Məhkəmə qərarları › İş №2(067)-481/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-481/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-481/2023 23.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı daşınmaz əmlaka daur alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon 1 saylı Notariat Ofisində 23 iyul 2020-ci ildə cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Xaçmaz rayonu, Xudat şəhəri, Konserv zavodu qəsəbəsi, ev 16, mənzil 4 -ə dair bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin evə dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı bildirmişdir ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisində 23 iyul 2020-ci ildə cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Xaçmaz rayonu, Xudat şəhəri, Konserv zavodu qəsəbəsi, ev 16, mənzil 4 -ə dair bağlanmış alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin evə dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sənədləri vəkili hazırlayıb və rüsum ödənilməsindən xəbəri olmayıb. Məhkəmə hazırlıq iclasında cavabdeh bildirmişdir ki, iddianı müdafiə etmir. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə şərh olun hüquq normasına əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən MPMnin tələblərinə əməl edilməmiş, hazıradək həmin nöqsan iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 150.1.ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsi müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. AR MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar