Məhkəmə qərarları › İş №2(067)-5/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-5/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-5/2022 18.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc, borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində 18 iyul 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 9075,97 ABŞ dolları əsas, 1774,64 ABŞ dolları faiz, 2905,62 ABŞ dolları dəbbə pulu, cəmi 13756,23 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 500 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT ASCnin xeyrinə ödənilməsi, borcun əvəzi 14.000 manat qiymətləndirilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0,057704 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 132,2 kv.metr ümumi sahə, 98,0 kv.metr yaşayış, 34,2 kv.metr yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi (Liter B 93,5 kv.metr tikinaltı sahədən ibarət 1 mərtəbəli talvar, qarac, anbar, liter-C 13,2 kv.metr tikintialtı sahədən ibarət 1 mərtəbəli anbara və 16000 manat qiymətləndirilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri Qələbə küçəsi 16 saylı 1 mərtəbəli, 76,2 kv.metr ümumi sahə, 33,1 kv.metr yaşayış, 43,1 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlaklar açıq hərracda satılaraq tələb edilən borcların ödənilməsi, ünvan 1 ünvanında 0,057704 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 132,2 kv.metr ümumi sahə, 98,0 kv.metr yaşayış, 34,2 kv.metr yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evindən orada yaşayan Cavabdeh1, Cavabdeh3 Qasımbala qızı, Cavabdeh4 və X3 çıxarılması, fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların boşaldılması, Xaçmaz şəhəri Qələbə küçəsi 16 saylı 1 mərtəbəli, 76,2 kv.metr ümumi sahə, 33,1 kv.metr yaşayış, 43,1 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evindən orada yaşayan Cavabdeh2 çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1 indiki İddiaçı BOKT-nın Quba filialından xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 19000 ABŞ dolları almışdır. Bu borcun təminatı olaraq Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0,057704 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 132,2 kv.metr ümumi sahə, 98,0 kv.metr yaşayış, 34,2 kv.metr yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi (Liter B 93,5 kv.metr tikinaltı sahədən ibarət 1 mərtəbəli talvar, qarac, anbar, liter-C 13,2 kv.metr tikintialtı sahədən ibarət 1 mərtəbəli anbar, Cavabdeh2 xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri Qələbə küçəsi 16 saylı 1 mərtəbəli, 76,2 kv.metr ümumi sahə, 33,1 kv.metr yaşayış, 43,1 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi yüklü edilmişdir. İpoteka müqavilələri notariatda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. İş üzrə digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli 485/14/PBQ saylı kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən iddiaçı təşkilat tərəfindən sonuncuya 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ipoteka (girov) müqavilələrindən müəyyən olunur ki, 25 dekaör 2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0,057704 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 132,2 kv.metr ümumi sahə, 98,0 kv.metr yaşayış, 34,2 kv.metr yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi (Liter B 93,5 kv.metr tikinaltı sahədən ibarət 1 mərtəbəli talvar, qaraj, anbar, liter-C 13,2 kv.metr tikintialtı sahədən ibarət 1 mərtəbəli anbar, Cavabdeh2 xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri Qələbə küçəsi 16 saylı 1 mərtəbəli, 76,2 kv.metr ümumi sahə, 33,1 kv.metr yaşayış, 43,1 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi yüklü edilmişdir. İş materiallarında olan MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Xaçmaz şəhəri Qələbə küçəsində yerləşən 16 nömrəli ev tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 174 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixli 485/14/PBQ saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı kimi ünvan 2 ünvanında yerləşən evin ipotekası dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında olan 0,057704 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 102 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı kimi Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0,057704 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ipotekası dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 18 dekabr 2020-ci il tarixli 9/3781 nömrəli ekspert rəyindən müəyyən olunur ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 25 dekabr 2014-cü il tarixli 485/14/PBQ nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alanmaqla borclunun və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilənləri rəhbər tutaraq borcalanın iddiaçı təşkilata xx.xx.2017-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) ödənilməli olan ümumi kredit borcu 9884,12 ABŞ dolları məbləğində, xx.xx.2018-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan ümumi kredit borcu isə 9930 ABŞ dolları məbləğində (kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə faiz dərəcəsi illik 5% dərəcəsi ilə hesablanmışdır) müəyyən olunur, o cümlədən: xx.xx.2017-ci il tarixə olan borcu üzrə əsas borc üzrə 9021,73 ABŞ dolları, faiz borcu üzrə 862,39 ABŞ dolları. xx.xx.2018-ci il tarixə olan borcu üzrə əsas borc üzrə 9021,73 ABŞ dolları, faiz borcu üzrə 908,75 ABŞ dolları. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, Cavabdeh2 məxsus olan ünvan 2 mənzil 1 ünvanında yerləşən 3 otaqlı mənzilin xx.xx.2020-ci il tarixə olan bazar dəyəri 45000 manat, likvid dəyəri 36000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, Cavabdeh1 məxsus olan ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli, 132,20 kv.metr ümumi sahəsi olan 4 otaqlı fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixə olan bazar dəyəri 65000 manat, likvid dəyəri 52000 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reystrində qeydə alınmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və eyni zamanda, həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddtlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsinin tələb edə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının İpoteka haqqında qanununun 39.3.3-cü maddəsinə görə, işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. Həmin Qanunun 41.2-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin qanunun 59.3-cü maddəsinə görə, ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər İpoteka haqqında qanunun 59.4-cü maddəsinə əsasən, ipoteka qoyan və onunla birlikdə yaşayan üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər məhkəmənin qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasub müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 226, 227, 233 və 360-ci maddələrinə əsasən, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 9021,73 ABŞ dolları əsas, 908,75 ABŞ dolları faiz, 210 ABŞ dolları dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0,057704 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 132,2 kv.metr ümumi sahə, 98,0 kv.metr yaşayış, 34,2 kv.metr yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə (Liter B 93,5 kv.metr tikinaltı sahədən ibarət 1 mərtəbəli talvar, qarac, anbar, liter-C 13,2 kv.metr tikintialtı sahədən ibarət 1 mərtəbəli anbara və Cavabdeh2 xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri Qələbə küçəsi 16 saylı binada yerləşən, 76,2 kv.metr ümumi sahə, 33,1 kv.metr yaşayış, 43,1 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı mənzilə yönəldilsin. Qeyd olunan əmlaklar açıq hərracda satılsın. Xaçmaz şəhəri C.Əzizov küçəsində yerləşən ipoteka predmetinin ilkin satış qiyməti 52000 manat məbləğində, Xaçmaz şəhəri Qələbə küçəsində yerləşən ipoteka predmetinin ilkin satış qiyməti 36000 manat məbləğində müəyyən edilsin. ünvan 1 ünvanında 0,057704 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən əmlak özgəninkiləşdirildikdən sonra orada yaşayan Cavabdeh1, Cavabdeh3 Qasımbala qızı, Cavabdeh4 və X4 çıxarılsın, fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğular boşaldılsın. Xaçmaz şəhəri Qələbə küçəsi 16 saylı binada yerləşən 1 mərtəbəli, 3 otaqlı mənzildən əmlak özgəninkiləşdirildikdən sonra orada yaşayan Cavabdeh2 çıxarılsın və həmin yaşayış evi boşaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. Mütəxəssis rəyinin dəyəri olan 400 manat məbləğində pulun 200 manatı Cavabdeh1, 200 manatı isə Cavabdeh2 alınaraq VÖEN **********, Bank Respublika ASCnin Azadlıq filialı, m/h AZ80NABZ******************** h/h AZ49BRES********************, kod 507547, VÖEN **********, SWİFT: BRESAZ22 hesaba keçirilsin. Ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pul Cavabdeh1 alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar