Məhkəmə qərarları › İş №2(067)-3177/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3177/2024

06.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3177/2024 06.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Sabit pul məbləğində aliment tələbi»nə dair mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmayan uşağı- xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 250 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh yaşayış ünvanına məhkəmə bildirişləri göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmişdir. Cavabdeh Xaçmaz rayonunun Qımıl-qışlaq kəndindəki ünvanına sonuncu dəfə poçt vasitəsilə göndərilmiş və məhkəməyə qaytarılmış poçt zərfinin üzərində olan qeyddən görünür ki, Cavabdeh həmin ünvanda yaşamır. Azərbayсan Respublikası MPM-nin 146-сı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə iсraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda məhkəmə bildirişləri məhkəməyə məlum olan axırınсı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məсəllənin 147-сi maddəsinə əsasən сavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə сavabdehin məlum axırınсı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq iсra hakimiyyəti orqanının və ya сavabdehin məlum olan axırınсı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iddiaçının fikrini dinləyib, yuxarıdakılara əsasən сavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən iddiacı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 26 yanvar 2003-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından 05 noyabr 2005-ci ildə Emil və 18 mart 2009-cu ildə isə Namus adlı iki nəfər uşaqları anadan olmuş, uşaqlardan Emil yetkinlik yaşına çatmaqla hal-hazırda hərbi xidmətdədir. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən 2016-ci ildən faktiki olaraq ayrılmışlar. Onun iddiasına əsasən Xaçmaz rayon məhkəməsinin 29 fevral 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, yetkinlik yaşına çatmayan uşağı Namus onun himayəsində saxlanılmışdır. Cavabdehlə faktiki olaraq ayrıldıqları vaxtdan sonuncu ailəsi və uşaqları ilə maraqlanmamış, heç bir əlaqə saxlamamış və uşaqların saxlanılması üçün maddi köməklik göstərməmişdir. Himayəsində olan yetkinlik yaşına çatmayan məktəbli uşağı Namusu maddi vəziyyəti yaxşı olmadığından tək saxlamaqda şox çətinlik çəkir, halhazırda kirayədə yaşayır. Ona görə də uşağın saxlanılması üçün cavabdehdən sabit pul məbləğində 250 manat miqdarında aliment tələb edir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini, Cavabdeh himayəsində olan uşağı- xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 250 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli, 2(067)-167/2024 nömrəli qətnaməsindn və AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahlarını 26 yanvar 2003-cü ildə rəsmi qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından 05 noyabr 2005-ci ildə Emil və 18 mart 2009-cu ildə isə Namus adlı iki nəfər uşaqları anadan olmuşdur. Məhkəmənin qeyd olunan qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuş, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları Namus iddiaçının himayəsində saxlanılmışdır. İş materiallarında olan X1 tərəfindən tərtib edilmiş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 19 iyul 2024-cü il tarixli arayışdan müəyyən olunur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunvericiliyi və Mülki Prosessual Qanunvericiliyin tələblərinə müvafiq olaraq İddiaçı cavabdeh İddiaçı oğlu ilə aralarında ailə münasibətlərindən irəli gələn mübahisələr (aliment tələbi) üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin olaraq mediatora müraciət etməklə mediasiya sessiyasında iştirak etmiş, cavabdeh mediasiya prosesində iştirak etməmiş və mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuşdur. Aparılmış məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh nikahlarını 26 yanvar 2003-cü ildə rəsmi qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından 05 noyabr 2005-ci ildə Emil və 18 mart 2009-cu ildə isə Namus adlı iki nəfər uşaqları anadan olmuşdur. Məhkəmənin qeyd olunan qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuş, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları Namus iddiaçının himayəsində saxlanılmışdır. Cavabdeh yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün könüllü olaraq maddi köməklik göstərmədiyindən İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment sabit pul məbləğində tutula bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə bütün yuxarıda şərh edilib göstərilənləri, eləcə də tərəflərin maddi və ailə vəziyyətlərini, diqqətəlayiq olan digər halları nəzərə almaqla belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 18 mart 2019-cu ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni 08 oktyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 235 manat miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan çox olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, aliment tutulması barədə iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. Cavabdeh bir il ərzində ödəməli olduğu alimentin məcmusu 1000 manatdan çox olduğundan qanunun tələbinə əsasən ondan Elektron Məhkəmə Sistemində yaradılmış Dövlət rüsumunun hesablanması kalkulyatoru ilə hesablanmış 48,20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İddiaçı ödədiyi Mediasiya rüsumunu cavabdehdən tələb etmədiyindən ödənilmiş həmin rüsum iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə əsasən qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 18 mart 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni 08 oktyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat miqdarında aliment tutularaq İddiaçı verilsin. İddiaçı azad edildiyi, aliment iddiasına görə müəyyən olunmuş 48,20 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Ödənilmiş Mediasiya rüsümü iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar