasən bir uşağın saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ miqdarında tutularaq Cavabdeh xeyrinə ödənilməlidir. Bildirir ki, hərbçi kimi təqaüdə çıxmış və hazırda müəllim kimi fəaliyyət göstərir. Hazırda tələb həm təqaüdünə, həmdə əmək haqqına ¼ miqdarda olmaqla yönəldilmişdir. Hal-hazırda maddi imkanı çox aşağıdır. Cavabdehin himayəsində olan ikiuşağa aliment ödəməməsi və onun əmək haqqımın və təqaüdünün çox hissəsinin tutularaq cavabdehə verilməsi, onun hazırda himayəsində olan digər iki uşağının saxlanmasında çətinliklər yaradır. Mediasiya sesiyasından keçmiş və 50 manat mediasiya rüsumu ödəmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək ki, Xaçmaz Rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-649/2018 saylı qətnaməsinə əsasən hazırda ondan Cavabdeh xeyrinə tutulan alimentin, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-3744/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ona olan aliment borcu ilə borcu ilə bitənədək əvəzləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, hazırda ondan Cavabdeh alınaraq ödənilən aliment ilə, Cavabdeh ona olan aliment borcunun əvəzləşdirilməsi yolu ilə xitam verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, № 92485/18 saylı Arayışından müəyyən olunur ki, İddiaçı həqiqətən Xaçmaz Rayon Məhkəməsinin 2(067)-649/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının (gəlirlərinin) ¼ miqdarında aliment tutularaq tələbkar Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızının xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2018-ci il tarixində Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuşdur. Alimentin ödənilməsi borclu İddiaçı qazancının (gəlirlərinin) ¼ miqdarında yönəldilmişdir və hal-hazırda borclunun qazancından (gəlirlərindən) tutulma davam etdirilir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, № 13215 saylı Arayışından müəyyən olunur ki, İddiaçı həqiqətən Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3744 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 100 manat sabit pul məbləğində aliment tələbinə dair icra sənədi Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və alimentə dair hal-hazırda iş üzrə borclu Cavabdeh Murtuzəli qızının tələbkar İddiaçı ödəməli olduğu 3300 manat aliment borcu vardır. Əlavə olaraq Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1101/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Cavabdeh 1350.27 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsinə dair icra sənədi Xaçmaz rayon icra və probasiya şöbəsinin icraatındadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə arasında olan nikah pozulmuşdur. Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa 100 aliment tutulması qət edilmişdir. Cavabdeh aliment borcunu ödəmədiyindən onun 3300 manat aliment borcu yaranmışdır. Eyni zamanda Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinə əsasən bir uşağın saxlanması üçün hər ay qazancının vəbaşqa gəlirlərinin ¼ miqdarında pul tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 540.1-ci maddəsinə əsasən Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 540.2-ci maddəsinə əsasən tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. Məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 543-cü maddəsinə əsasən Əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 545-ci maddəsinə əsasən aşağıdakı hallarda öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir: 545.0.1. tələblərin əvəzləşdirilməsi razılaşma yolu ilə əvvəlcədən istisna edilmişsə; 545.0.2. öhdəliyin predmetinə tutmanı yönəltmək olmazsa və ya öhdəliyin predmeti yaşayış vasitəsidirsə; 545.0.3. öhdəlik sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsini nəzərdə tutursa; 545.0.4. digər tərəfin ərizəsi ilə tələbə iddia müddəti tətbiq edilməli olduqda və bu müddət keçdikdə; 545.0.5. alimentlərin tutulması ilə bağlı olduqda; 545.0.6. bu, Azərbaycan Respublikasının və ya bələdiyyənin tələbidirsə; digər tərəfin qarşılıqlı əvəzləşdirmə tələbi hansı orqanın vəsaitindən ödənilməlidirsə, öhdəliyin də həmin orqanın xeyrinə icra edilməli olduğu hallar istisna təşkil edir. 545.0.7. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiasının təmin olunması üçün heç bir əsas yoxdur. Belə ki, hazırki halda alimentin biri “hissəvi” olmaqla, digəri isə “sabit” pul məbləğində olaraq, müxtəlif xarakterli olduğundan onların əvəzləşdirilməsi mövcud məhkəmə təcrübəsinə uyğun deyil. Qeyd olunan iddianın təmin olunması gələcəkdə arzuolunmaz məhkəmə təcrübəsinə gətirib çıxara bilər. Beləliklə, işin sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı öhdəliyə qarşılıqlı tələblərin əvəzləşdirilməsi ilə xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2962/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2962/2023
07.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver