Məhkəmə qərarları › İş №2(067)-3691/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3691/2025

05.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3691/2025 05.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı, Cavabdeh qarşı alimentin azaldılması barədə iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Xaçmaz rayon məhkəməsinin 2(067)- 3695/2025 saylı, xx.xx.2018-ci tarixli qətnaməsinə əsasən təyin edilmiş, Xaçmaz rayon məhkəməsinin 8(067)-634/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən indeksasiya edilmiş aliment miqdarının dəyişdirilərək xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla uşağa görə minimum əmək haqqının 0.38 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-3695/2025 saylı, xx.xx.2018-ci tarixli qətnaməsinə əsasən cavabdehlə nikahı pozulmuş və bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər uşağa 150 manat alınaraq cavabdehə verilməsi qət edilmişdir. Sonradan cavabdeh aliment miqdarının indeksasiya edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Xaçmaz rayon məhkəməsinin 8(067)- 634/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla uşağa görə minimum əmək haqqının 1.15 misli həddində aliment təyin edilmişdir. Sonuncu qərardaddan sonra bir uşağa görə 460 manat aliment ödəməli olacaq. Bu isə hazırda onun maddi vəziyyətinə uyğun məbləğ deyil. Hazırda işləyir, lakin aylıq qazancı orta hesabla 600-700 manat arasıdır. Yenidən ailə qurmuşdur, əlavə bir azyaşlı övladı var. Həmçinin valideyinləri də onun himayəsindədir. Buna görə də, tərəfindən 460 manat alimentin ödənilməsi qeyri-mümkündür. Gələcəkdə alimenti ödəyə bilmədiyi üçün barəsində məsuliyyət tədbiri görülə bilər. Bu da yeni doğulan övladının, xəstə valideyinlərinin, həmçinin aliment ödədiyi övladının hüquqlarının pozulması ilə nəticələnəcək. Yəni məqsəd övladına aliment ödənilməsidirsə bu ağlabatan maddi vəziyyətinə uyğun formada təyin edilməlidir. Ondan fərqli olaraq cavabdeh hazırda işləyir və daimi əmək haqqı alır. Bunu müəyyən etmək üçün elektron məhkəmə sistemindən məlumat almaq mümkündür. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideyinlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Yəni qanunun mənasından göründüyü kimi uşaqları saxlamaq təkcə atanın deyil, ananın da borcudur. 2025-ci il tarixdə uşaqlar üçün yaşayış minimumu 246 manat nəzərdə tutulmuşdur. Həmin məbləğdə valideyinlərin hər ikisinin arasında bərabər bölünməlidir. Mediasiya prosesində iştirak etmişdir. Mediasiya keçirilməsi üçün 60 (əlli) manat ödəniş etmişdir. Maddi imkanlarını nəzərə alaraq hazırda uşağa görə 150-160 manat aliment ödəyə bilər. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Aliment miqdarının dəyişdirilərək xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170-180 manat ödəməyə gücü çata bilər. İkinci evlilikdən 2 yaşlı övladı da var, yüksək aliment ödəməyə imkanı çatmır. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişlər ki, iddianı qəbul etmir. İddiaçı ilə münasibəti yoxdur. Cavabdehin anası və atası ilə münasibəti yaxşıdır, uşaqlarla görüşürlər, əlaqə saxlayırlar. Uşağın 9 yaşı var, 8 ildir ki, ona ana olaraq o, baxır, ailəsinin dəstəyi ilə. Maddi imkanı aşağıdır, uşağın hazırlıqları var, göz əməlliyatı olunmalıdır. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. - Xaçmaz rayon məhkəməsinin 2(067)-3695/2025 saylı, xx.xx.2018-ci tarixli qətnaməsinə əsasən iddiaçının cavabdehlə nikahı pozulmuş və bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq 150 manat alınaraq Cavabdeh verilməsi qət edilmişdir. - Xaçmaz rayon məhkəməsinin 8(067)-634/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla uşağa görə minimum əmək haqqının 1.15 misli həddində müəyyən edilmişdir. EMİS-dən əldə olunmuş məlumatdan görünür ki, cavabdehin ikinci evlilikdən xx.xx.2023-cü il təvəllüdlü X4 adında övladı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Xaçmaz rayon məhkəməsinin 2(067)-3695/2025 saylı, xx.xx.2018-ci tarixli qətnaməsi və Xaçmaz rayon məhkəməsinin 8(067)-634/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılmalı, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş məhkəmə xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 2(067)-3695/2025 saylı, xx.xx.2018-ci tarixli qətnaməsi və Xaçmaz rayon məhkəməsinin 8(067)-634/2025 saylı, xx.xx.2025-ci il tarixli alimentin indeksasiyası barədə qərardadı ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş məhkəmə xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar