Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-442/2021 11.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx xxxxxx 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul şəklində 170 (yüz yetmiş) manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onlar cavabdehlə xx.xx.2019-cu il tarixdə el adəti ilə toy edərək, ailə qurmuşlar. Rəsmi nikahları xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. Birgə nikahdan xx xxxxxx 2020-ci il təvəllüdlü X6 doğulmuşdur. Ailə münasibətləri əvvəllər nisbətən normal olmuş, 2020-ci ilin əvvəllərindən başlayaraq cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən aralarında söz-söhbət yaranmış, cavabdeh özünü normal adam kimi aparmamış, bir həyat yoldaşı kimi ona hörmət etməmişdir. Cavabdehin bu hərəkətlərinə dözməyərək, xx.xx.2020-ci il tarixdə uşağı da götürüb ata evinə qayıtmışdır. Həmin dövrdə cavabdeh onunla və uşaqla maraqlanmamış, onlara maddi yardım göstərməmişdir. Heç bir gəlir yeri olmadığından uşağın saxlanması üçün çətinliklərlə qarşılaşmışdır. Cavabdeh könüllü olaraq ona heç bir yardım göstərmir. Aralarında aliment ödənilməsi barədə saziş yoxdur. Ona görə də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq 10 aydır müddətində iddiaçı ilə cavabdehin birgə nikahdan olan uşaqlarının onların evində olduğunu, uşağın allergiyası və bir gün əvvəl hərarəti olduğunu, lakin buna baxmayaraq, avabdehin bir ata kimi uşağı ilə maraqlanmadığını, ona görə iddiaçının cavabdehə qarşı aliment iddiası qaldırdığını göstərmişdir. İddiaçı uşaq körpə və xəstə olduğuna görə heç yerdə işləmir. Cavabdehin gəlirləri, fəaliyyəti barədə məlumatları, sübutları yoxdur. Cavabdeh uşağı onların evdə olduğu müddətdə uşaq üçün 1 dəfə banan alıb gətirmiş, 1 dəfə yeni ildə hədiyyə və bir gün əvvəl ayaqqabı alıb gətirmişdir, başqa heç bir kömək göstərməmişdir. Qızı ilə birgə yaşadıqları dövrdə cavabdeh Ailə Marketdə yük daşıyan işləmişdir, amma onun nə qədər maaş aldığını bilmir. Göstərilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, iddiaçının istədiyi məbləğdə aliment ödəməyə maddi imkanının olmadığını, fəhlə işlədiyini, iş olanda günə 10-15 manat qazancı olduğunu, ayda 70-80 manat məbləğində aliment ödəyə biləcəyini göstərmişdir.Hazırda aylıq 250-300 manat məbləğində gəliri olur və Bakı şəhərində kirayədə yaşamaqla tikintidə fəhləlik edir. Başqa gəliri, bağı və torpaq sahəsi yoxdur. Göstərilənlərə əsasən cavabdeh iddianın qəbul etdiyi həcmdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 349414 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2019-cu il tarixdə Şabran rayon İHB-nin Ağalıq İƏD-si üzrə nümayəndəliyində 07 sayla nikah qeyd edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı 339755 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx xxxxxx 2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən nikah pozulduqdan sonra hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2020-ci ildə 170 manat, 2021-ci ildə 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə azyaşlı uşağın mənafeyini və tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nigahından anadan olmuş yetkinlik yaşına çatmamış uşaqları- xx xxxxxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmsı üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 150 manat aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı ilə birgə nikahlarından anadan olan xx xxxxxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 150 (yüz əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-442/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-442/2021
11.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver