Məhkəmə qərarları › İş №2(067)-3402/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3402/2023

29.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3402/2023 29.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Alimentin təyin edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş uşaqları- 17 oktyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 220 manat miqdarında və uşaq 3 yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin, habelə mediasiya prosesində ödənilmiş 60 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə nikahlarını Xaçmaz rayon Qeydiyyat Şöbəsində 234 nömrə ilə rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan 17 oktyabr 2021-ci il tarixdə X2 adlı bir uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduöundan faktiki olaraq ayrılmışlar. Uşaq ounla qalır. Məhkəmənin icraatında nikahın pozulması tələbinə dair digər hakimin icraatında mülki iş vardır. Artıq xeyli vaxtdır ki, cavabdehlə ayrı yaşayırlar, cavabdeh uşağın saxlanması üçün könüllü olaraq aliment ödəməmişdir. Özü heç bir yerdə işləmir, başqa gəlir yeri yoxdur, uşağı xəstədir, uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh uşağın saxlanması üçün minimal istehlah səbəti olan 220 manat aliment ödəmək imkanları vardır. Belə ki, o, Bakı şəhərində toyuq sexində işləyir və 650 manat əmək haqqı alır. Hazırda bir uşağın saxlanması üçün yaşayış minimumu Dövlət tərəfindən 220 manat müəyyən edilmişdir. Qeyd edir ki, Mediasiya prosesinə xx.xx.2023-cü il tarixdə tərəfindən 60 manat mediasiya xərci də ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də göstərilənləri nəzərə alaraq iddiasının təmin edilməsini, Cavabdeh birgə nikahdan doğulmuş uşaqları- 17 oktyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 220 manat miqdarında və uşaq 3 yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin, habelə mediasiya prosesində ödənilmiş 60 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmişdir. Cavabdeh məhkəməyə ərizəsini göndərməklə 29 dekabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qismən 150 manat həcmində qəbul etdiyini bildirməklə işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. 20 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək və iddia tələbinə münasibət bildirməklə göstərmişdir ki, cavabdehin tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı çatmır. O, Bakı şəhərində özəl tikintidə fəhlə işləyir, kirayə qalmaq haqqı və digər xərclər çıxdıqdan sonra əlində cəmi 400 manat pul qalır. Bu səbəbdən iddiaçının tələb etdiyi 220 manat məbləğində alimenti ödəmək iqtidarında deyildir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, mülki iş materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 17 noyabr 2020-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahlarını 17 noyabr 2020-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə evlənmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ-İV seriyalı, 684452 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 17 oktyabr 2021-ci ildə Məryəm adlı bir nəfər uşaqları anadan olmuşdur. İş materiallarında olan “İlkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan və ödəniş qəbzlərindən görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, nəticədə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cii il tarixli arayış verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə 60 manat mediasiya xərci ödəmişdir. Aparılmış məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh nikahlarını 17 noyabr 2020-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə etdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından 17 oktyabr 2021-ci ildə Məryəm adlı bir nəfər uşaqları anadan olmuşdur. Uşaq hal-hazırda iddiaçının himayəsinddir. Tərəflər arasında ailə münasibətləri pozulduğundan faktiki olaraq ayrılmışlar. Cavabdeh uşağın saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahdan doğulmuş uşaqları- 17 oktyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 220 manat miqdarında və uşaq 3 yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin, habelə mediasiya prosesində ödənilmiş 60 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment sabit pul məbləğində tutula bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad-uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. 09 dekabr 2022-ci ildə qəbul edilmiş, 01 yanvar 2023-cü il tarixdən qüvvəyə minmiş «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, bütün yuxarıda şərh edilib göstərilənləri, eləcə də tərəflərin maddi və ailə vəziyyətlərini, diqqətəlayiq olan digər halları nəzərə almaqla məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 17 oktyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni 06 noyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 180 manat miqdarında və uşaq 3 yaşına çatanadək 50 manat miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Əlavə olaraq cavabdehdən iddiaçı tərəfindən Qusar 1 saylı Mediasiya Təşkilatına xidmət haqqı olaraq 60 manat alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan çox olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, aliment tutulması barədə iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. Cavabdeh bir il ərzində ödəməli olduğu alimentin məcmusu 1000 manatdan çox olduğundan qanunun tələbinə əsasən ondan 47 manat 60 qəpik məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə əsasən qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 17 oktyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni 06 noyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat miqdarında və uşaq 3 yaşına çatanadək 50 (əlli) manat miqdarında aliment tutularaq İddiaçı verilsin. Əlavə olaraq Cavabdeh İddiaçı tərəfindən Qusar 1 saylı Mediasiya Təşkilatına xidmət haqqı olaraq 60 manat alınaraq İddiaçı və iddiaçının azad edildiyi, aliment iddiasına görə müəyyən olunmuş 47 manat 60 qəpik dövlət rüsumu alınıb dövlət nəfinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar