Məhkəmə qərarları › İş №2(067)-382/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-382/2021

15.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-382/2021 15.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, övladı xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, X1 vilayətinin Xarabali Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə qızı Aksananın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay əmək haqqısının ¼ hissəsi məbləğində alimentin alınması qət edilib. Cavabdeh 2019-cu ilin dekabr ayınadək vaxtaşırı 50 manat aliment göndərsə də, daha sonra ikinci dəfə ailə qurduğunu deyərək aliment verməkdən imtina edir. Ona görə də o, cavabdehdən hazırda 250 manat aliment tələb edir. Məhkəmə iclasında iş üzrə İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq özünün heç yerdə işləmədiyini və qazancınln olmadığını, cavabdehin gəlirləri barədə məhkəməyə təqdim edəcəyi sübutunun olmadığını bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan X1 vilayətinin Xarabalı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından anadan olan xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay əmək haqqısının ¼ hissəsi məbləğində alimentin alınması qət edilmişdir. Azəbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə məhkəmənin qətnaməsi olduqda müəyyən edilmiş bir halın məhkəmə tərəfindən yenidən müəyyən edilməsi yolverilməz oduğundan mülki iş üzrə icraata xitam veriməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar