Məhkəmə qərarları › İş №2(067)-657/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-657/2023

06.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-657/2023 06.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi Hakim köməkçisi Tağıyev Natiq Əkbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Ziyazəddin oğlunun, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Ziyazəddin oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh Ziyazəddin oğlundan hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə etmiş və iddia ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, cavabdeh 2009-cu ildə ondan xəbərsiz evlənmişdir. Onun birinci həyat yoldaşı dünyasını dəyişib. İkinci dəfə ailə həyatı qurmuşdur. Düşünür ki, ona baxmalıdır. Üç dəfə cərrahi əməliyyat keçirmişdir. Bu yaşda işləyə bilmir. O, övladını böyütmüşdür. İndi özü işləyə bilmir. O, 2009-cu ildən bu vəziyyətdədir. Özü atalıq vəzifəsini yerinə yetirmişdir. İndi də o, övladlıq borcunu yerinə yetirməlidir. Özü 338 manat təqaüd alır. Həyat yoldaşımın maaşı 200-300 manat arasıdır, həm də onkoloji xəstədir, 245 manat təqaüd alır. Bu onlara bəs eləmir. Çünki hər ikisi də xəstədir. Hər ikisinin də dərmanları var. Vüsal yeganə övladı deyil. Amma digər övladları qızlardır və yoldaşlarının qazancları ilə keçinirlər. Bu səbəbdən də iddianı ona qarşı qaldırmışdır. Oğlu 14 ildir ki, onu atıb və ona baxmır. Düzdür, oğlu ailəlidir. Amma imkanı yaxşıdır, avtomobili də var. Onu böyütmüş, boya-başa çatdırmışdır. Bu səbəbdən cavabdehdən hər ay 250 manat olaraq aliment tutulub ona verilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi izahatında göstərmişdir ki, iddianı qəbul etmir. İddia ərizəsində yazılanlarla da razılaşmır. Təmsil etdiyi şəxs ailəlidir və iki övladı var. Üstəlik kiçik övladı xəstədir. İddiaçı cavabdehin imkanının yaxşı olduğunu söyləyir. Lakin cavabdeh taksi işləyir. Əgər imkanı yaxşı olsaydı, aylıq gəliri tam şəkildə kifayət etsəydi, cavabdeh əlavə olaraq taksi işləməzdi. Maddiyyatları hər ikisinin eyni səviyyədədir. İddiaçının kifayət qədər aylıq gəliri var. İddiaçının özünün də bahalı avtomobili var. Eyni zamanda, iddiaçının həyat yoldaşı da işləyir, həm də təqaüd alır. Bununla yanaşı, təmsil etdiyi şəxs iddiaçının yeganə övladı deyil, qız övladları var. Ona görə də hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə tərəflərin izahatlarını, vəkilin çıxışını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Qeydiyyat şöbəsinin arayışlarından müəyyən olunur ki, Cavabdeh Ziyazəddin oğlu xx.xx.1988-ci ildə anadan olmuşlar. Ata qrafasında İddiaçı, ana qrafasında X1 qeyd edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə fondu X3 1 saylı X4 Filialının xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı 338.68 manat əmək pensiyası alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Məhkəmə iddiaçının 338 manat təqaüd almasını və işin digər hallarnı nəzərə alaraq hesab edir ki, iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i İddiaçı Cavabdeh Ziyazəddin oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar