Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-549/2022 10.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit məbləğdə aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.09.2020-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılması, cavabdehdən onun xeyrinə övladının saxlanması üçün hər ay cəmi 200 manat sabit pul məbləğində alimentin və 200 manat ödənilmiş mediasiya rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 30.01.2020-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan 28.09.2020-ci il tarixdə anadan olmuş X4 anadan olmuşdur. O, cavabdehlə uzun müddətdir ki, ayrı yaşayır. Cavabdeh onunla və övladı ilə xeyli vaxdırki maraqlanmır. Xasiyyətləri uyğun gəlmədiyindən son vaxtlar tez-tez mübahisə etdiklərindən, Cavabdeh ilə bir yerdə yaşamaları baş tutmamışdır və aralarında olan nikah əlaqələri faktiki olaraq altı aydan çoxdur ki kəsilmişdir. Həmin vaxtdan ayrı yaşayırlar və təsərrüfatı birgə idarə etmirlər. Cavabdeh ilə barışmaları, birgə ailə həyatlarının və ailənin qorunub saxlanması mümkün deyil. Övladları hal-hazırda onun yanındadır. Cavabdehin imkanı yaxşı olsa da, uşaqlarına baxmır. Ümumiyyətlə ayrı yaşadıqları vaxtdan onlarla heç maraqlanmır. Onun üçün uşağa tək baxmaq çətin olur. Övladının saxlanması ilə bağlı xərcləri çatdıra bilmir. Cavabdeh övladı ilə maraqlanmır. Bu günə qədər övladının bütün təminatlarını özü ödəyir. Ancaq ona ana kimi çətindir. Övladının bəzi xərclərini çatdıra bilmir. Cavabdehin imkanı yaxşıdır. Ödəniş etmək istəmir. Hər ay uşağa baxmaq üçün tək tənha çətinlik çəkir. Uşaq az yaşlı olduğu üçün heç yerdə işləyə bilmir. Əlavə gəlir yeri yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mediasiya keçirilməsi üçün 200 manat ödəniş etdiyi üçün məhkəmə rüsumundan azad edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehlə 2019-cu ilin dekabr ayında evlənmiş, 30 yanvar 2020-ci il tarixdə nikahları rəsmiləşdirilmişdir. Birgə nikahdan 28 sentyabr 2020-ci ildə Elnarə adlı qızları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə cavabdehlə faktiki olaraq ayrılmışlar və ayrı yaşayırlar. Cavabdeh uşaqla birlikdə valideynlərinin evində yaşayır. Uşaq azyaşlı olduğuna görə heç yerdə işləmir. Maddi vəziyyəti ağırdır. Cavabdeh isə uşağı saxlamaqda ona köməklik etmir. Ona görə də qızlarının onun himayəsində saxlanılmasını ondan hər ay 200 manat aliment tələb edir. İddianın təmin edilməsini xahiş edir, cavabdeh özü də buna etiraz etmir. O, heç yerdə işləmir. Cavabdeh Rusiya Federasiyasında ticarətlə məşğul olur, lakin onun gəlirləri barədə məlumatı, sübutları yoxdur. Cavabdeh nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, tərəflər 2019-cu ilin dekabr ayında evlənmişlər, 30 yanvar 2020-ci il tarixdə isə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 28 sentyabr 2020-ci ildə Elnarə adlı qızları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə tərəflər faktiki olaraq ayrılıblar və ayrı yaşayırlar. İddiaçı uşağı ilə birlikdə valideynlərinin evində yaşayır. Cavabdeh uşağın iddiaçının yanında saxlanılmasına etiraz etmir. Cavabdeh ayda 100 manat aliment ödəmək iqtidarındadır. Cavabdeh Rusiya Federasiyasında ticarətlə məşğul olur, lakin pandemiya ilə əlaqədar hazırda onun da gəlirləri azalmışdır. Cavabdehin gəlirləri barədə məlumatı yoxdur. Hazırda cavabdeh iddiaçıya uşağının saxlanılması üçün ayda 100 manat aliment ödəməyə etiraz etmir. Cavabdehin başqa qazanc yeri yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İİ seriyalı 378431 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh 30.01.2020-ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. İş materiallarında olan AZ-İV seriyalı 512349 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından 28.09.2020-ci il tarixdə X4 anadan olmuşdur. İş materiallarında olan 26.11.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı 200 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2022-ci ildə 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 12.01.2022-ci ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, 28.09.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 12.01.2022-ci il tarixdən başlayaraq hər ay cəmi 193 manat sabit məbləğdə alimentin tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşağın qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməli və 28.09.2020-ci il təvəllüdlü X4 İddiaçı himayəsində saxlanılmalı, 28.09.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 12.01.2022-ci il tarixdən başlayaraq hər ay cəmi 193 manat sabit məbləğdə aliment tutularaq İddiaçı ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 200 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 28.09.2020-ci il təvəllüdlü X4 İddiaçı qızının himayəsində saxlanılsın. 28.09.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 12.01.2022-ci il tarixdən başlayaraq hər ay cəmi 193 manat sabit məbləğdə aliment tutularaq, İddiaçı qızına ödənilsin. Cavabdeh mediasiya xərcinə görə ödənilmiş 200 manat məbləğində pul tutularaq, İddiaçı qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-549/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-549/2022
10.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver