Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-329/2025 07.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X14 qarşı valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X14 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, 1-ci qrup 85%-li, ağır dərəcəli müddətsiz əlil 24 avqust 2016-cı il təvəllüdlü övladı X1 psixoloji təlim və məşqlərinə, müayinə və müalicəsinə digər qaydada yol, yemək xərclərinə görə bu günə kimi çəkdiyi xərclərin yarısını, yəni 8011 manat olan hissəsini tam şəkildə, gələcəkdə isə övladının psixoloji təlimlərinə, müayinə və müalicəsinə, o cümlədən yol və yemək xərclərinin yarısının ödənilməsi məqsədilə hər ay 400 manat sabit pul vəsaitinin habelə, tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X20 ilə, arasında bağlanmış xx.xx.2014-cü il tarixii 36 saylı nikahdan xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 anadan olmuşdurlar. Sumqayıt Apellyasiyya Məhkəməsinin 2(105)-1302/2023 saylı qərarı ilə, xx.xx.2014-cü il tarixli 36 saylı nikah şəhadətnaməsi ləğv edilərək, xx.xx.2016-cı il təvəllüdlü Təyyar Allahverdiyevin onun himayəsində saxlanılması qət edilmişdir. Digər xx.xx.2019-cu il təvəllüdlü övladları X7 ananın himayəsində saxlanılmışdır. Hazırda himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü böyük oğlu Təyyar Allahverdiyev xx.xx.2024-ci il tarixdən “ağır dərəcəli əqli gerilik, emosiya və davranış pozuntusu F72.1 “ Nitq inkişafının spesifik pozuntusu F80.0 diaqnozu ilə həkim psixiatrın nəzarətində olmaqla yanaşı, əlavə qulluğa və ciddi nəzarətə ehtiyacı vardır. X10 xəstəliyi ilə əlaqədar bir müddət Xaçmaz Rayonunda “Loqosa” psixoloji təlimlərə və həkim nevropotoloqun müalicəsinə aparıb gətirmiş, daha sonra xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə kimi, ünvan 1 ünvanında, İnşaatçılar metrosunun yaxınlığında yerləşən “Uşaq Nevrologiya və Neyrometabolizma Mərkəzində” Həkim -X26 Ümid xanımın qəbuluna əvvəlcədən 100 (yüz) manat ödəniş edərək aparıb gətirmişdir. Övladını Günel həkimin qəbuluna 7(yeddi) seans aparıb gətirmişdir. Həkimin qəbulunun 100 manat olduğunu, 7 dəfə yazdığı dərman reseptini və yol yemək xərclərini nəzərə alsaq, bu zaman (700 manat qəbul+2100 manat reseptlər + 84 manat yemək xərci + 280 manat yol xərci) ümumilikdə təqribən 3164 manat vəsait tərəfindən xərclənmişdir. Belə olduğu halda cavabdeh çəkdiyi xərclərin yarısını, 3164/2=1582 manat hissəsini iddiaçıya ödəməlidir. Həkimin yazdığı müalicələri mütəmadi olaraq davam etdirsə də, oğlunun səhətində, nitqində onu qane edəcək hər hansısa irəliləyiş olmadığından həkimi dəyişmək qərarına gəlmiş, daha sonra Bakı şəhəri Cəlil Məmmədquluzadə küçəsində yerləşən “Kəpəz Hospitalın”da həkim nevropotoloq Könül Hacıyevanın qəbuluna apararaq, mütəmadi şəkildə müalicəsini öz şəxsi hesabına elətdirmişdir. Təyyarı Könül həkimin qəbuluna 2 (iki) dəfə aparmış, birinci dəfə 124 manat, ikinci dəfə isə, 160 manat ödəniş etmişdir. Həkim əlavə olaraq, övladının müalicəsi üçün birinci dəfə 2 aylıq, ikinci dəfə isə 3 aylıq müalicə resepti yazmışdır. Belə olduğu halda çəkdiyi xərclər (124 manat qəbul +160 manat qəbul + 1500 manat dərman reseptləri + 26 manat yemk + 60 manat yol xərcləri) ümumilikdə təqribən 1870 manat pul vəsaiti tərəfindən xərclənmişdir. Buna görə də hesab edir ki, cavabdeh çəkdiyi xərclərin yarısının, 1870/2=935 manat hissəsini iddaiçıya (ona) ödəməlidir. Bundan başqa isə övladını 1 dəfə “Atlas” klinikasına hıkim nevropotoloq Zakir Əliyevin qəbuluna aparmışdır. Həkimin qəbulu isə 150 manatdır. O, uşağın müalicəsi uçun heç bir müalicə yazmamışdır. Belə olduğu halda çəkdiyi xərclər (150 manat qəbul + 12 manat yemək + 30 manat yol xərci) ümumilikdə 190 manat təşkil edir. Belə olduğu halda da hesab edir k, cavabdeh çəkdiyi xərcin yarısını yəni, 192/2=96 manatını iddiaçıya ödəməlidir. Daha sonra xx.xx.2023-cü il tarixdən, xx.xx.2024-cü il tarixə kimi oğlunun müalicə həkimi Bakı şəhəri, Xətai prospekti 15 ünvanında yerləşən, “X24”də həkim nevropotoloq kimi fəailiyyət göstərən Fizuli Məmmədov olmuşdur. Fizuli həkim Təyyara iki kurs müalicə yazmışdır. Həkimin qəbuluna hər dəfə 65 manat pul ödəmişdir. Əlavə isə iki dəfə dərman resepti yazmışdır. Sonuncu yazılan reseptin 3 aylıq müalicə müddəti bitdikdən sonra həkimlə əlaqə saxlayaraq bildirmişdir ki, oğlunun nitqində hər hansısa irəlilləyiş yoxdur, aqresivliyi, yersiz hərəkətləri qışqırmağları var. Bu zaman həkim ona uşağı psixatra apararaq müalicə yazılmasını məsləhət bildirmişdir. Beləliklə Fizuli həkimin müalicəsinə çəkdiyi xərclər (65 manat qəbuluna+ 65 manat ikinci dəfə qəbuluna + 600 manat müalicə reseptləri + 24 manat yemək+ 60 manat yol xərcləri) ümumilikdə = 814 manat təşkil etmişdir. Belə olduğu halda cavabdeh çəkdiyi xərclərin yarsını yəni 814/2=407 manat hissəsini iddiaçıya ödəməlidir. Hal-hazırda isə oğlunun həkimi Bakı Şəhəri, Xətai rayonu, Məhəmməd Hadi ev.53, məhəllə 2942, giriş 4, mərtəbə 1 ünvanında yerləşən “Dilab” klinikasında işləyən həkim psixatr Abdulla Şıxliniskidir. Abdulla həkimin qəbuluna əvvəlcədən 100 manat ödəniş etmiş və əlavə olaraq, Təyyara müalicə resepti yazmışdır. Bu günə kimi oğlunun müalicə həkimi Abdulla Şıxlinskidir. Belə olduğu halda övladının müalicəsi üçün çəkdiyi xərclər (100 manat qəbul + 90 manat dərmanlar +12 manat yemək + 30 manat yol xərci) ümumilikdə çəkdiyi xərc 232 manat olmuşdur. Buna görə də cavabdeh çəkdiyi xərcin yarsın, yəni 232/2=116 manat olan hissəni iddiaçıya ödəməlidir. Qeyd edir ki, yuxarıda adları qeyd olunan həkimlərin hamsının qəbulları ödənişlidir. Ödənişlər əvvəlcədən köçürülür, qəbul isə növbəlilik şəklində həyata keçirilir. Yuxarıda qeyd olunan həkim müalicələri ilə, yanaşı övladı Təyyarı 10 iyul 2023-cü il tarixdən, 05 fevral 2024-cü il tarixə kimi Bakı şəhərində, Xırdalanda yerləşən “X22 Mərkəz”inə həftənin tək günləri (1,3 və 5-ci günlər) daxil olmaqla Xaçmaz Rayonundan taksi ilə psixoloji təlim və məşqələrə aparıb gətirmişdir. “X22 Mərkəz”inə ödədiyi ödəniş qəbzlərinin cəmi məbləği 2470 manat, qəbzlərin sayı isə 38 ədəd təşkil edir. Ödəniş qəbzlərinin sayına əsasən rayondan Bakı şəhərinə getdiyi yer məlum olduğundan, hər hansı nəqliyyat vastəsilə gedib qayıtsa belə, hər dəfəsində 38 ədəd qəbz sayı x 30 manat yol xərci = ümumilikdə 1140 manat yol xərci, əlavə isə 38 ədəd qəbz sayına görə iki nəfər üçün hər dəfəsində ən aşağı yemək xərci 38 ədəd qəbz sayı x 12 manat = 456 manat yemək xərci təşkil edəcəkdir. Beləliklə ümumilikdə çəkdiyi xərc (2470 manat ödəniş məbəği + 1140 manat yol xərci+ 456 manat yemək xərci) 4066 manat təşkil etmişdir. Belə olduğu halda cavabdeh çəkdiyi xərcin yarısını yəni 4066/2=2033 manat olan hissəsini iddiaçıya ödəməlidir. “X22 Mərkəzində” oğlunun müalicəsi ilə əlaqədar beyində yatmış hüceyrələri aktivləşdirən “Neurofeedback” beyinin ritmik hərəkətini formalaşdıran aparat oimdığından həmin mərkəzdən ayrılmaq məcburiyyətində qalmışdır. Bu səbəbdən oğlunu xx.xx.2024-cü il tarixdən hal-hazıra kimi “X15”-nin Sumqayıt filialında həftənin tək günləri (1, 3 və 5-ci) günləri daxil olmaqla Psixoloji təlimlərə aparıb gətirir. Bu mərkəzdə isə beyin qidalandırıcı “Neurofeedback” aparatı mövcuddur. Hər seansın (dərsin) müddəti 45 (qırx beş) dəqiqə təşkil edir. Oğlu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə, kimi “X15”nin Sumqayıt filialında 56 tam psixo-pedaqoji seans, 10 yarım və 38 tam Neurofeedback aparat terapiyası, 42 tam loqopedik seans, 10 tam klinik-refleksoloji terapiya keçmişdir. Filialın xx.xx.2024-cü il tarixli arayışdan, (VOEN: **********) aydın olur ki, o, övladı Təyyarı xx.xx.2024-cü il tarixdən xx.xx.2024- cü il tarixə, kimi ümumilikdə 56 (əlli altı) dəfə Xaçmaz rayonundan “X15”-nin Sumqayıt filialına aparıb gətirmişdir. Təyyarın təlimləri üçün ödədinişlər mərkəzin ona təqdim etdiyi arayışda göstərilən formada həftəlik və aylıq paket şəklində tərəfindən ödənilmişdir. Beləliklə xx.xx.2024-cü il tarixdən xx.xx.2024- cü il tarixə, kimi olan müddətdə mərkəzdən ona təqdim olunan arayışa əsasən övladının yalnız psixoloji təlimləri üçün ümumilikdə, 3215 manat pul vəsaiti tərəfindən mərkəzə ödənilmişdir. Digər qaydada arayışda xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə, kimi 56 dəfə mərkəzə aparıb gətirdiyini nəzərə alsaq, bu zaman (3215 manat ödənilən məbləğ+ 1680 manat yol xərci+ 672 manat yemək xərci) ümumilikdə 5567 manat məbləğində təşkil etmişdir. Buna görədə cavabdeh çəkdiyi xərcin yarsını yəni 5567/2=2783 manat, 50 qəpik olan hissəsini iddiaçıya ödəməlidir. Qeyd edir ki, “ Narınc Psixologiya” Mərkəzi tərəfindən Sumqayıt Şəhərində yerləşən “Hipokrat Hospitalına” Təyyarın başını EEGE müayinəsi etdirmək üçün göndərilmişdir. Bu zaman xəstəxanaya (75 manat rüsum + yemək xərci 12 manat, +30 manat yol xərci) cəmi = 117 manat pul vəsaiti ödəmişdir. Buna görədə o, hesab edir ki, cavabdeh çəktiyi xərcin yarsını yəni 117/2=58 manat, 50 qəpik olan hissəsini iddiaçıya ödəməlidir. Hər kəsə məlumudur ki, Azərbaycan Respublikasının bütün ərazilərində bura Bakı-Xaçmaz istiqamətində taksi fəaliyyəti ilə məşğul olan bütün sürücülər o, cümlədən əksər restoran və kafelər daxildir ki, bunlar qəbizsiz nəğd şəkildə fəaliyyət göstərirlər. O, cümlədən bura onların mərkəzə və xəstəxanalara gedib gəldikləri taksilər, həmçinin Bakı, Sumqayıt şəhərlərində, sərnişindaşıma fəaliyyəti göstərən sərnişin avtobusları, kafe və restoranlar, hətta yemək yedikləri “Əhməd” kafedə daxildir. Buna görədə çəkdiyi yol, yemək xərcləri ödəniş qəbzlərinin sayına əsasən nəzərə alınmalıdır. Onun tərəfindən çəkilən bütün xərclərin yekun cəminin yarsına əsasən cavabdehin üzərinə düşən ödəməli pul vəsaiti ümumilikdə 8011 manat təşkil edir. Cavabdehin üzərinə öhdəlik olaraq, düşən bu məbləğ xx.xx.2024-cü il tarixinə qədər olan dövürü əhatə edir. xx.xx.2024-cü il tarixdən sonra övladının müalicə və müayinəsinə o, cümlədən psixoloji təlimlərinə ödəyəcəyi pul vəsaitlərinə dair sübutlarını məhkəmənin gedişi zamanı rəsmi qaydada məhkəməyə təqdim edəcəkdir. Bir tərəfdən cavabdehə hər ay 100 (bir yüz ) manat aliment, digər tərəfdən öhdəlik kimi, üzərində yığılıb qalan aliment borcundan 50 manat, bütövlükdə hər ay cavabdehə 150 manat ödəniş etdiyindən bu xərcləri qarşılamaqda çətinlik çəkir. Digər tərəfdən əlil övladının müalicəsinə və psixoloji təlimlərinə ödənilən vəsait, digər tərəfdən aliment öhdəliyi onu maddi cəhətdən çətinliyə salır. Aliment məhkəmə qərarı ilə, kəsildiyindən hər kəs bir mənalı şəkildə alimenti ödəməyə borcludur. Çünki məhkəmə qərarları qanuni qüvvəsini aldıqdan sonra qətnamədə və ya qərardada tərəflər üzərinə qoyulmuş öhdəliklərin icrası məcburidir. X3rın övladı olduğu üçün məhkəmədən xahiş edir ki, cavabdehin (ananın) üzərinə bu vaxta qədər oğlunun psixoloji təlimlərinə müayinə və müalicəsinə, dair ümumilikdə çəkdiyi 16022 (on altı min iyirmi iki manat, 00 qəpik) manat xərcin yarsını yəni 8011,00( Səkkiz min on bir manat, 00 qəpik) manat olan hissəsini tam şəkildə, eləcə də oğlunun bundan sonra (gələcəkdə) psixoloji təlimlərinə müayinə və müalicəsinə, yemək, yol məsrəflərinə dair, tərəfindən çəkiləçək xərclərin yarsını ödəmək öhtəliyi qoyulsun. Cavabdehin maddi vəziyyəti bu xərclərin yarısını ödəməyə imkan verir. Cavabdehin dövlətdən gəliri olmasa da özünün və ailə üzvlərinin adına torpaq sahəsi vardır. Həmin pay torpaq sahəsindən və yaşadığı fərdi mənzilin həyətyanı torpaq sahəsindən il ərzində ümumilikdə 20-25 kisə təmizlənmiş fındıq, və digər meyvələrdən tədarüklər edib, gəlir əldə edirlər. Bu da ümumilikdə il ərzində təkcə fındıqdan təqribən 3000-4000 manat civarında əldə olunan gəlir deməkdir. Cavabdehin gəlirləri bununla yekunlaşmır o, anası ilə birgə göyərti kimi tanınan, (keşniş, şüyüt, ispanağ, vəzəri, soğan, reyhan v.s) bitkilərin əkilib becərilməsi və satışı ilə məşğul olurlar. Bu göyərti biznesi onların kəndinin ən gəlirli sahələrindəndir. Təxminən göyərti satışından ay ərzində ən azı 800-900 manat gəlir əldə edirlər. Bir sözlə cavabdehin imkanları buna əsas verir ki, övladının müalicəsinə psixoloji təlim və məşğələlərinə bu vaxta qədər çəkdiyi və gələcəkdə çəkəcəyi xərclərin yarısını ödəmiş olsun. Təyyar Allahverdiyev hər ikisinin övladı olduğu üçün, cavabdeh hər ay çəkdiyi xərclərin yarsını ödəməyə qanunla müəyyən olunmuş qaydada borcludur. Bununla bağlı öz aralarında məhkəmədən kanar razılığa gəlməsi ilə, bağlı cavabdehə 04 iyun 2024-cü il tarixdə rəsimi xəbərdarlıq göndərmişdir. Cavabdeh göndərdiyi xəbərdarlığa əsasən hər hansısa razılığa gəlmək əvəzinə, əksinə anası ilə birlikdə Xaçamaz Rayon Polis Şöbəsinə gedərək onun barəsində rəsmi qaydada şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə Qusar rayon 1 saylı mediasiya təşkilatının mediatoru X18 iştirakı ilə keçirilən mediasiya prosesində cavabdeh iştirak etməmiş, qarşılıqlı razılıq üçün keçirilən mediasiya prosesinə dəvət olunsa da gəlməkdən imtina etmişdir. Nəticədə Cavabdehlə aralarında hər hansısa razılıq əldə olunmadığından məhkəmədə iddia qaldırmışdır. Cavabdeh X20 07 yanvar 2025-ci il tarixdə məhkəməyə valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakına dair iddia tələbinə etiraz ərizəsi verərək, iddiaçının ona qarşı qaldırdığı iddia tələbinin təmin edilməməsini və məhkəmə xərclərinin ondan tutulmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 30 yanvar 2025-ci il tarixdə cavabdehin etiraz ərizəsinə münasibəti ilə bağlı məhkəməyə ərizə verərək, həmin ərizəsində qeyd etmişdir ki, cavabdehin ərizəsində göstərdiyi hallar yalan, şər böhtan, şərəf və ləyaqəti alçaldan, həqiqətlərə uyğun olmayan məzmunda yazılmış sözlərdir. Buna görədə məhkəmədən xahiş edir ki, icraatda olan 2(067)-329/2025-ci il tarixli iş üzrə iddia tam şəkildə təmin edilsin. Cavabdehin bu xərcləri ödəməyə imkanı vardır. İmkanı olamasa belə adına 0.30 ha pay torpaq sahəsi və birgə nigah dövründə Qaradaq-Buduq kəndində əldə etdikləri, lakin boşanma zamanı məhkəmə qaydasında ondan aldığı 0,5 ha həyətyanı torpaq sahəsi vardır. Əgər cavabdeh övladının müalicəsinə çəktiyi xərclərin yarısını, o cümlədən 50 manat mediasiya xərcini və 50 manat dövlət rüsumunu, həmçinin hər ay çəkdiyi xərclərin yarsını, ödəməkdən boyun qaçırarsa, bu zaman əmlakları üzərinə həbs qoyulması barədə məhkəmədə iddia qaldıracaqdır. Həmin torpaq sahələri əlavə xərclərdə çəkdiyi xərclərin yarsından az hissəsini qarşılayacaqdır. Nəzərə alınmasını xahiş edir. Məhkəmə baxış iclasında iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia tələbi cavabdehin əlavə xərclərə cəlb edilməsidir. Azyaşlı oğlu Təyyarı müalicə alması üçü Parlaq Psixilogiya mərkəzinə aparır. Orada xərclədiyi ödənişlər barədə arayışı məhkəməyə təqdim etmişdir. Qərar qəbul edilərkən həmin arayışda göstərilən məbləğin nəzərə alınamsını xahiş edir. 3606 manat X16, 3215 manat Narınc psixilogiya mərkəzinə ödənişlər etmiş və sonuncu dəfə xx.xx.2025-ci il və xx.xx.2025-ci tarixdə X16 2 dəfə 96 manat ödəniş etdiyi qəbzləri də məhkəməyə təqdim etmişdir. Dövlət xəstəxanalarında müalicəsi üçün elə bir şərait yoxdur. Bir neçə dəfə müraciət etsə də, TƏBİB-dən “icbari tibbi sığorta üzrə xidmətlər zərfinə loqoped və psixiloq seansları daxil edilmir” deyə cavab bildirmişlər. O, cavabdehdə qalan oğlu üçün də aliment ödəməkdədir və cavabdehə hazırda 2500 manat aliment borcu vardır. Uşağın müalicələrinə xərci çıxdığına görə vaxtı vaxtında ödənişlər edə bilməmiş, lakin ödəyəndə də artıq məbləğlər ödəmişdir ki, borcundan da çıxılsın. Cavabdeh işləmir. Sadəcə torpaq sahələri, meyvə bağları var onlardan istifadə edərək gəlir əldə edir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2021-ci ildən 24 avqust 2016-cı il təvəllüdlü oğlu Təyyar onun yanındadır. Xaçmaz rayon Məhkəməsinin qətnaməsi ilə uşaqlar boşandıqdan sonra ananın himayəsinə verilmişdir. Həmin qətnamədən Apelyasiya şikayəti olmuş və 2023-cü ildə Sumqayıt Apelyasiya məhkəməsinin qətnaməsinə əsasən uşaqlardan biri ananın biri də atanın himayəsinə verilmişdir. Anada qalan uşaq üçün o, 100 manat aliment ödəyir, lakin onunla qalan uşaq üçün ana aliment ödəmir. Oğlu Təyyar əlildir. Ona o, qulluq edir və onu müalicələrə aparır. Cavabdeh onu, polisə şikayət etmişdir, guya içkili olmuş, evə gələndə onu döymüşdür. Lakin bu belə olmamışdır. O, dövlət işində işləyir, içki içmir. O, hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh də alimentin artırılması ilə bağlı mediasiyaya müraciət etmişdir. O, cavabdehdən uşaq üçün çəkdiyi xərclərin yarısını tələb edir. İddia ərizəsində qeyd etdiyi, hər ay ödənilən xərclərin 400 manat miqdarında pulun ondan tutuması hissəsində tələbindən imtina edir və qalan 8011 manat vəsaiti tam şəkildə ödəməsini tələb edir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək və iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin olunmalıdır. Məhkəmmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-T seriyalı, 231937 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə cavabdeh X11 birgə nikahından 24 avqust 2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməasi”nə dair arayışdan müəyyən olunur ki, 24 avqust 2016-cı il təvəllüdlü X4 müddətsiz 1-ci dərəcəli əlillik verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(105)-1302/2023 saylı qətnaməsindən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-53/2023 nömrəli qətnaməsi qismən - xx.xx.2016-cı il təvəllüdlü X1 anası Cavabdeh himayəsinə verilməsi, uşaqların saxlanılması üçün cavabdehdən alimentin tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, xx.xx.2016-cı il təvəllüdlü X1 atası İddiaçı yanında saxlanılması və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin 05 oktyabr 2023-cü il tarixli, 11-10/2-A-74xx-xx-11721/2023 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə ‘Loqoped və psixoloq seansları” daxil edilməmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi yardımın göstərilməsi imkanına malik olmadığını, sığorta olunanların yalnız icbari tibbi sığortanın maliyyə mənbələri hesabına Xidmətlər Zərfi çərçivəsində təminat verilmiş müvafiq növdə, həcm də və şərtlərlə tibbi xidmətlərlə təmin edildiyini bildirmişlər. 29 aprel 2024-cü il tarixli Xaçmaz Rayon Mərkəzi X17 şəxs X19 ünvanlanmış məktubdan müəyyən olunur ki, Xaçmaz rayonu Hülövlü kəndində yaşayan, xx.xx.2016-cı il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə Quba rayon PNRM-da həkim psixiatrik komissiyasında olmuşdur. Diaqnoz: "Ağır dərəcəli əqli gerilik, emosiya və davranış pozuntusu ilə "F 72.1 "N itq inkişafının sp esifik pozuntusu" F 8 0 .0. Əlavə qulluğa və ciddi nəzarətə ehtiyacı vardır. “Parlaq PNİM”-in rəhbəri Sevinc Kamilova tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli, 1 №-li arayışdan müəyyən olunur ki, İddiaçı 24 avqust 2016-cı il təvəllüdlü azyaşlı övladı X5, 10 iyul 2023-cü il tarixdən, hal-hazıra kimi, həftənin tək (1, 3 və 5-ci) günləri daxil olmaqla Xırdalan şəhərində yerləşən, əvvəllər “Birlik Psixologiya” mərkəzi kimi tanınan, hal-hazırda isə, “Parlaq Psixologiya” mərkəzi olaraq fəaliyyətini davam etdirən, “Parlaq Psixologiya” mərkəzinin “Xırdalan” filialında psixoloji təlim seanslarında iştirakını təmin edir. Qeyd: İddiaçı azyaşlı X10n psixoloji təlimləri üçün 10 iyul 2023-cü il tarixindən, 29 yanvar 2025-ci il tarixinə kimi olan müddət ərzində “Parlaq Psixologiya” mərkəzinin Xırdalan filialına ümumilikdə 3606,00 ( üç min altı yüz altı manat, 00 qəpik) vəsait ödəmişdir. 17 fevral 2025-ci il və 03 mart 2025-ci tarixli qəbzlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən X1 müalicəsi ilə bağlı “Parlaq Psixogiya mərkəzi”nə 2 dəfə 96 manatdan ödənişlər olunmuşdur. “Narınc” Psixologiya Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli arayışından müəyyən olunur ki, Təyyar Allahverdiyev xx.xx.2024-cü il tarixdən həftənin tək günləri olmaqla mərkəzə valideyni İddiaçı ilə gəlmiş, Təyyar Allahverdiyev xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək mərkəzdə 56 tam psixo-pedaqoji seans, 10 yarım və 38 tam neurofeedback aparat terapiyası, 42 tam loqopedik seans, 10 tam klinik-refleksoloji terapiya keçmişdir və mərkəzə cəmi 3215 manat ödənilmişdir. “Azemis” Elektron məhkəmə informasiya sistemində qeyd alınmış tərəflərin barəsində olan gəlir məlumatından müəyyən olunur ki, İddiaçı Xaçmaz rayon İcra Hakimiyyətində “dövlət qulluqçusu-baş mühasib” vəzifəsində işləyir və 1011 manat məbləğində aylıq əmək haqqı alır, cavabdeh X11 isə rəsmi gəliri barədə məlumat yoxdur. 03 oktyabr 2024-cü il tarixli ödəniş qəbzlərindən müəyyən olunur ki, İddiaçı mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində rüsum ödəmişdir. 03 oktyabr 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 50 manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmənin gəldiyi nəticə: Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. 81.1-ci maddəsinə müvafiq olaraq alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3.-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 20 noyabr 1989-cu il tarixli Konvensiyasının: 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. 3-cü və 27-ci maddələrinə əsasən uşaqlarla bağlı bütün tədbirlərdə ilk növbədə uşağın maraqlarının ən yaxşı şəkildə təmin olunmasına diqqət yetirilir; - hər bir uşaq onun fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün adekvat olan həyat səviyyəsi hüququna malikdir; - valideyn (valideynlər) və uşağa görə məsul olan digər şəxslər öz bacarıqları və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan yaşayış şəraiti ilə təmin edilməsi üzrə başlıca məsuliyyət daşıyırlar; «Uşaq hüquqları Bəyannaməsi»nin: 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq, tərəflərin birgə nikahından olan ağır xəstə və müddətsiz 1-ci dərəcəli əlilliyi müəyyən edilmiş uşağı - xx.xx.2016-cı il təvəllüdlü X1 müalicəsi ilə əlaqədar faktiki çəkilmiş əlavə xərclərin ödənilməsinə uşağın valideyni olaraq cavabdehin də cəlb edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə İddiaçı iddia tələbinin “gələcəkdə övladının psixoloji təlimlərinə, müayinə və müalicəsinə, o cümlədən yol və yemək xərclərinin yarısının ödənilməsi məqsədilə hər ay 400 manat sabit pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi” hissəsi ilə bağlı onu qeyd edir ki, İddiaçı məhkəmə iclasında tələbindən bu hissədə imtina edərək, iddia həcminin azaldılmasını və 1-ci qrup 85%-li, ağır dərəcəli müddətsiz əlil 24 avqust 2016-cı il təvəllüdlü övladı X1 psixoloji təlim və məşqlərinə, müayinə və müalicəsinə digər qaydada yol, yemək xərclərinə görə bu günə kimi çəkdiyi xərclərin yarısını, yəni 8011 manat məbləğində vəsaitin iddiaçıdan alınaraq ona verilməsi hissəsində təmin edilməsini xahiş etmişdir. Bu halı nəzərə alaraq məhkəmə iddia tələbinə azaldılmış həcmdə münasibət bildirməyi məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə uşağın valideyninin əlavə xərclərə cəlb olunması qaydasını müəyyən edərkən, iddiaçı tərəfindən faktiki çəkilmiş bu xərclərin miqdarını, valideynlərin və uşaqların ailə və maddi vəziyyətini, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, 24 avqust 2016-cı il təvəllüdlü, ağır xəstəliyi ilə bağlı İ qrup əlilliyi müəyyən olunmuş X1 müalicəsi ilə bağlı psixoloji təlimləri üçün 10 iyul 2023-cü il tarixindən, 29 yanvar 2025-ci il tarixinə kimi olan müddət ərzində “Parlaq Psixologiya” mərkəzinin Xırdalan filialına iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 3798 manat vəsaitdən və Təyyar Allahverdiyevin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək “Narınc” Psixologiya Mərkəzində terapiya seansları keçməsi ilə əlaqədar iddiaçı tərəfindən mərkəzə ödənilmiş cəmi 3215 manat vəsaitdən ibarət əlavə xərclərin ödənilməsinə cavabdeh də cəlb olunmalı və ondan qeyd olunan 7013 manat pul vəsaitinin yarısını təşkil edən 3506,5 manat məbləğində pul iddiaçının xeyrinə tutulmaldır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddia tələbindən müəyyən olunur ki, iddiaçı məhkəmə xərclərini cavabdehdən tələb etmişdir. Belə olan halda, məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun qismən, yəni 22 manat pulun və 60 manat məbləğində mediasiya xərcinin də qismən, yəni 22 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 278.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahından olan uşaqları - 24 avqust 2016-cı il təvəllüdlü X1 müalicəsi ilə əlaqədar İddiaçı tərəfindən faktiki çəkilmiş cəmi 7013 manat məbləğində əlavə xərclərin yarısı, yəni 3506.50 manat, həmçinin mediasiya xərci kimi ödənilmiş 22 manat məbləğində pul vəsaiti və 22 manat məbləğində dövlət rüsumu cavabdeh X9 tutularaq İddiaçı xeyrinə ödənilidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan uşaqları – 24 avqust 2016-cı il təvəllüdlü X1 müalicəsi ilə əlaqədar İddiaçı tərəfindən faktiki çəkilmiş cəmi 7013 manat məbləğində əlavə xərclərin yarısı, yəni 3506.50 manat məbləğində pul vəsaiti cavabdeh X9 tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh X9 mediasiya xərci kimi ödənilmiş 22 manat məbləğində pul vəsaiti və 22 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənildin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-329/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-329/2025
07.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver