Məhkəmə qərarları › İş №2(067)-689/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-689/2025

16.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-689/2025 16.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli İş № 2(067)-1785/2024 tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X10 xx.xx.2017-ci il təvəllüdlü X11 xx.xx.2018-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş hər uşağa hər ay 185 manat sabit pul məbləğinin azaldılaraq hər ay hər uşağa 100 manat sabit pul məbləğində cəmi 300 manat alimenti müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə Xaçmaz rayon İHB Çinartala İƏD üzrə nümayəndəliyində nikah bağlanmışdır. Birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X9 anadan olmuşdur. Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli İş № 2(067)- 1785/2024 tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ay hər uşağa 185 manat cəmi 555 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2793/2024 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X9 cavabdehin himayəsində saxlanılmışdır. Hal-hazırda xəstədir, Xaçmaz rayon xəstəxanasında nevroloji dispanserdə müalicə alır, böyrəklərindən əziyyət çəkir. Müalicə xərclərini qarşılıya bilmir. Maddi durumu çox çətindir. Atasının təqaüdü hesabına müalicə alır və probasiya şöbəsi alimentin ödənilməsi üçün qanunda nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı səhhəti ilə əlaqədar psixonevroloji müalicə alır. Alimenti sonuncu dəfə anasının pensiyasından mart ayında ödəmişdir, aprel ayında aliment ödənişi etməmişdir. Onda yuxusuzluq, əsəb xəstəliyi var. Narahatlıq hissi yaşadığı üçün işləmək iqtidarında deyil, atasının pensiyası ilə müalicə olunur. Bələdiyyədə işə getmir, yəqin ki, işdən çıxarılmışdır. Atasının adına olan avtomobili idarə edir. 2024-cü ildən müalicə alır. Ona heç olmasa 6 ay möhlət verilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı bələdiyyədə işləyir, sex işlədir, avtomobil idarə edir, fındıq bağı, gilas ağacları var. İddiaçı hər gün sexi açır, işlədir. İddiaçı onun 2000 manat dəyərində olan paltaryuyanını da satıb bildirmişdir ki, aliment borcunu ödəyəcək, lakin ödəməmişdir. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -Xaçmaz rayon məhkəməsinin 2(067)-1785/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü ildən başlayaraq İddiaçı hər ay hər uşağa 185 manat olmaqla cəmi 555 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. -Xaçmaz rayon məhkəməsinin 2(067)-2793/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 11 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X3 Səidə Mehman qızının himayəsində saxlanılmışlar. -X6 iştirak edilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı X6 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. -Quba rayon X2 xx.xx.2025-ci il tarixli, 478 nömrəli məktubundan müəyyən olunur ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdən “Nevrasteniya, Qarışıq təşviş və depressiv pozuntu” diaqnozu ilə Quba Rayon PNRM-nin müşahidəsindədir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X9 doğulmuşdur. Xaçmaz rayon məhkəməsinin müvafiq qətnamələrinə əsasən yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün onlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa 185 manat, cəmi 555 manat sabit pul məbləğində aliment təyin edilmiş, daha sonra tərəflər arasında nikah pozulmuş və tərəflərin birgə nikahından doğulan uşaqlar analarının himayəsində (yanında) saxlanılmışlar. Hazırda iddiaçı xəstə olduğunu, işləmək qabiliyyətinin olmadığını əsas gətirərək aliment məbləğinin azaldılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 107.1-ci maddəsinə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırki iddia tələbinin hüququ əsası kimi Ailə Məcəlləsinin 107 və 112-ci maddələri çıxış edir, lakin iddiaçı həmin maddələrdə nəzərdə tutulan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi tibb müəssisəsinin məktubundan ona “nevrasteniya, qarışıq təşviş və depressiv pozuntu” diaqnozu qoyulduğu müəyyən edilmişdir, lakin iddiaçı bu xəstəliyin onun əmək fəaliyyəti ilə məşğul olmasına maneə törətdiyini təsdiq edən sübutlar təqdim etməmişdir. Bundan başqa, “Məhkəmə işlərinin elektron idarəetmə sistemi” vasitəsilə əldə olunmuş məlumatlardan müəyyən edilmişdir ki, iddiaçı hazırda “Azərbaycan Respublikası Xaçmaz Rayonu Palçıqoba Bələdiyyəsində dövlət qulluqçusu-böyük mütəxəssis vəzifəsində işləyir, 345 manat məbləğində əmək haqqı alır, eyni zamanda fiziki şəxs kimi vergi uçotuna alınaraq fərdi sahibkar kimi fəaliyyət göstərir. Belə olan halda məhkəmə yuxarıda göstərilənləri, o cümlədən, 2025-ci il üzrə uşaqlar üçün yaşayış minimumun məbləğini, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində alimentin miqdarının azaldılmasını ehtiva edəcək dəyişikliyin olmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar