Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-553/2023 26.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, o, məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və işdə olan sənədlərdən müəyyən etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş mediasiya arayışı məhkəmə tərəfindən qəbul edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 20854 saylı “X4 İştirak edilməsi barədə” Arayışdan görünür ki, sözü gedən arayış rəngli surət olmaqla yanaşı, X1 X4 iştirak etməməsinə dair verilmişdir. Halbuki, hazırki iddia ərizəsi Cavabdeh qarşı verilmişdir. Azərbaycan Respublikası Mediasiya haqqında Qanunun 1.0.1-ci maddəsinə əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan proses deməkdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə görə mübahisə – tərəflər arasında yaranmış (və ya yarana biləcək) bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mübahisə deməkdir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X4 iştirak etməlidirlər. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən ailə münasibətləri ilə bağlı tərəflər arasında yaranmış və ya yarana biləcək mübahisə, məhkəməyə qədər birmənalı olaraq mediatorun vasitəçiliyi ilə keçirilən mediasiya prosesində həll olunmalıdır. Bu cür proses baş tutmadığı və ya mediasiyada müsbət həll olunmadığı halda isə, tərəf müvafiq arayışı təqdim etməklə məhkəmə müraciət edə bilər. İş materiallarında olan X4 iştirak edilməməsi barədə arayışdan müəyyən olunur ki, mediasiya prosesi X2 qarşı aparılmışdır. Məhkəmə hesab edir ki, mediasiya institutu ölkəmizdə yeni yaranmasına baxmayaraq artıq öz effektivliyini və ailə mübahisələrin məhkəməyə qədər müsbət həll olunmasında böyük rol oynamasını göstərmişdir. Buna görə də, mediasiya prosesinə formal yanaşmaq qəti yolverilməzdir. İddiaçı qanunla müəyyən edilmiş qaydada ailə mübahisəsi ilə bağlı mütləq qaydada mediasiya prosedurundan keçməyə məcburdur. Buna görə də, iddia ərizəsinə mediasiya arayışının rəngli surəti yox, əsli əlavə edilməli, həmçinin mediasiya arayışında cavabdehin adı, soyadı və atasının adı qeyd edilməlidir. İddia ərizəsinə səhv mediasiya arayışının (həmçinin rəngli surətinin) əlavə edilməsi sui-istifadə və formalizm kimi qiymətləndirilir. Bu baxımdan məhkəmə hesab edir ki, ölkənizdə yeni yaradılmış mediasiya institutunuun imkanlarından geniş və səmərəli istifadə olunmalıdır və mediasiya prosesinə formal yanaşmaq qəti yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 150.0 maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.0.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; 150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 150.0.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd; 150.0.5. iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri; 150.0.8. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. Həmin Məcəllənin 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; İddiaçıya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq X4 iştirak etdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, göstərilən nöqsanları ardan qaldırıldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ var. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-553/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-553/2023
26.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver