Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-519/2025 03.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 01 iyul 2020-ci il tarixdən himayəsində olmuş X1 hazırda onunla birlikdə yaşamasını nəzərə alaraq himayəsinə verilməsini və hər ay cavabdehdən Feyzə Ağamzadənin yetkinlik yaşına çatanadək saxlanması üçün 130 (yüz otuz) manat məbləğində sabit pul şəklində təyin olunmuş alimentin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, 2005-ci il tarixində faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş, 28 sentyabr 2012-ci ildə isə nikahlarını Xaçmaz rayon Qeydiyyat şöbəsində 495 sayla rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cü il təvəllüdlü X8 və xx.xx.2010-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Cavabdehlə ailə münasibətləri zəminində aralrında baş vermiş narazılıqlarla əlaqədar olaraq 2015-ci ilin avqust ayının 29 tarixində faktiki olaraq ayrılmışlar. Sonradan Xaçmaz rayon məhkəməsinin 11 mart 2016-ci il tarixli qətnaməsi ilə nikah akt qeydi pozulmuş, birgə nikahdan olan Feyzə, Aysel və İlqar onun himayəsində saxlanılmışlar və hər bir uşaq üçün 80 manat olmaqla ümumilikdə 240 manat aliment təyin olunmuşdur. Lakin xx.xx.2007-ci il təvəllüdlü X7 01 iyul 2020-ci il tarixdən Cavabdeh himayəsində yaşamasına görə hər ay 130 manat məbləğində sabit pul şəklində aliment ondan alınaraq cavabdehin hesabına köçürlümüşdür. Buna baxmayaraq Feyzə Ağamzadə artıq uzun müddətdir ki, onun yanında yaşayır, bütün ehtiyaclar onun tərəfindən qarşılanır. Hesab edir ki, X3 01 iyul 2020-ci il tarixdən Cavabdeh himayəsində yaşaması ilə bağlı hər ay ondan 130 manat sabit pul şəklində aliment ondan alınaraq Cavabdeh verilməsi ilə xx.xx.2021-ci il tarixli, 2(067)-2097/2021 saylı Xaçmaz rayon məhkəməsi tərəfindən təyin olunmuş qətnamə ləğv olunaraq hazırda onunla birlikdə yaşayan X7 onun himayəsinə verilməli və Cavabdeh qarşı hər ay ödəməli olduğum 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun hesabına köçürülməsi barədə qətnamə çıxarılmalıdır. İş üzrə iddiaçı məhkəməyə teleqram göndərərək, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, həqiqətən də uşağı Feyza məhkəmə qətnaməsi ilə onun himayəsinə verilmişdir, lakin 01 iyun 2020-ci ildən Feyza anasının yanında qalır. Hazırda da, Feyzanın anasının yanında qalmasına etiraz etmir, yəni iddianın bu hissəsini qəbul edir. İddianın alimentə aid hissəsini isə qəbul etmir. Özü də ailə qurmuş, 2 övladı var, birinə də aliment ödəyir. Əvvəlki məhkəmə iclaslarında iddiaçı iddianı müdafiə edəkək göstərmişdir ki, cavabdehlə boşanmışlar, 3 uşaqları var, uşaqlar onun yanında qalır. Boşanarkən uşaqların üçü də ona verilmişdir. Sonradan qızı Feyza 3 il atasının yanında qalıb. Atası onu yetkinlik yaşına çatmamış məcburi qaydada nişanlamışdır. Kiçik qızı atasının yanına gedəndə Feyza ona demişdir ki, anasının yanına gəlmək istəyir. O, qızına zəng etmiş, ona gəlmək istədiyini demiş və onu geri gətirmişdir. Özü Bakı şəhərində gözəllik salonunda işləyir, ayda ***-**** manat gəliiri olur. Uşaqlarını oxudur, ona görə cavabdehdən aliment tələb edir. Feyza özü də oxuyur. Feyza iyun ayının 15-dən onun yanındadır. Cavabdeh ona 6000 manat, o da ona 4000 manat aliment verməli idi. İcra şöbəsində onun ödəməli olduğu aliment çıxılmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)- 98/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 28 sentyabr 2012-ci il tarixdə Xaçmaz rayon qeydiyyat şöbəsində 493 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)- 3971/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, xx xxxxx 1979-cu ildə Xaçmaz rayonunun Aleksandrovka kəndində anadan olmuş, daimi qeydiyyat və yaşayış ünvanı Xaçmaz rayonunun Gödəkli kəndi olan Cavabdeh 11 may 2007-ci ildə anadan olmuş X3, 18 fevral 2009-cu ildə anadan olmuş X4 və 10 oktyabr 2010-cu ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni 13 iyun 2016-cı il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər uşaq üçün 80 (səksən) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)- 2097/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-2871/19 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilməsi, xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay 130 manat məbləğində sabit pul şəklində aliment alınaraq X6 verilməsi qət edilmişdir. İş materiallarında olan X2 iştirak edilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, iddaçı X2 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 50 manat rüsum köçürülmüşdür. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 100 manat rüsum köçürülmüşdür. İş materiallarında olan Cavabdeh etiraz ərizəsində göstərmişdir ki, iddiaçı ilə birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X7 xx.xx.2020-ci il tarixdən onun himayəsində olmuş, bu yaxınlarda qızı Feyzə anası olan iddiaçının yanına qayıtmışdır. Birgə nikahdan olan digər iki övladları-18.02,2009-cu il təvəllüdlü Aysel və xx.xx.2010-cu il təvəllüdlü İlqar iddiaçının himayəsində yaşayırdılar. İddiaçının himayəsində olan uşaqların saxlanılması üçün ondan onun xeyrinə hər ay cəmi 350 manat sabit pul məbləğində aliment kəsilmiş, onun himayəsində olmuş qızı Feyzənin saxlanılması üçün isə iddiaçıdan onun xeyrimə hər ay 130 manat aliment kəsilmişdir. İddiaçı ümumiyyətlə ona aliment pulu ödəməmiş, belə razılaşmışlar ki, iddiaçıya onun ona ödəməli olduğu 130 manatı çıxmaqla hər ay 220 manat aliment ödəyir və bu qaydada o iddiaçıya aliment ödəmişdir. Bundan da əlavə o başqa nikahdan olan qızı Aysu üçün hər ay 100 manat aliment ödəyir. Özü heç yerdə işləmir, yuxarıda göstərilən aliment pullarını çox çətinliklə ödəyir. Səhhətində də ciddi problemlər yaşanır, yalnız şəxsi təsərrüfatda işləyib, qazanc əldə edir və anasının pensiyasını da əlavə etməklə uşaqlara aliment pulu ödəyir. Ona görə də onun iddiaçıya yenidən 130 manat aliment ödəməyə imkanı yoxdur. Qeyd olunanlara əsasən xahiş edir iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilsin. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2.-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.2.-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflərin birgə nikahdan olan uşağı Feyzə Ağamzadə 01 iyun 2020-ci il tarixdən etibarən atası Cavabdeh himayəsində olsa da, 2024-cü ilin iyun ayının 15-dən anası İddiaçı yanında qalır. Bu hal iddiaçı və cavabdeh tərəfindən təsdiq olunduğundan, habelə cavabdeh iddia tələbinin bu hissəsini qəbul etdiyindən, məhkəmə hesab edir ki, Feyzə Ağamzadənin 15 iyun 2024-cü il tarixdən iddiaçının himayəsində yaşaması və yetkinlik yaşına çatanadək onun himayəsində qalması qeyd-şərtsiz təmin edilməlidir. Aliment məbləği ilə bağlı isə, məhkəmə onu qeyd edir ki, iddiaçının iddia tələbində aliment məbləği 130 manat qeyd edilib, bundan başqa özünün deməsinə görə gözəllik salonunda işləyir və müstəqil qazancı mövcuddur. Nəzərə alınmalıdır ki, Feyzə Ağamzadənın 11 may 2025-ci il tarixdə 18 yaşı tamam olacaqdır, yəni iddia ərizəsi məhkəməyə daxil olduğu gündən 2 ay sonra. Məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi aliment tələbini ağlabatan hesab edərək, iddianın aliment hissəsində də təmin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 01 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən 2024-cü ilin yanvarın 1-dən minimum əməkhaqqının məbləği 345 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15№li qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına əlavə edilmiş “8.4-1-ci maddəsində qeyd olunur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən, alimentin məbləği Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən ölkə üzrə 2024-cü ilin minimum əməkhaqqı məbləğinə uyğyn indeksasiya edilməlidir. Məhkəmə tərəfin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş, xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.376 misli həddində (345 x 0,376=130 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X3 (hazırda) yaşayış yeri anası İddiaçı yanında olması müəyyən edilməklə onun himayəsinə verilsin. xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.376 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentə aid hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-519/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-519/2025
03.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver