Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3079/2025 07.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Xaçmaz rayon məhkəməsinin 8(067)-75/2025-ci il xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2017-ci il təvəllüdlü-X1 üçün müəyyən edilmiş 272 manat sabit pul məbləğinin azaldılaraq hər ay 1 uşağa 150 manat sabit pul məbləğində alimenti müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Xaçmaz rayon məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Və xx.xx.2020-ci ildə 227 № li akt qeydi ilə Xaçmaz rayon QŞ-də dövlət qeyydiyyatına alınmışdır. Birgə nikahdan olan xx.xx.2017-cı il təvəllüdlü X10 anadan olmuşdur. Xaçmaz rayon məhkəməsinin 8(067)-75/2025-ci xx.xx.2025-ci il tarixli qərardadı ilə aşağıdakı kimi qərar verilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (067)- 959/2020 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı hər ay 1 uşağa 170 sabit pul məbləğində tutulması qət edilmiş, alimentin məbləği indeksasiya olunaraq maraqlı şəxs İddiaçı ərizəçi Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hazırki qərardad qüvvəyə mindiyi gündən başlayaraq hər ay ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0, 68 misli həddində sabit pul məbləği müəyyən edilmişdir. Lakin nəzərə alınaraq lazımdır ki, o hal-hazırdadək xx.xx.2024-cü il tarixindən Qusar rayonu, Cağarqışlaq kəndində soyuducu anbarda nəzarətçi işləyir. Əmək müqaviləsindən göründüyü kimi hər ay əmək haqqı 350 manatdır. İşlədiyi rayonda kirayə ev tutmuşdur. Kirayə haqqı-ayda 200 manatdır. Ailəlidir. Həyat yoldaşı hamilədir. Hal-hazırda özü dializ xəstəsidir. Soyuq anbarda xəstəlik tapmışdır. Müalicə almağa maddi imkanı çatmır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, aliment məbləğinin heç olmasa 200 manat olmasını istəyir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı işləyir, təyin olunmuş alimenti ödəyə bilər. Aliment məbləğinin azaldılmasını istəmir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-959/2020 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X5 ilə cavabdeh İddiaçı arasında 19 iyul 2016-cı il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsində 291 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahlarından olan uşaqları- 02 may 2017-ci ildə anadan olmuş X11 anası- iddiaçı X2 himayəsində saxlanılmışdır. xx xxxxxx 1987-ci ildə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olan, Xaçmaz rayonunun Nərəcan kəndində qeydiyyatda olmaqla yaşayan cavabdeh İddiaçı 02 may 2017-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni 06 mart 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 170 manat miqdarında aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. -Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(067)-75/2025 saylı qərardadının surətindən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-959/2020 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X6 hər ay 170 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləği indeksasiya olunaraq maraqlı şəxs İddiaçı ərizəçi X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hazırki qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,68 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. -X8 iştirak edilməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, tərəfləır X8 iştirak etmişlər. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı mediasiya prosesi ilə əlaqədar 60 manat xidmət haqqı ödəmişdir. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddia ilə əlaqədar iddiaçı tərəfindən 50 manat rüsum köçürülmüşdür -qeydiyyat şöbəsinin arayışından görünür ki, İddiaçı və X2 nikahı Xaçmaz rayon məhkəməsinin qətnaməsi ilə pozulmuş və xx.xx.2020-ci ildə 227 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikah pozulduqdan sonra ərə İsrafilov, arvada Məmmədəliyeva soyadı verilmişdir. -xəstənin tibbi kartasından görünür ki, İddiaçı qara ciyərin piy diktrofiyası, xroniki pielonefrit diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahından xx.xx.2017-cı il təvəllüdlü X10 anadan olmuşdur. Xaçmaz rayon məhkəməsinin 8(067)-75/2025-ci xx.xx.2025-ci il tarixli qərardadı ilə Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (067)- 959/2020 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay 1 uşağa 170 sabit pul məbləğində tutulması qət edilmiş, alimentin məbləği indeksasiya olunaraq İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hazırki qərardad qüvvəyə mindiyi gündən başlayaraq hər ay ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0, 68 misli həddində sabit pul məbləği müəyyən edilmişdir. Hazırda iddiaçı maddi imkanının aşağı olmasını, əmək haqqının az olmasını və xəstə olmasını əsas gətirərək aliment məbləğinin azaldılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 107.1-ci maddəsinə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023 tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024 tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-959/2020 saylı qətnaməsinə əsasən iddiaçı X5 ilə cavabdeh İddiaçı arasında 19 iyul 2016-cı il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsində 291 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahlarından olan uşaqları- 02 may 2017-ci ildə anadan olmuş X11 anası- iddiaçı X2 himayəsində saxlanılmışdır. xx xxxxxx 1987-ci ildə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olan, Xaçmaz rayonunun Nərəcan kəndində qeydiyyatda olmaqla yaşayan cavabdeh İddiaçı 02 may 2017-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni 06 mart 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 170 manat miqdarında aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Daha sonra Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(067)-75/2025 saylı qərardadına əsasən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)- 959/2020 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X6 hər ay 170 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləği indeksasiya olunaraq maraqlı şəxs İddiaçı ərizəçi X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hazırki qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. Göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlaması üçün xx.xx.2020-ci il tarixli qətnamə ilə aliment (170 manat) təyin edildikdən sonra xx.xx.2025-ci il tarixli qərardadla aliment məbləği indeksasiya edilərək (minimum əmək haqqının 0,68 mislindəhəmin il üçün 272 manat) artırılmışdır. Məhkəmə qeyd edir ki, alimentin artmağına əsas tərəflərin maddi vəziyyətinin dəyişməsi, uşaqların saxlanması xərclərinin artması və ya digər hallar deyil, məhz aliment məbləğinin indeksasiya edilməsi olmuşdur. Məlumdur ki, aliment məbləğinin indeksasiyası üçün əsas meyar ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğidir. Lakin bundan əvvəl aliment təyin edilərkən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləği nəzərə alınmadan, uşağın mənafeyi, 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu, tərəflərin maddi vəziyyətinə uyğun olaraq aliment məbləği müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, aliment məbləği tərəflərin maddi vəziyyətinə, iddiaçının əmək haqqının məbləğinə və uşaqlar üçün 2025-ci il üzrə müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq azaldılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi iddiaçıya və onun anasına məxsus daşınar və daşınmaz əmlakların olmasına dair arayışlar iddiaçının əlavə gəlirinin olmasını təsdiq edən birbaşa sübut kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımları nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.57 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-959/2020 saylı qətnaməsi ilə təyin edilmiş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(067)-75/2025 saylı qərardadına əsasən indeksasiya edilmiş aliment məbləği azaldılsın. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımları nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.57 misli həddində sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-3079/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3079/2025
07.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver