Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3569/2025 09.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh ilə birgə nikahlarından olan uşağı xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin və mediasiyadan keçmək üçün ödədiyi 50 manat rüsumun onun xeyrinə tutulması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12 dekabr 2006-cı il tarixdə el adəti ilə toy məclisi edib ailə həyatı qurmuş və nikahı da həmin günü Xaçmaz rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahdan övladı xx.xx.2020-ci ildə X2 anadan olmuşdur. Onlar əvvəllər mehriban bir ailə kimi yaşamışlar. Son illər xasiyyətləri uyğun gəlmədiyinə görə Cavabdeh tərəfindən nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon məhkəməsinə müraciət etmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlə nikahın pozulması, övladı X1 himayəsində saxlanılması və cavabdehdən onun xeyrinə 190 manat məbləğində alimentin tutulması qət edilmişdir. 2025-ci ilin mart ayında aralarında barışıq olduğu üçün ərizə yazaraq alimentdən imtina etmişdir. Sonradan barışığın alimentdən imtina etməyi ücün olduğunu görmüşdür. Aralarındakı münasibət yenidən pozulmuş və övladı ilə birlikdə valideynlərinə məxsus evdə qalır. Bu müddət ərzində nə övladı ilə nə də onunla bir dəfə də oldun maraqlanmamışdır. Cavahdeh uşağın gündəlik tələbat və məktəb xərcləri üçün ona hər hansı maddi köməklik göstərmir, bir sözlə ailəsinə qarşı biganədir. O, mövcud iqtisadi şəraitdə uşağı saxlamaqda, maddi tələbatlarını təmin etməkdə çox çətinlik çəkir. Halbuki cavabdeh də bir ata kimi öz vəzifələrini yerinə yetirməli və uşağın saxlanılmasında iştirak etməlidir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, məhkəmənin qətnaməsinə əsasən bir uşağın saxlanılması üçün 190 manat aliment təyin ediləndən sonra qarşı tərəflə aralarında barışıq olmuş, bundan sonra icra şöbəsində ərizə yazaraq alimentdən imtina etmişdir. 3 gün cavabdehin evində qaldıqdan sonra onu evdən qovmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)- 2729/2024 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən 588 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək anası İddiaçı himayəsində (yanında) saxlanılmışdır. xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 02 oktyabr 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 190 manat məbləğdə sabit aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Göründüyü kimi hazırki iddia üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan mülki işə üzrə hazırlıq icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. 261.0.2-ci maddəsinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “aliment təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin hazırlıq icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-3569/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3569/2025
09.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver