Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-46/2023 17.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi Nümayəndə2, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdeh nümayəndəsi Nümayəndə1 və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin müəyyən olunması və aliment ödəməkdən azad edilmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlə 20 avqust 2006-ci il tarixli nikahlarından doğulmuş xx.xx.2007təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 yaşayış yerinin onun yanımda olması barədə, onu övladlarına münasibətdə aliment ödəməkdən azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 20 avqust 2006-cı il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikahdan xx.xx.2007-ci il təvəllüdlü X7 və 23 mart 2009-cu il təvəllüdlü X8 anadan olmuşdur. Xaçmaz rayon Məhkəməsinin qətnaməsinə əsasən nikah pozulduqdan sonra 2 övladı cavabdehin himayəsində qalmışdır. Azərbaycan Respublikası MPM —nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Xaçmaz rayon Məhkəməsinin qətnaməsinə əsasən hər həftəninin şənbə və bazar günləri uşaqlarıyla mütəmadi olaraq görüşürdü. Övladları analarının yanına getmək istəmədiklərindən xx.xx.2021 -ci il tarixindən halhazıra kimi onun himayəsindədirlər. Bununla bağlı Xaçmaz rayon Polis və İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmiş profilaktik söhbətlər zamanı uşaqların analarına getməmələri barədə akt tərtib olunmuşdur. Xaçmaz rayon Müşkür kənd İnzibati Ərazi Dairəsi Köhnə Xaçmaz kəndi nümayəndəsinin 29 sentyabr 2021 -ci il tarixli aktına əsasən 18 oktyabr 2007-ci il tarixdə doğulmuş X7 23 mart 2009-cu il tarixdə doğulmuş X8 halhazırda Xaçmaz rayon Köhnə Xaçmaz kəndində valideyni İddiaçı himayəsində yaşayır və İddiaçı övladlarının gündəlik qayğıları ilə şəxsən məşğul olur. Hal-hazırda övladları onun yanandadırlar və anaları Cavabdeh yanında qalmaq istəmirlər. Bu hallar ekspertiza təyin edilsə üzə çıxacaqdır. Onun uşağı onun yanımda yaşaması və normal inkişaf etməsi üçün hər cür maddi və mənzil şəraiti vardır. Xaçmaz rayon Məhkəməsinin 2(067)-1396 saylı, 24 iyul 2013- cü il tarixli əmrinə əsasən Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yaşayan borclu İddiaçı hər ay qazancının üçdə bir hissəsi 22 iyul 2013- cü il tarixdən başlayaraq tutulub. 2007- ci ildə anadan olmuş Orxanın və 23 mart 2009-cu ildə anadan olmuş Ayxanın yetkinlik çatana kimi saxlanması üçün Xaçmaz şəhəri,Təbriz küçəsi, 14 saylı evdə yaşayanan X9ma verilməlidir. Məhkəmə iclasında iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, 4 məhkəmə qərarı olub və cavabdeh iddiaçıya uşaqları ilə görüşməyə imkan verməyib. Xaçmaz rayon məhkəməsinin qətnaməsinə əsasən nikah pozulandan sonra uşaqlar cavabdehin yanında qalıblar. İddiaçı məhkəmə qətnaməsinə əsasən hər həftənin şənbə və bazar günləri uşaqları ilə mütəmadi olaraq görüşüb. Uşaqlar analarının yanına getmək istəmədiklərinə görə xx.xx.2021-ci il tarixdən hazırkı vaxtadək atalarının yanında qalırlar. Uşaqların ərizələri var ki, orada onlar niyə görə anaları ilə qalmaq istəmədiklərini və atalarının yanına getdiklərini göstəriblər. Müşkür kənd İƏD-nin arayışları var ki, uşaqlar 2021-ci ilin avqust ayından ataları İddiaçı ilə birgə yaşayırlar. Həmin arayışları məhkəməyə təqdim edirəm. Cavabdeh məhkəmə qətnaməsini icra etməyib. Uşaqlar ərizə verib bildiriblər ki, babaları və dayıları tərəfindən mütəmadi döyülüblər, təzyiq altında olublar. Məişət zorakılığı haqqında qərar var və orada məhkəməyə müraciət qaydası müəyyən olunub. Məhkəmədə şəxsin əməlində cinayət əlamətləri müəyyən olunarsa Prokurorluğa məlumat göndərilməlidir. Bu iş üzrə də uşaqların döyülərək atalarının yanına qaçıb getmələri müəyyən olunub. Hesab edirəm ki, cavabdehin məqsədi ancaq iddiaçıdan aliment almaqdır. Uşaqlar deyirlər ki, ataları ödədiyi alimentdən onlara 1 qəpik də olsun verilməyib. İddiaçının atası nəvələri üçün kompüter alıb, onların uşaqların normal inkişafı üçün hər bir şəraitləri vardır. 2013-cü ildən iddiaçı cavabdehə aliment ödəyib, 2021-ci ili avqust ayında uşaqlar onun yanına qayıdıb gələndən sonra aliment ödəmir. Uşaqlar iddiaçının yanında qaldıqlarına görə və onların bütün tələbatlarını iddiaçı və atası ödədiklərinə görə, iddiaçı cavabdehin xeyrinə ondan tutulan alimenti ödəməkdən azad edilməlidir. Həmçinin xahiş edir ki, məhkəmə-psixoloji ekspertizanın rəyi elan olunsun, rəyə də münasibətini bildirsin. Cavabdehin iddiaya qarşı etiraz ərizəsi ilə tanış oldu. Cavabdehin iddiaya qarşı etiraz ərizəsində qeyd etdiklərinin heç biri həqiqəti əks etdirmir. Cavabdeh özü uşaqlara qarşı zorakılıq hərəkətləri edib, uşaqlar hədə-qorxu altında olublar. Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyinə etirazı yoxdur. Uşaqların babası uşaqlar analarının yanında olanda onlara çox böyük diqqət yetirib, onlar üçün kreditlə kompüter alıb. Ərzaq cəhətdən, ümumiyyətlə hər cəhətdən hər şeyin öhdəsindən gəlib. Buna baxmayaraq, qarşı tərəf uşaqlara təzyiqlər göstərib, təzyiqdən əlavə uşaqları döyüb. Uşaqların atalarına bağlılığı məhkəmə-psixoloji ekspertizanın, qəyyumluğun rəyi ilə tam təsdiq olunub. Uşaqlar özləri də buradadırlar, özü də uşaqların 16 yaşı olur. C.Cabbarlı 16 yaşlında pyeslər yazırdı. 16 yaşlı uşaqlara təsir göstərilə bilməz. Ona görə obyektiv qərar qəbul edilməsini xahiş edir. Həmçinin Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 4150/03 saylı arayışını da təqdim edir. İddiaçı tərəf cavabdeh üçün cinayət işi başlanılmasına imkan verməyib. Cavabdehin atası, qardaşı uşaqları döyüblər, bunun nəticəsində uşaqlar qaçıb gəliblər atalarının yanına. Məhkəmə iclasında iş üzrə İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, vəkilin dedikləri ilə razıdır. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, oğlu İddiaçı yeni ailə qurub öz ailəsi ilə birlikdə yaşayır, uşaqlar həm onun evində, həm də ataları İntiqamın yaşadığı evdə qalırlar, İntiqam hər gün uşaqları ilə maraqlanır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddianı qəbul etmir. İddiaya qarşı etiraz ərizəsində cavabdeh öz mövqeyini ətraflı bildirib. Uşaqlara qarşı heç bir zorakılıq olmayıb, uşaqların babası və əmisi istədikləri vaxt uşaqlarla görüşüblər. İddiaçı özü hazırda başqa qadınla ailə qurub və uşaqlardan ayrı yaşayır. O, uşaqlara ödəməli olduğu alimenti də vaxtaşırı ödəməyib. Sübut kimi məhkəməyə təqdim etdiyi diskdə cavabdehin uşaqlara mehriban münasibət bəsləməsi, qayğılarına qalması müəyyən olunur. Uşaqları qızı öz istəyi ilə babaları Müzəffərin doğum gününə göndərib avqust ayının 8-də. Bunu təsdiq edəcək taksi sürücüsü var Allahverdi adlı, o, gəlib məhkəmədə iştirak edə bilər. Mütəmadi olaraq bunlar həmişə gəlib görüşüblər. İddiaçı, onun atası, nənəsi gəlib görüşüblər. O ki qaldı onun barəsindədə dedikləri sözlərə, onun uşaqları namaz qılırlar, onlar nəinki uşaq vurmaq, heç toyuq kəsə bilmirlər. Yəni bunların dedikləri cəfəngiyatdır. Uşaqlar üçün velosiped alıb şirnikləndiriblər. Qızı neçə dəfə qaynatasına zəng edib deyib ki, uşaqları göndərin, deyiblər uşaqlar istəmirlər, əlbəttə ki, uşaq üçün 500-600 manata velosiped alanda, nənəsi gündə 15 manat verib deyəndə gedin kefinizi çəkin istəməzlər də. Bu uşaqlar bütün günü küçələrdədirlər. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə cavabdehin vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, qəyyumluq orqanının rəyi elan olundu. Hesab edir ki, iddia təmin olunmamalıdır. Ona görə ki, iddiaçı iddia ərizəsində özü yazır ki, hər həftənin şənbə və bazar günləri uşaqları ilə mütəmadi görüşüb, uşaqlarla görüşməsində heç bir problem olmayıb, uşaqlara hər hansı bir psixoloji və ya fiziki təsir göstərilməsi ilə bağlı iddia ərizəsində heç bir qeyd yoxdur. Yəni iddia ərizəsindən belə anlaşılır ki, hər şey qaydasında olub. İş materiallarından da müəyyən olunur ki, bundan əvvəl uşaqlar analarının himayəsində olublar və Xaçmaz şəhər 5 saylı orta məktəbdə oxuyublar, dərsə davamiyyətləri və davranışları ilə nümunəvi şagirdlər olublar, uşaqların atası, babası məktəbə gələndə onlarla maneəsiz görüşüblər, ünsiyyət qurublar, burada da heç bir problem olmayıb. Sadəcə olaraq, iddiaçı tərəf onlara uşaqlarla görüş verilməsindən sui-istifadə edərək, uşaqları öz təsiri altına çəkiblər, sonradan uşaqları öz yanlarında saxlamağa müvəffəq olublar. Hazırda iddiaçı başqa qadınla ailə qurub və ondan uşaqları var, özü başqa ünvanda yaşayır, bu uşaqlar isə babaları ilə yaşayırlar. İddiaçının vəkili də bildirdi ki, uşaqlar hələ cavabdeh tərəfin yanında olarkən babası uşaqlar üçün kompüter alıb, ərzaq alıb. Bu onu göstərir ki, burada şirnikləndirmə məsələləri var, uşaqları öz tərəflərinə cəlb etmək üçün bütün vasitələrdən istifadə edirlər. Amma burada əsas uşaqların maraqları əsas götürülməlidir. Psixoloji ekspertiza təyin olunub. Ekspert rəyində göstərilir ki, uşaqlar analarını görmək istəmirlər. Bu inanılmazdır, ona görə ki, ana 13 və 15 yaşlı uşaqları 2021-ci ilədək saxladı, heç bir problem olmadı, indi isə analarını görməyə gözləri yoxdur. Bu da onu göstərir ki, uşaqlar psixoloji və fiziki təsir altındadır. MPM-də sübutların qiymətləndirilməsi qaydası var, orada göstərilir ki, ekspert və ya mütəxəssis rəyi məhkəmə üçün mütləq qüvvəyə malik deyil və digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İddia tələbin tam rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Nümayəndəsi və vəkilinin dedikləri ilə razıdır. İddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib və tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-1396/2013 saylı, xx.xx.2013-ci il tarixli əmrindən görünür ki, borclu İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi 22 iyul 2013-cü il tarixdən başlayaraq tutulub xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh verilməsi əmr edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 noyabr 2022-ci il tarixli 11/471saylı rəyindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 ataları İddiaçı bağlılıqları üzə çıxmaqla, anaları Cavabdeh bağlılıqları müəyyən olunmur. Uşaqların boşanmadan sonra hansı valideynin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi inkişafına və psixoloji vəziyyətlərinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli, 5-49/2-82/2023 saylı rəyindən müəyyən olunur ki, uşaqların atalarına daha çox baqlılıqlarını nəzərə alaraq, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X3 ataları İddiaçı himayəsinə verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə iclasında Xaçmaz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə3 Mövlud oğlunun iştirakı ilə xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 fikirləri öyrənilmiş və hər iki övlad ataları ilə qalmaq istədiklərini bildirmişdirlər Məhkəmə tərəflərin izahatlarından, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli, 5-49/2-82-2023 saylı rəyindən və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 noyabr 2022-ci il tarixli 11/471 saylı rəyindən müəyyən etmişdir ki, tərəflərin birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X7 ataları İddiaçı yanında qalırlar və bundan sonra da ataları ilə qalmaq istəyirlər. “Elektron məhkəmə” İnformasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, iddia İddiaçı ikinci dəfə ailə həyatı qurmuş və ikinci nikahından xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 anadan olmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X2 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 11-ci fəslində ailədə uşaqların hüquqlarından bəhs olunur. Həmin fəsildə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququndan, uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququndan, uşağın öz fikrini bildirmək hüququndan, uşağın əmlak hüquqlarından və s. bəhs olunur. Həmin Məcəllənin 49.2 və 49.3-cü maddələrinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəlləinin 109.2-ci maddəsinə əsasən aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. 109.3. Bu Məcəllənin 109.2.1—109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Konstitusiya Məhkəməsinin Qərarına əsasən Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Qeyd olunan Plenumun Qərarında göstərildiyi kimi Ailə Məcəlləsinin 112.1-ci maddəsində əks olunan “ailə vəziyyəti” anlayışına şərh verilərək göstərilir ki, tərəfin yenidən ailə qurub qurmaması, yeni ailədə uşaqların olub-olmamasına diqqət yetirilməlidir. İş materiallarından da göründüyü kimi, İddiaçı ikinci nikahından 2 yetkinlik yaşına çatmayan övladları vardır, yəni Plenumun Qərarında göstərildiyi kimi, Ailə Məcəlləsinin normasına uyğun olaraq iddiaçının ailə vəziyyətinin dəyişməsi faktı təsdiq olunur. Bundan başqa, alimentdən azad etmə ilə bağlı işlərə baxarkən X10 Məcəlləsinə uyğun olaraq tərəflərin diqqətəlayıq digər halların da araşdırılması tələb olunur. Qeyd olunan işdə məhkəmə hesab edir ki, uşaqların öz istəkləri ilə atalarının yanında yaşaması, bundan sonra da onunla qalmaq istədiklərini, habelə mənəvi olaraq atalarını daha çox istədiklərini diqqətəlayıq hal kimi nəzərə almaq məqsədəmüvafiqdir. Beləliklə də, məhkəmə iş materiallarında əsasən və uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından anadan olan uşaqları- xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X3 ataları İddiaçı yanında qalmaları və İddiaçı qətnamə qəbul edildiyi gündən aliment ödəməkdən azad edilməsi məqsədəuyğundur. Ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul Cavabdeh tutularaq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34JTRE******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İş materiallarından göründüyü kimi, iddiaçı mediasiya və dövlət rüsumuna görə ödədiyi xərci cavabdehdən tələb etməmişdir. Belə olan halda, mediasiya xərci və dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahdan olan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X3 yaşayış yerləri ataları İddiaçı yanında olması müəyyən edilsin. İddiaçı qətnamə qəbul edildiyi gündən aliment ödəməkdən azad edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul Cavabdeh tutularaq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34JTRE******************** hesabına keçirilsin. İş üzrə ödənilmiş mediasiya xərci və dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-46/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-46/2023
17.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver