Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3233/2024 10.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12, Cavabdeh iştirakları ilə, İddiaçı X4 Cavabdeh qarşı «Sabit pul məbləğində aliment tələbi»nə dair mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları- xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 235 manat olmaqla cəmi 470 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə ərizəsini göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirməklə işə iştirakı olmadan baxılaraq yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin fikrini dinləyib iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı X8 iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə münasibətləri pozuldu]undan bir ildən çoxdur ki, ayrılmışlar. Ayrıldıqları vaxtdan birgə nikahdan olan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X9 onunla birgə yaşayır. Hal-hazıradək cavabdeh uşaqların saxlanılması üçün lazımi qaydada maddi köməklik göstərməmiş, maddi köməkliyi isə çox az miqdarda olmuşdur. Cavabdeh uşaqları ilə çox az maraqlanır. Bu səbəbdən uşaqların saxlanılması üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları- xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmalarıı üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 235 manat olmaqla cəmi 470 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, iddiaçı X8 ilə 2012-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından 26 aprel 2013-cü ildə Nurcan və 17 yanvar 2017-ci ildə Səma adlı iki nəfər uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan iddiaçı ilə bir ildir ki, faktki ayrılmışlar. Buna baxmayaraq o, uşaqları ilə əlaqəsini üzməmiş, mütəmadi olaraq uşaqları ilə görüşüb onları çox vax o, məktəbə aparıb gətirməklə imkanı daxilində uşaqların saxlanılması üçün maddi köməkliklərini edir. Hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq uşaqların saxlanılması üçün hər uşağa 235 manat miqdarında aliment tələb edir. Lakin onun daimi iş yeri olmadığından həmin məbləğdə alimenti ödəməyə imkanı çatmır. Fərdi işlərdə, mövsümi tikinti işlərində işləyərkən müəyyən qədər qazancı olur, qış mövsümündə demək olar ki, iş olmur. Bu səbəbdən hazırki vəziyyətdə uşaqların saxlanılması üçün ayda hər bir uşağa 150 manat aliment ödəməyə imkanı çatır. Buna baxmayaraq yenə də bir ata kimi daim uşaqlarına, dərslərinə və tərbiyəsinə nəzarət edəcək və imkanı daxilində maddi köməkliklərini edəcəkdir. Ona görə də göstərilənləri nəzərə alıb iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki iş materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 avqust 2012-ci il tarixli, AZ-İ seriyalı, 786224 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı X8 ilə Cavabdeh nikahlarını 10 avqust 2012-ci ildə rəsmi qeyd etdirməklə evlənmişlər. İş materiallarında olan AA seriyalı, ******* nömrəli və AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, iddiaçı X8 ilə Cavabdeh birgə nikahlarından 26 aprel 2013-cü ildə Nurcan və 17 yanvar 2017-ci ildə Səma adlı iki nəfər uşaqları anadan olmuşdur. İş materiallarında olan X1 tərəfindən tərtib edilmiş “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 02 sentyabr 2024-cü il tarixli arayışdan müəyyən olunur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunvericiliyi və Mülki Prosessual Qanunvericiliyin tələblərinə müvafiq olaraq iddiaçı X8 cavabdeh X10 ilə aralarında ailə münasibətlərindən irəli gələn mübahisələr (aliment tələbi) üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin olaraq mediatora müraciət etməklə tərəflər mediasiya sessiyasında iştirak etmiş, lakin mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilərək ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib olunmuşdur. Aparılmış məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı X8 ilə Cavabdeh nikahlarını 10 avqust 2012-ci ildə rəsmi qeyd etdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından 26 aprel 2013-cü ildə Nurcan və 17 yanvar 2017-ci ildə Səma adlı iki nəfər uşaqları anadan olmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulduğundan faktiki olaraq ayrılmışlar. Cavabdeh yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün könüllü olaraq maddi köməklik göstərmədiyindən iddiaçı X8 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment sabit pul məbləğində tutula bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə bütün yuxarıda şərh edilib göstərilənləri, eləcə də tərəflərin maddi və ailə vəziyyətlərini, diqqətəlayiq olan digər halları nəzərə almaqla belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni 15 oktyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 175 manat olmaqla cəmi 350 manat miqdarında aliment tutularaq iddiaçı X7 verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan çox olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, aliment tutulması barədə iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. Cavabdeh bir il ərzində ödəməli olduğu alimentin məcmusu 1000 manatdan çox olduğundan qanunun tələbinə əsasən ondan Elektron Məhkəmə Sistemində yaradılmış Dövlət rüsumunun hesablanması kalkulyatoru ilə hesablanmış 62 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İddiaçı ödədiyi Mediasiya rüsumunu cavabdehdən tələb etmədiyindən ödənilmiş həmin rüsum iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə əsasən qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni 15 oktyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat miqdarında aliment tutularaq iddiaçı X7 verilsin. İddiaçı X4 azad edildiyi, aliment iddiasına görə müəyyən olunmuş 62 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Ödənilmiş Mediasiya rüsümü iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-3233/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3233/2024
10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver