Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3688/2025 18.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)- 1233/2025 saylı qətnaməsi ilə ondan xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə tutulan alimentin ölkədə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli miqdarının dəyişdirilməsi və həmin alimentin ölkədə müəyyən edilmiş minimum əməkhaqqının 0.3 misli miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh sabiq həyat yoldaşıdır. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü bir uşaqları- X3 anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(067)-232/2025 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan olan 15 may 2018-ci il təvəllüdlü X2 boşanmadan sonra anası Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2025-ci il tarixli, 2(105)-1233/2025 saylı qətnaməsi ilə apellyasiya şikayətini qismən təmin edərək, Xaçmaz Rayon Məhkəməsinin adıçəkilənqətnaməsinin qismən, alimentin tutulmaması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin çıxarılması, 10 iyun 2025-ci il tarixindən başlayaraq İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi həmin qətnaməni qəbul edərkən onun əlilliyini və aldığı pensiyadan əlavə heç bir gəlir mənbəyinin olmamasını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. O, xx.xx.1993-cü il təvəllüdlü olmaqla İİİ dərəcəli əlildir və əlilliyi müddətsiz olaraq təyin edilmişdir. Heç bir ağır fiziki iş görə bilmir. Yalnız şəxsi təsərrüfatda yüngül işlər görərək aldığı pensiya pulu ilə dolanır. Ona görə də onun Sumqayıt Apellyasiya Məhkəməsinin təyin etdiyi məbləğdə aliment ödəmək imkanı yoxdur. İİİ qrup əlilliyə görə ayda 180 manat pensiya alır. Cavabdehə uşağın saxlanılması üçün hər ay 120 manat aliment ödəmək iqtidarındadır. Əks halda özü ac qalmalı olacaq, həmçinin gələcəkdə alimentin ödənilməməsinə görə məsuliyyətə cəlb oluna bilər.
Məhkəmə prosesində verilən izahatlar.
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, yenidən ailə qurmamışdır. Aliment borcunu ödəmişdir. Uşaq üçün ödədiyi alimenti uşağa xərcəmirlər, bunu uşaq özü ona demişdir. Uşaq üçün bir həftəlik ərzaq alıb göndərir, uşaqla görüşməyinə imkan vermirlər.
4. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır.
İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)- 1233/2025 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(067)-232/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(067)-232/2025 nömrəli qətnaməsi qismən, alimentin tutulmaması hissəsində ləğv edilmişdir. Həmin hissədə yeni qətnamə çıxarılması, xx.xx.2025-ci il tarixdən başlayaraq İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan yetkinlik yaşına çatmayan uşaqları - 15 may 2018-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
6. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 15 saylı Tibbi Sosial Ekspert Komissiyasının çıxarışından görünür ki, İddiaçı xx.xx.1993-cü il təvəllüdlü olmaqla İİİ dərəcəli əlillik təyin edilmişdir, ağır fiziki işlər əks göstərişdir.
7. “Məhkəmə işlərinin elektron idarəetmə sistemi” vasitəsilə əldə olunmuş məlumatdan görünür ki, İddiaçı İİİ qrup əlilliyə görə 180 manat pensiya alır.
İşin faktiki halları.
8. İddiaçı və Cavabdeh birgə nikahından bir uşaq - 15 may 2018-ci il təvəllüdlü X3 doğulmuşdur.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)- 1233/2025 nömrəli qətnaməsinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
10. İddiaçı İİİ dərəcə əlildir (orqanizmin funksiyalarının 61-80 faiz və pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdir) və ona ağır fiziki işlər əks göstərişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə; 112.1.6. ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3 – 217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
15. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
16. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
17. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin aliment miqdarının azaldılması ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin (məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır.
18. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
19. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
20. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından qeyd edir ki, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) üçün imperativ olaraq müəyyən edilmiş şərtlər aşağıdakılardır: 1) tərəflərdən hər hansı birinin maddi vəziyyətində baş vermiş dəyişiklik; 2) tərəflərdən hər hansı birinin ailə vəziyyətində baş vermiş dəyişiklik.
21. İş üzrə tərəflər arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulan 15 may 2018-ci il təvəllüdlü X2 anasının yanında qalmasının və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinin məhkəmə qətnaməsinə əsasən qət edilməsi, qətnamənin qanuni qüvvəsini alması, eləcə də aliment miqdarının məhkəmə tərəfindən müəyyən edilməsindən sonra iddiaçının maddi vəziyyətində hər hansı dəyişikliyin olmaması işin mübahisəsiz halıdır.
22. Tərəflərin maddi və ailə vəziyyətinin araşdırılması ilə bağlı məhkəmə qeyd edir ki, alimentin məbləği məhkəmə tərəfindən müəyyən edildikdən sonra iddiaçının ailə vəziyyətində dəyişiklik baş verməmiş, iddiaçı ikinci dəfə ailə həyatı qurmamışdır. Məhkəmə tərəfindən ailə vəziyyətinin araşdırılmasına tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqlarının olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyi və s. kimi hallar aiddir. Artıq işin mübahisəsiz halıdır ki, iddiaçının cavabdehlə birgə nikahdan doğulan uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün ödəməli olduğu aliment öhdəliklərindən başqa analoji öhdəliyi mövcud deyil.
23. Məhkəmə onu da qeyd edir ki, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
24. Aliment miqdarının hər ay ölkədə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli miqdarının dəyişdirilməsi və həmin alimentin ölkədə müəyyən edilmiş minimum əməkhaqqının 0.3 misli miqdarında müəyyən edilməsi uşağın üstün mənafeləri baxımından qənaətbəxş məbləğ olmadığı kimi, minimum əməkhaqqının 0.3 misli miqdarında tutulması da ədalətli məbləğ hesab edilə bilməz.
25. Belə ki, iddiaçının təklif etdiyi həddə aliment miqdarının azaldılması uşağın əvvəlki təminatının səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə gətirib çıxarır ki, bu da qanunvericinin güddüyü məqsədlərə mütənasib hesab edilmir.
26. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (AR MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları sübut edə bilməmiş, həmin fakt və halların təsdiqinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, işdə mövcud olan sübutları bir-birləri ilə əlaqəli şəkildə qiymətləndirən məhkəmə, mümkün, mötəbər və əsaslı sübutlara müvafiq olaraq verilən hüquqi qiymət əsasında iddianın rədd edilməli olması nəticəsinə gəlməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
28. Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən bu iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia təmin edilməməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nərmin Ağazadə