Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-569/2024 06.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh qızının iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qızına qarşı alimentin azaldılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-2019/2021 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarını azaldaraq hər ay hər uşağın saxlanılması üçün hər birinin pensiyasından 50 manat, cəmi 100 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-2019/2021 saylı qətnaməsi ilə Cavabdeh qızının onlara qarşı aliment tələbinə dair iddiası təmin edilərək xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 08 iyul 2021-ci il tarixdən başlayaraq onlardan hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul şəkilində alimentin alınaraq Cavabdeh qızına verilməsi qət edilmişdir. Qətnamədən də göründüyü kimi Cavabdeh qızı məhkəmədə bildirmişdir ki, sabiq əri Vüsal Bayramovdan onun xeyrinə hər ay hər uşaq üçün 140 manat, cəmi hər ay 280 manat aliment kəsilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-342/2021 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan uşaqları xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün X1 hər ay 280 manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi qət edilmişdir. Məhkəmə onlardan Cavabdeh qızının xeyrinə iki uşağın saxlanılması üçün aliment kəsdikdən sonra maddi və ailə vəziyyətlərində dəyişiklik olunduğundan alimenti ödəmək imkanları yoxdur. Belə ki, hər ikisi pensiyaçı olmaqla dövlətdən pensiya alırlar. Dövlətin vətəndaşa pensiya ödəməsinin məqsədi artıq əmək qabiliyyəti olmayan pensiyaçının minimal xərclərinin ödənilməsidir. Yəni Dövlət onlara pensiyanı ona görə verir ki, birtəhər dolansınlar acından ölməsinlər. Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X2 16 may 2023-cü il tarixli, 3-17- 1/2-13-108219/2023 saylı arayışından görünür ki, iddiaçılardan, İddiaçı1 yaşa görə 220 manat sosial müavinət, İddiaçı2 yaşa görə 327 manat 21 qəpik əmək pensiyası alır. Aldıqları pensiya və müavinət özlərinin dolanışıqlarına demək olar ki, çatmır. İddiaçı2 yüksək təzyiq, allergiya və ürək-damar xəstəliyindən əziyyət çəkir, dərmanlarına yüksək məbləğdə vəsait xərclənir. İddiaçı1 ürəkdamar xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkir. Sol ayağında şişginlik və sümük çıxıntısı olduğundan mütəmadi olaraq müalicələr qəbul edir. X14 ASC-nin Xaçmaz Filialından götürdükləri 6000 manat istehlak kreditinə görə hər ay 187 manat kredit ödəyirlər. Kreditin ödənilməsinə və iynə-dərmana xərclənən puldan başqa yerdə qalan vəsaitlə güclə dolanırlar. Bununla belə doğma nəvələri xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər biri hər ay pensiyalarından 50 manat ödəyərlər. Nəzərə alınmalıdır ki, uşaqların valideyni olan övladları X1 uşaqların saxlanılması üçün aliment kəsilmişdir və Xaçmaz rayon İcra və Probasiya Şöbəsi alimentin ödənilməsi üçün qanunda nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə iclasında iddiaçılar iddianı müdafiə edərək bildirmişlər ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-342/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən oğlu Vüsal ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqları 2006-cı il təvəllüdlü Ramazan və 2012-ci il təvəllüdlü Elmirin saxlanılmaları üçün Vüsal Bayramovdan hər ay 280 manat aliment tutulması qət edilmişdir. X16 Respublikasında yaşayıb işlədiyi üçün cavabdeh uşaqların saxlanılması üçün alimenti onlardan (nənə babadan) tələb etmişdir. Onlar yaşlı adamlardır, aldıqları pensiya özlərinə ancaq yetir. Ay sonunda həm kredit həm aliment tutulduqdan sonra özlərinin dolanmaqlarına 100 manat məbləğində pul qalır. Nəvələrinə baxmaq istəyirlər, amma pensiyalarının məbləği azdır. Ona görə də alimentin azaldılmasını xahiş edirlər. Hazırda Ukraynada müharibə olduğuna görə oğlu onlara köməklik edə bilmir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, iddia tələbi ilə razı deyil, iddiaçıların hər bir şəraiti və imkanları var. O, uşaqları saxlamaqda çətinlik çəkir, uşaqların birinin onurğasında skolioz mövcuddur. Onların saxlanılmasına, müalicəsinə pul çatdıra bilmir. İddiaçıların oğlu onlara pul göndərir, köməklik göstərir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-20169/2021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.2006cı il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün 08 iyul 2021-ci ildən başlayaraq İddiaçı1 və İddiaçı2 Möhsüm qızından hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul şəklində aliment alınaraq Cavabdeh qızına verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -X5 iştirak edilməsi barədə arayışlardan müəyyən olunur ki, iddiaçılar X5 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. -Dövlət Sosial Müdafiə Fondu 1 saylı X2 16 may 2023-cü il tarixli 3-17-1/2-13- 108219/2023 saylı arayışından müəyyən olunur ki, İddiaçı2 xx.xx.2005-ci il tarixdən müddətsiz yaşa görə 327,21 manat əmək pensiyası alır. -Dövlət Sosial Müdafiə Fondu 1 saylı X2 16 may 2023-cü il tarixli 3-17-1/2-13- 108219/2023 saylı arayışından müəyyən olunur ki, İddiaçı1 xx.xx.2020-ci il tarixdən müddətsiz yaşa görə 220 manat sosial müavinət alır. -«Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X15 xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayon sakini 2012-ci il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixdən “Dəqiqləşdirilməmiş skolioz” diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında ambulator müalicə olunur. -"xxxx" ASC-nin Xaçmaz rayon filialının xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, iddiaçı tərəfindən İddiaçı2 59 ay müddətinə illik 27,5% ödəmək şərti ilə 6015,52 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -107.1-ci maddəsinə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Qeyd onlunan hüquq normasından da göründüyü kimi, aliment saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Hazırkı halda isə bu məsələyə dair tərəflər arasında mübahisə mövcuddur. Bundan başqa məhkəmə onu da qeyd edir ki, hazırki halda aliment məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. -107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. -112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. -112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. -75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. -75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüququ əsası kimi Ailə Məcəlləsinin 107 və 112-ci maddələri çıxış edir, lakin iddiaçı həmin maddələrdə nəzərdə tutulan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Yuxarıda göstərilənlərə əsasən, o cümlədən, 2024-ci il üzrə uşaqlar üçün yaşayış minimumun məbləğini, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində alimentin miqdarının azaldılmasını ehtiva edəcək dəyişikliyin olmadığını, həmçinin xx.xx.2006-cı il təvəllüdlü X3 xx.xx.2024cü il tarixində yetkinlik yaşına çatacağını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qızına qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-569/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-569/2024
06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver