Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3417/2025 18.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşaq üçün müəyyən edilmiş alimentin məbləğinin azaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, İddiaçı 29 aprel 2018-ci il tarixdə cavbadeh Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan bir övladı var: xx.xx.2012-ci il təvəllüdlü X6. Bildirir ki, nikah bağlandıqdan bir müddət sonra münasibətləri pozulmuş və nikaha xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-3159/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək cavabdeh İddiaçı Rəsulova (Abdullayeva) Lalə Həmidşah qızının yanında saxlanılması üçün hər ay uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla aliment tutulması qət edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 8(060)-744/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatana kimi saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,83 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərar verilmişdir. O, ikinci dəfə ailə həyatı qurmuş və bu səbəbdən ailə öhdəlikləri artmışdır. Hazırda ikinci ailəsindən iki övladı var: xx.xx.2020ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9. Həmçinin, üçüncü övladının doğulması gözlənilir və hazırda həyat yoldaşı hamilədi. Hazırda onun əmək fəaliyyəti kəskin məhdudlaşıb və gəliri çox azalıb. İşsiz qalmağı səbəbindən aliment ödənişi onun üçün ağır iqtisadi yükə çevrilmişdir. Alimentin məbləğinin azaldılması barədə qərarın qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Birgə nikahından 1 övladı var. Lakin onun 2-ci evlilikdən 3 uşağı var. 3-cü övladı yeni dünyaya gəldiyi üşün xərcləri çox olur. Məhkəmədən aliment miqdarının azaldılması barəsində qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-3159/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək cavabdeh İddiaçı Rəsulova (Abdullayeva) Lalə Həmidşah qızının yanında saxlanılması üçün hər ay uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla aliment tutulması qət edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-744/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşıma çatana kimi saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,83 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. - nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı X2 ilə xx.xx.2018-ci ildə nikaha daxil olmuşdur. Nikahdan sonra qadın Rəsulova soyadını qəbul etmişdir. - şəkilli şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 anadan olmuşlar. - doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2025-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-3159/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək cavabdeh İddiaçı Rəsulova (Abdullayeva) Lalə Həmidşah qızının xeyrinə tutulan alimentin miqdarı azaldılmalı, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş məhkəmə xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-3159/2019 saylı alimentin təyin edilməsi barədə qətnaməsi və Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 744/2025 saylı xx.xx.2025-ci il tarixli alimentin indeksasiyası barədə qərardadı ilə İddiaçı Rəsulova (Abdullayeva) Lalə Həmidşah qızının xeyrinə tutulan alimentin miqdarı azaldılsın. xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh qızına ödənilsin. İş üzrə ödənilmiş məhkəmə xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-3417/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3417/2025
18.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver