Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-433/2021 10.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X9, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü Fətəliyev Turan Dəyanət oğlunun, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2, yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2008-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 anadan olmuşlar. 2 ildir cavabdehlə ayrı yaşayırlar və 4 uşağı onunla qalırlar. Onlar kiçik olduqlarına görə o, heç yerdə işləmir. Uşaqları qohumlarının köməyi ilə saxlayır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin gəlirləri, fəaliyyəti barədə məlumatı, sübutları yoxdur. Amma onu bilir ki, cavabdeh hərbçi kimi pensiya alır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi və hər uşağa görə 175 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, o, uşaqlarını özü dolandırmaq fikrindədir. Özü Müdafiə Nazirliyinin qazisidir və ayda 363 manat pensiya alır, həmin puldan ona 167 manat pul qalır, qalan pulu “Kapital Bank”dan aldığı kreditə görə ödəyir, onun başqa gəliri yoxdur, dolanışığına da valideynləri köməklik göstərirlər. Ayda 1 uşaq üçün 50 manat, cəmi 200 manat aliment ödəyə bilər. O, İİ qrup əlildir, amma bu barədə sənədi məhkəməyə gətirməmişdir. Göstərilənlərə əsasən iddianın qəbul etdiyi həcmdə qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qısmən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 400429 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 304681 saylı, AZ-İİ seriyalı 922574 saylı, AZ-İİİ seriyalı 225905 saylı, AZ-İİİ seriyalı 225906 saylı doğum haqqında şəhadətnamələrdən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı 4 uşaqları anadan olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.2009cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 anaları İddiaçı himayəsindədirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyənnaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2020-ci ildə 170 manat, 2021-ci ildə isə 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə azyaşlı xx.xx.2009-cu il təvəllüdlü Fətəliyev Turan Dəyanət oğlunun, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2, mənafeyini, tərəflərin maddi vəziyyətlərini, həmçinin yaşayış minimumu haqqında Qanunun tələblərini nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən alimentin tutulmasına dair iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 100 manat olmaqa, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2020-ci ildə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. Buna görə də alimentin tutulması xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin olunmalı və tərəflərin birgə nikahlarından olan uşaqları xx.xx.2009-cu il təvəllüdlü Fətəliyev Turan Dəyanət oğlunun, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci il tarixdən Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 100 manat olmaqa, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü Fətəliyev Turan Dəyanət oğlunun, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-433/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-433/2021
10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver