Məhkəmə qərarları › İş №2(067)-3901/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3901/2025

05.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3901/2025 05.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən onun xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaı onunla əsaslandırılmışdır ki, heç bir yerdə işləmədiyinə və başqa gəlir yeri olmadığına görə maddi yardıma ehtiyacı var, xəstədir dərmanlarını almağa maddi imkanı yoxdur. ünvan 1i ünvanında yaşayan xx.xx.1987-ci il təvəllüdlü X4 onun oğludur. Valideynlik vəzifələrini yerinə yetirməkdən boyun qaçırmamışdır və valideynlik hüquqlarından məhrum olunmamışdır. Cavabdehin yetərincə maddi vəsaiti var və onu saxlaya bilər, ancaq həmin vəzifəni könüllü surətdə yerinə yetirmək arzusunda deyil. Tək yaşayır, həyat yoldaşı rəhmətə getmişdir. Maddi köməyə ehtiyacı vardır. Göstərilən faktlar aşağıdakı sübutlarla təsdiq olunur. Cavabdeh hərbi sahədə işləyir, aylıq gəliri 1000-2000 manat təşkil etsə də, ona baxmır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, evdar qadındır, yoldaşı rəhmətə gedib, tək yaşayır, heç yerdə işləmir, başqa gəlir yeri olmadığına görə maddi yardıma ehtiyacı var. Oğlu ona baxmır, ona görə də hər ay 320 manat məbləğində alimentin oğlundan tutularaq ona verilməsini istəyir. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, ki, anasına kömək etmək üçün maddi imkanı çatmır, öz xərcləri olduğuna görə maddi yardım edə bilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, ərizənin məhkəməyə daxil olduğu xx.xx.2025-il tarixdən başlayaraq, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı saxlanması üçün cavabdeh X2 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. - İlkin mediasiya sessiyasında iştirak edilməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı ikin mediasiya prosesində iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. - doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.1987-ci ildə anadan olmuşdur. Ata qrafasında X5 və ana qrafasında isə İddiaçı qeyd edimişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği minimum aylıq əməkhaqqının 0,38 misli (152 manat) müəyyən olunduğundan iddianın qiyməti 152 manat x 12 ay=1824 manat təşkil edir. Odur ki, cavabdehdən 38.24 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli və mediasiya xərci kimi ödənilmiş 60 manat pul İddiaçı xeyrinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı saxlanması üçün cavabdeh X2 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh X2 38.24 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Cavabdeh X2 60 manat mediasiya xərci tutularaq İddiaçı verilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar