Məhkəmə qərarları › İş №2(067)-3040/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3040/2025

18.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3040/2025 18.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Zahiddin qızına qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon Məhkəməsinin 8(067)-57/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən Cavabdeh Zahiddin qızının xeyrinə 22 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 11 iyul 2017-ci il tarixli, 2(105)-2381/2017 saylı qətnaməsi əsasında tutulan uşaq üçün 100 manat müəyyən edilmiş aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.86 misli həddində alimentin miqdarının azaldılaraq hər ay cəmi 150 (bir yüz əlli) manat (0.35 misli) məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 8(067)- 57/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən Cavabdeh Zahiddin qızının xeyrinə 22 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 11 iyul 2017-ci il tarixli, 2(105)-2381/2017 saylı qətnaməsi əsasında tutulan uşaq üçün 100 manat müəyyən edilmiş aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.86 misli həddində sabit pul məbləğində alimenti Cavabdeh Zahiddin qızının xeyrinə ödəməlidir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı heç yerdə işləməmiş, qohum qardaşın köməkliyi ilə ancaq dolanmışdır. Ancaq buna baxmayaraq ona ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.86 misli həddində aliment ödəmək qət edilmişdir. Bu da hardasa bir uşaq 344 manat miqdarında Cavabdeh Zahiddin qızına aliment ödəmək onun maddi imkanı xaricindədir. Hər ay cəmi 150 manat məbləğində aliment tutulmasına heç bir etirazı yoxdur. Özü də ağır xəstədir. Bundan başqa hal-hazırda nikahdadır və birgə nikahından bir övladında var. İl ərzində götürəndə orta hesabla aylıq gəliri 300-350 manat edir. Məhkəmə iclasında iddiaçı tərəf iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən İddiaçı Cavabdeh xeyrinə uşağın saxlanması üçün hər ay 100 manat alimentin tutulması qət edilmişdir. Sonradan Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulan alimentin məbləği indeksasiya olunaraq hər ay minimum əmək haqqının 0,86 misli miqdarında müəyyən edilmişdir. Bu da ayda 344 manat təşkil edir. İddiaçı heç yerdə işləmir, ağır xəstədir, hazırda evlidir və ikinci nikahdan da 1 uşağı var. Ona görə cavabdehə ayda 150 manat aliment ödəyə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. İddiaçının ayda 344 manat aliment ödəməyə maddi imkanı yoxdur. İddiaçının ikinci nikahdan Laçın adlı 1 uşağı var. İddiaçının belində yırtıq var, osteoxondroz var. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(105)-2381/2017 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması və əlavə xərcin ödənilməsinə cəlb edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin 2-(067)970/2017 saylı, 07 aprel 2017-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Xaçmaz rayon məhkəməsinin 07 aprel 2017-ci ii tarixli qətnaməsi alimentin məbləgi hissəsində dəyişdirilmiş, cavabdeh İddiaçı 22 aprel 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılınası üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən alınaraq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(067)- 57 saylı qərardadının surətindən müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 11 iyul 2017-ci il tarixli 2(105)-2381/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasındakı birgə nikahdan doğulmuş 22 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan 100 manat sabit pul məbləğində aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.86 misli həddində indeksasiya olunması qərara alınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X4 arasında nikah xx.xx.2019-cu ildə bağlanmışdır. Nikahdan sonra qadın Şahmuradova soyadını qəbul etmişdir. İş materiallarında olan X5 iştirak edilməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı X5 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 60 manat rüsum köçürülmüşdür. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddia ilə əlaqədar iddiaçı tərəfindən 50 manat rüsum köçürülmüşdür İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. İş materiallarında olan xəstənin tibbi kartasından görünür ki, İddiaçı bel fəqərəsinin osteoxondrozu, fəqərəarası diskin yırtığı diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 107.1-ci maddəsinə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(105)-2381/2017 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması və əlavə xərcin ödənilməsinə cəlb edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin 2-(067)970/2017 saylı, 07 aprel 2017-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Xaçmaz rayon məhkəməsinin 07 aprel 2017-ci ii tarixli qətnaməsi alimentin məbləgi hissəsində dəyişdirilmiş, cavabdeh İddiaçı 22 aprel 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılınası üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən alınaraq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Daha sonra Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(067)-57 saylı qərardadına əsasən aliment məbləği indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində sabit pul məbləğində alimentin İddiaçı tutularaq X1 xeyrinə ödənilməsi qərara alınmışdır. Göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlaması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(105)-2381/2017 nömrəli qətnaməsi ilə aliment (100 manat) təyin edildikdən sonra cavabdeh 8 il ərzində alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmənin 8(067)-57/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə isə aliment məbləği indeksasiya edilərək birdən-birə əhəmiyyətli dərəcədə (minimum əmək haqqının 0,86 mislində, həmin il üçün 344 manat) artırılmışdır. Məhkəmə qeyd edir ki, alimentin artmağına əsas tərəflərin maddi vəziyyətinin dəyişməsi, uşaqların saxlanması xərclərinin artması və ya digər hallar deyil, məhz aliment məbləğinin indeksasiya edilməsi olmuşdur. Məlumdur ki, aliment məbləğinin indeksasiyası üçün əsas meyar ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğidir. Lakin bundan əvvəl aliment təyin edilərkən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləği nəzərə alınmadan, uşaqların mənafeyi, 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu, uşaqların sayı və tərəflərin maddi vəziyyətinə uyğun olaraq aliment məbləği müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, aliment məbləği tərəflərin maddi vəziyyətinə, iddiaçının əmək haqqının məbləğinə və uşaqlar üçün 2025-ci il üzrə müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq azaldılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş 22 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımları nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 22 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(105)-2381/2017 nömrəli qətnaməsi ilə təyin edilmiş, Xaçmaz rayon məhkəməsinin 8(067)-57/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən indeksasiya edilmiş aliment məbləği azaldılsın. Tərəflərin birgə nikahından doğulmuş 22 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımları nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar