Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-69/2025 18.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh Beykəs oğluna qarşı «uşaqla ünsiyyət və əmlak» tələbinə dair iddiası üzrə mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, övladları - 28 iyun 2012-ci il təvəllüdlü X6 və 04 noyabr 2014-cü il təvəllüdlü X7 ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan 19:00-a kimi ünsiyyətdə olmaq hüququnun verilməsi, həmçinin 1500 manat dəyərində Madeyra yataq mebeli, 500 manat dəyərində Madeyra qonaq otağı mebeli, 650 manat dəyərində 8 nəfərlik stol stul dəsti, 200 manat dəyərində qorka mebel, 200 manat dəyərində qorka mebel, 150 manat dəyərində televizor altlığı, 200 manat dəyərində çarpayı, 600 manat dəyərində “Çinar” markalı soyuducu, 150 manat dəyərində “İtimat markalı soba, 500 manat dəyərində “Samsung” markalı televizor, 700 manat dəyərində “LG” markalı paltaryuyan maşın, 150 manat dəyərində “LG” markalı tozsoran, sandıq içi dolu istifadə olunacaq digər qablar, 100 manat dəyərində mantı qazanı, 150 manat dəyərində çılçıraq, 150 manat dəyərində çılçıraq, 50 manat dəyərində elektriklə işləyən samovar, 50 manat dəyərində “Tefal” qazan, 50 manat dəyərində “Tefal” qazan, 50 manat dəyərində Tefal tava, 50 manat dəyərində Tefal tava, 50 manat dəyərində nikel qazan, 50 manat dəyərində nikel qazan, 50 manat dəyərində nikel tava, 100 manat dəyərində şirə çəkən maşın, 50 manat dəyərində 24 ədəd stəkanlar, 80 manat dəyərində 12 ədəd büllur qədəhlər, 30 manat dəyərində 12 ədəd kasalar, 100 manat dəyərində 5 ədəd meyvə qabılar, 20 manat dəyərində blender, 150 manat dəyərində qaşıq dəsti, 50 manat dəyərində 12 ədəd boşqablar, 150 manat dəyərində xalça, 150 manat dəyərində xalça, 100 manat dəyərində xalça, 50 manat dəyərində taxt üçün yorğan, 30 manat dəyərində tək yorğan, 30 manat dəyərində tək yorğan, 30 manat dəyərində tək yorğan, 50 manat dəyərində taxt üçün döşək, 30 manat dəyərində tək döşək, 30 manat dəyərində tək döşək, 30 manat dəyərində tək döşək, 50 manat dəyərində 6 ədəd yastıq, 50 manat dəyərində 6 ədəd nalça, 150 manat dəyərində dəsmallar, 100 manat dəyərində taxt ədyalı, 500 manat dəyərində yataq otağı üçün pərdə, 400 manat dəyərində qonaq otağı üçün pərdə, 200 manat dəyərində pakrıvaldan ibarət cehiz əşyalarının, bundan başqa 4000 manat dəyərində İtaliya İstehsalı olan 37.5 qram çəkidə boyunbağı, qolbaq, boyun zənciri dəsti, 2700 manat dəyərində Türkiyə istehsalı olan 30 qram çəkidə boyun zənciri, 1440 manat dəyərində Türkiyə istehsalı olan 16 qram çəkidə qolbaq, 2000 manat dəyərində Rus əntiqvarı 22 qram çəkidə hil boyunbağı, 741 manat dəyərində Rus istehsalı olan 5 qram çəkidə üzük, 494 manat dəyərində Rus istehsalı üzük, 300 manat dəyərində Türk istehsalı üzük, 250 manat dəyərində Rus istehsalı üzük, 440 manat dəyərində Türk istehsalı üzükdən ibarət ümumilikdə 12365 (on iki min üç yüz altmış beş) manat qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi, cehiz və qızıl-zinət əşyaları aşkar edilməzsə, onların dəyəri kimi 21375 (iyrimi bir min üç yüz yetmiş beş) manat məbləğində pulun Cavabdeh Beykəs oğlundan tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Beykəs oğlu ilə arasında xx.xx.2011-ci il tarixdə rəsmi nikah qeydə alınmışdır. Birgə nikahdan 28 iyun 2012-ci il təvəllüdlü X6 və 04 noyabr 2014-cü il təvəllüdlü X7 dünyaya gəlmişlər. Xasiyyətləri uyğun gəlmədiyi üçün cavabdehlə aralarında tez-tez mübahisələr yarandığına görə bir yerdə yaşamaları baş tutmamış və aralarında olan rəsmi nikaha Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-190-2021 saylı qətnaməsi ilə xitam verilmiş, birgə nikahdan dünyaya gəlmiş övladları - 28 iyun 2012-ci il təvəllüdlü X6 və 04 noyabr 2014-cü il təvəllüdlü X7 cavabdehin himayəsində saxlanılmış, birgə nikahdan dünyaya gəlmiş övladlarının yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşaq üçün 85 (səksən beş) manat məbləğində olmaqla, ümumilikdə 170 (yüz yetmiş) manat məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. O, xeyli müddətdir ki, övladlarını görə bilmir. Övladlarını çox sevir və onlarla davamlı ünsiyyətdə olmaq istəyir. Uşaq üçün ata və ana ayrı-ayrılıqda onu sevən iki insandır. Övladlarının ana qayğısından mərhum olmalarını istəmir. Onların ana sevgisinə, ana tərbiyəsinə ehtiyacları vardır. Onun bir ana olaraq, uşaqları ilə bağlı planları, arzuları var. Ana uşaqda problemləri həll etmə bacarıqlarının da formalaşmasına yardımçı olur. Uşaq ananın yoxluğunu, boşluğunu daima hiss edir. O, övladlarının təsəvvüründə onlardan uzaq, sadəcə sözdə ana deyil, onlara sevgi, şəfqət göstərən, onları daim diqqət, qayğı içində böyüdən olmaq istəyir. Respublikanın qanunvericiliyi də ona uşaqla ünsiyyətdə olmaq hüququ verir, lakin hazırkı iş üzrə həmin hüququnun həyata keçirilməsinə maneələr yaradılır. Birgə nikah dövründə əldə olunan qızıl zinət əşyaları və cehiz əşyaları evdən çıxan zaman cavabdehlə yaşadıqları evdə qalmışdır. Bu səbəbdən də o, mövcud tələblərlə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona məxsus cehiz əşyaları 1500 manat dəyərində Madeyra yataq mebeli, 500 manat dəyərində Madeyra qonaq otağı mebeli, 650 manat dəyərində 8 nəfərlik stol stul dəsti, 200 manat dəyərində qorka mebel, 150 manat dəyərində televizor altlığı, 200 manat dəyərində çarpayı, 600 manat dəyərində “Çinar” markalı soyuducu, 150 manat dəyərində “İtimat markalı soba, 500 manat dəyərində “Samsung” markalı televizor, 700 manat dəyərində “LG” markalı paltaryuyan maşın, 150 manat dəyərində “LG” markalı tozsoran, Sandıq içi dolu istifadə olunacaq digər qablar, 100 manat dəyərində mantı qazanı, 150 manat dəyərində çılçıraq, 50 manat dəyərində elektriklə işləyən samovar, 50 manat dəyərində “Tefal” qazan, 50 manat dəyərində Tefal tava, 50 manat dəyərində nikel qazan, 50 manat dəyərində nikel tava, 100 manat dəyərində şirə çəkən maşın, 50 manat dəyərində 24 ədəd stəkanlar, 80 manat dəyərində 12 ədəd büllur qədəhlər, 30 manat dəyərində 12 ədəd kasalar, 100 manat dəyərində 5 ədəd meyvə qabılar, 20 manat dəyərində blender, 150 manat dəyərində qaşıq dəsti, 50 manat dəyərində 12 ədəd boşqablar, 150 manat dəyərində xalça, 100 manat dəyərində xalça, 50 manat dəyərində taxt üçün yorğan, 30 manat dəyərində tək yorğan, 50 manat dəyərində taxt üçün döşək, 30 manat dəyərində tək döşək, 50 manat dəyərində 6 ədəd yastıq, 50 manat dəyərində 6 ədəd nalça, 150 manat dəyərində dəsmallar, 100 manat dəyərində taxt ədyalı, 500 manat dəyərində yataq otağı üçün pərdə, 400 manat dəyərində qonaq otağı üçün pərdə, 200 manat dəyərində pakrıvaldan ibarətdir. Bundan başqa 4000 manat dəyərində İtaliya İstehsalı olan 37.5 qram çəkidə boyunbağı, qolbaq, boyun zənciri dəsti, 2700 manat dəyərində Türkiyə istehsalı olan 30 qram çəkidə boyun zənciri, 1440 manat dəyərində Türkiyə istehsalı olan 16 qram çəkidə qolbaq, 2000 manat dəyərində Rus əntiqvarı 22 qram çəkidə hil boyunbağı, 741 manat dəyərində Rus istehsalı olan 5 qram çəkidə üzük, 494 manat dəyərində Rus istehsalı üzük, 300 manat dəyərində Türk istehsalı üzük, 250 manat dəyərində Rus istehsalı üzük, 440 manat dəyərində Türk istehsalı üzük ona məxsusdur. Cavabdehin vəkili Vəkil1 27 dekabr 2023-cü il tarixdə iddiaya qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, Sumqayıt Apelyasiya Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli və Azərbaycan Respublikasının 10 yanvar 2023-ci il tarixli qərarları ilə Onur Süleymanlı və Tunar Süleymanlı cavabdehin himayəsinə verilmişlər. Həmin qərarlar onunla əsaslandırılmışdır ki, uşaqlar cavabdehin yanında qalmaq istəmişlər, həmçinin məhkəmələr hesab etmişlər ki, uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına daha yaxşı cavabdeh tərəfindən şərait yaradıla bilər. İddiaçının uşaqlarla görüşməsi və ünsiyyətdə olmasına dair iddiasının bu hissədə təmin olunması yalnız o halda mümkündür ki, uşaqlar anaları ilə məhkəmə icraçılarının və cavabdehin iştirakı ilə keçirilsin, əks halda iddiaçının uşaqlarla ünsiyyətdə olması tələbinə dair iddia ərizəsinin bu hissədə rədd olunmasını xahiş edirlər. İddia ərizəsinin digər tələbi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh 10 ilə yaxın rəsmi nikahda olmaqla ailə kimi yaşamışlar. İddiaçı cavabdehin yaşadığı Xaçmaz rayonunun Xaçmaz şəhəri, Salatın Əsgərova küçəsində yerləşən 21 saylı evə gəlin köçmüş və öz şəxsi və cehiz əşyalarını həmin evə yerləşdirmişdir. Ailə qurduqdan sonra bir müddət mehriban yaşamışlar, sonradan münasibətləri pozulmuş və Xaçmaz rayon məhkəməsinin qətnaməsi ilə onların arasında olan nikah pozulmuşdur. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq cehiz əmlakının və qızıl-zinət əşyalarının aşkar edilmədiyi halda, dəyərinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin bu hissəsi üzrə bildirir ki, iddiaçı cavabdehdən ona məxsus cehiz əşyalarının götürülməsi əvəzinə, qərəzli və qisas almaq məqsədi ilə məhkəməyə müraciət etmişdir, halbuki, həmin əşyalardan böyük hissəsi evdədir və qablanmış vəziyyətdə saxlanılır. İddiaçı ona məxsus cehiz əşyalarının evdə saxlanılmasını bilsə də, onların aparılmasından imtina edərək qanunsuz və əsassız olaraq onların dəyərini istəyir. İddiaçı tərəfindən sadalanan cehiz siyahısına aid olan əşyaların aparılmasına etiraz etmir və onların aparılması üçün bütün şəraiti yaratmağa hazırdır. Belə ki, cehiz siyahısında göstərilən əşyalardan “Çinar” markalı soyuducu cehiz qismində cavabdehin evinə gətirilməmişdir. “LG” markalı paltaryuan maşını cehiz qismində gətirilmiş, lakin 10 il ərzində dəfələrlə təmir olunmuş və sonuncu dəfə təmirə yararsız olduğundan çölə atılmışdır. Həmin maşının dəfələrlə təmir olunması ilə bağlı onu təmir edən usta təsdiq edə bilər və onun məhkəmədə dinlənilməsinin zərurəti yaranarsa dəvət etməyinizi xahiş edirik. İki ədəd döşək, 2 yorğan, 2 yastıq hal hazırda uşaqların istifadəsindədir. 8 nəfərlik stol üstü dəsti, yəni qablar 10 il ərzində işlənmişdir və halhazırda da işlənmiş halda evdədir və onun götürülməsinə etirazı yoxdur. Madeyra yataq mebeli, madeyra qonaq otağı mebeli, qorka mebeli, televizor altığı, çarpayı, soba, “Samsung” markalı televizor nikah pozulduqdan sonra onun tərəfindən bağlamalara qablaşdırılmış və evdə saxlanılır, dəfələrlə həmin əşyaların aparılması təklif olunsa da iddiaçı qəsdən, qərəzli şəkildə, həmin əşyaların pul dəyərini verilməsini istəyərək həmin əşyaların aparılmasından imtina etmişdir. Həmin əşyaların fotoşəkillərini təqdim etmişlər. İddiaçı iddia ərizəsində göstərmişdir ki, “o, uşaqlarına sevgi, şəfqət göstərən, onlara daim diqqət, qayğı içində böyüdən ana olmaq istəyirəm”. Eyni zamanda, uşaqların atasının yanında qalmaqla onlar işıqlı otaqda yaşamaq, isti yeməklərlə təmin olunmaq, çarpayılarda yatmaq, təmiz və isti yorğan-döşəklə təmin olunmaq istəyirlər və bu şərait cavabdeh, yəni ataları tərəfindən təmin olunmuşdur. Uşaqların işıqlı otaqlarda yaşaması iddiaçı tərəfindən cehiz şəkilində gətirilən çılçıraqlar olmuş və onlar bu gündə uşaqların otağında istifadə olunur, həmçinin anaları tərəfindən cehiz şəkilində gətirilən çarpayılarda və yorğan-döşəklərdə uşaqlar yatır, cehiz şəklində gətirilən mantı qazanı, elektrik samovarı, tefal tava, tefal qazan, şirə çəkən maşın, blender, qaşıqlar, stəkanlar uşaqlar üçün istifadə olunur. Xalçalar otaqlarda uşaqların ayaqları altına sərilməklə istifadə olunur. İddia ərizəsində göstərilən digər əşyalar da uşaqların normal yaşamasında istifadə edilməklə evdə saxlanılır. İddiaçının uşaqlara qayğı, sevgi göstərməsi onların altından yorğan-döşəkləri, çarpayıları çəkib aparmaq, qab-qaşıqları, stəkanları, xalçaları, çilçıraqları tələb etmək sevgi, qayğı ilə uzlaşmır, bu onların vəziyyətinin pisləşməsinə gətirib çıxardan bir absurd hərəkətlərdir. İddia ərizəsinin qızıl-zinət əşyalarının tələbi ilə bağlı bildirir ki, qolbaq 16 qram Türkiyə istehsalı dəyəri 1400 manat, üzük türk istehsalı 300 manat, üzük Rusiya istehsalı 250 manat cavabdeh tərəfindən toy günü iddiaçıya hədiyə edilmiş və birgə yaşayış dövründə hamiləliklə bağlı yaranan problemlər vaxtı tədricən öz müalicəsinə ehtiyacı olduğu üçün satılmışdır. Komplekt-boyunbaq, qolbaq və sep 37,5 qram İtaliya istehsalı dəyəri 4000 manat, sep 30 qram Türkiyə istehsalı dəyəri 2700, hil boyunbağı 22 qram Rusiya istehsalı dəyəri 2000 manat, üzük Türk istehsalı 440 manat dəyərində umimiyyətlə olmamış və ona hədiyə qismində verilməmişdir. İddiaçı iddia ərizəni təqdim edərək, tələb edilən əşyaların böyük hissəsinin cavabdehin evində olmasına baxmayaraq, onları götürülməsi əvəzinə israrla bidirir ki, o, həmin əşyaların dəyərini alacaq, gəlin gələrkən göstərdiyi bütün əşyaları gətirmişdir. Əşyaların dəyəndirilməsini iddiaçı özünün mülahizəsi əsasında göstərir, hər bir əşyanın cehiz qismində cavabdehin evinə gətirilməsini göstərir, lakin müəyyən bahalı qızıl-zinət əşyaların gətirilməsi onun uydurmasıdır və yalandır. Əşyaların dəyərləndirilməsi üçün ekspertin qiymətləndirmə rəyi, toy diski, şahid ifadələri və qəbzlər olmalıdır. İddianın bu hissəsinin rədd olunmasını xahiş edir. Beləliklə, hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əşyalar itirilməmiş, zədələnməmiş, oğurlanmamış və 10 il ərzində istifadə edilməklə cavabdehin evində saxlanılır və onların iddiaçıya qaytarılmasına heç bir etirazı yoxdur, lakin iddiaçının həmin əşyaların dəyərləndirilməsi və onlar aşkar edilməzsə onların dəyəri kimi 21375 manat məbləğində pulun cavabdehdən tutulub ona verilməsinə etiraz edir və rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verməklə, məhkəmədən tələbin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iş materiallarından da görünür ki, tərəflərin toy mərasimi çoxdan olmuşdur. Əmlaklar barədə şəkil və ya video görüntü yoxdur. iddiaçının əmlakları arasında paltaryuyan maşın mövcud olmuş, sadəcə cavabdehlər tərəfindən məhv edilmişdir. Cavabdehlər cehiz əmlakların bir hissəsini qəbul edirlər. Lakin, qızıl-zinət əşyaları iddiaçının xəstəliyinə xərcləndiyi bildirilir. Onlar bu hissədə qəbul etmirlər. İddiaçı mövcud olan qızıl-zinət əşyalarını tələb edir. Uşaqla görüş hissəsində tərəflər arasında mübahisə yoxdur. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, iddiaçı 2020-ci ildə evdən çıxıb getmiş, 2022-ci ildə isə boşanmışlar. İddiaçının qızıllarını o, hamilə olan zaman anası sataraq, müalicələrinə xərclənmişdir. İddiaçının 1 nişan üzüyü olmuş və həmişə də barmağında olmuşdur, heç vaxt çıxarmamışdır. Komplekt, yəni sırğa, üzük, sep, qolbaq - bu qızılları onlar toy hədiyyəsi olaraq almışlar. İddiaçı evində qalan əmlaklarını nə vaxt istəsə apara bilər. O, buna maneəçilik törətmir. İddia tələbinin uşaqla görüş hissəsinə isə etiraz etmir. Uşaqlarını nə vaxt istəyir görə bilər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh vəkili Vəkil1 cavabdehin mövqeyindən çıxış edərək, bildirmişdir ki, iddianın qismən təmin edilməsini xahiş edir. Belə ki, tərəflər 2021-ci ildə boşanmışdır. İddiaçıya məxsus əşyaların bir hissəsi cavabdehin evindədir. iddiaçı əmlaklarını da cavabdehin evindən götürə bilər. İddiaçı tərəfindən tələb olunan əşyalar itirilməmiş, zədələnməmiş 10 il ərzində istifadə edilməklə cavabdehin evində saxlanılır. Həmin əmlakıarın iddiaçıya qaytarılmasına heç bir etirazları yoxdur. Lakin iddiaçı həmin əmlaklar aşkar edilməzsə onların dəyəri olan 21375 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qəbul etmirlər. Belə ki, onun dediyi “Çinar” markalı soyuducunu ümumiyyətlə cavabdehlərin evinə gətirməmişdir. Paltaryuyan maşın isə iddiaçı ilə birgə yaşadıqları vaxt xarab olmuşdur. İddiaçıya dəfələrlə əmlaklarını cavabdehin evindən çıxarılması bildirilmişdir. Lakin iddiaçı cavabdehdən qorxduğunu bildirməklə əmlaklarını çıxarmağa cəhd göstərmir. Hesab edir ki, qorxmasını bildirməsi yalandır. Qızıl-zinət əşyalarına gəkdikdə isə, onlar iddiaçı hamilə olduğu vaxtda satılaraq onun öz müalicə və müayinələrinə xərclənmişdir. Bu barədə xəstəxanalara müraciət etmişlər, lakin oradan onlara xəstəlik tarixçələrinin 5 ildən sonra məhv edildiyi bildirilmişdir.İddia tələbinin uşaqla görüş hissəsinə isə etiraz etmirlər. Məhkəmə hazırlıq iclasında İddiaçı iddiasını müdafiə etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, qızıl-zinət əşyaları cavabdehin evində qalıb və onları cavabdehdən tələb edir. Bundan başqa cavabdeh uşaqlarla görüşməsinə icazə vermir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Hazırkı mülki iş üzrə məhkəmənin əsaslandırdığı sübutlar aşağıdakılardır: İş materiallarına əlavə edilmiş AZ-T seriyalı, 261201 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh Beykəs oğlunun birgə nikahından 28 iyun 2012-ci il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZ-T seriyalı, 261200 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh Beykəs oğlunun birgə nikahından 04 noyabr 2014-cü il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(067)-190/2021 saylı qətnaməsindən müəyyən edilir ki, İddiaçı ilə X3 arasında 05 noyabr 2011-ci il tarixdə bağlanmış nikah pozulması, 28 iyun 2012-ci il təvəllüdlü X6 və 04 noyabr 2014-cü il təvəllüdlü X7 ataları Cavabdeh Beykəs oğlunun yanında qalmaları və 28 iyun 2012-ci il təvəllüdlü X1 və 04 noyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 27 may 2021-ci il tarixdən başlayaraq İddiaçı hər ay hər uşaq üçün 85 manat miqdarında aliment alınaraq Cavabdeh Beykəs oğluna verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2024-cü il tarixli, 9/3639 nömrəli rəyindən müəyyən edilir ki, 8 nəfərlik stol stul dəsti 400 manat dəyərində, “Çinar” markalı soyuducu 200 manat dəyərində, “İtimat markalı soba 40 manat dəyərində, “Samsung” markalı televizor 200 manat dəyərində, “LG” markalı paltaryuyan maşın 250 manat dəyərində, “LG” markalı tozsoran 30 manat dəyərində, mantı qazanı 20 manat dəyərində, elektriklə işləyən samovar 20 manat dəyərində, “Tefal” qazan 20 manat dəyərində, 20 manat dəyərində “Tefal” qazan, Tefal tava 10 manat dəyərində, Tefal tava 10 manat dəyərində, nikel qazan 15 manat dəyərində, nikel qazan 15 manat dəyərində, nikel tava 10 manat dəyərində, 24 ədəd stəkanlar 24 manat dəyərində, 12 ədəd büllur qədəhlər 12 manat dəyərində, 12 ədəd kasalar 12 manat dəyərində, 5 ədəd meyvə qabılar 25 manat dəyərində, qaşıq dəsti 40 manat dəyərində, 12 ədəd boşqablar 12 manat dəyərində, taxt üçün yorğan 20 manat dəyərində, tək yorğan 10 manat dəyərində, tək yorğan 10 manat dəyərində, tək yorğan 10 manat dəyərində, taxt üçün döşək 15 manat dəyərində, tək döşək 5 manat dəyərində, tək döşək 5 manat dəyərində, tək döşək 5 manat dəyərində, 6 ədəd yastıq 12 manat dəyərində, 12 manat dəyərində 6 ədəd nalça, taxt ədyalı 20 manat dəyərində, pakrıval 40 manat dəyərində, İtaliya istehsalı olan 37,5 qram çəkidə dəst (boyunbağı, qolbaq, boyun zənciri) 4500 manat dəyərində, Türkiyə istehsalı olan, 30 qram çəkidə boyun zənciri 2700 manat, Türkiyə istehsalı olan, 16 qram çəkidə qolbaq 1440 manat, Rus istehsalı, 5 qram çəkidə üzük 450 manat dəyərində qiymətləndirilməklə, sadalanan əmlaklar cəmi 10639 manat dəyərində qiymətləndirilmişdir. Ekspertiza təyini haqqında qərardadda qeyd edilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 10639 manat müəyyən edilir. Digər qərardadda və cədvəlin bəndlərində göstərilən 17 adda əşyalar, yəni Madeyra yataq mebeli, Madeyra qonaq otağı mebeli, qorka mebel, qorka mebel, televizor altlığı, çarpayı, sandıq içi dolu istifadə olunacaq digər qablar, çılçıraq, çılçıraq, şirə çəkən maşın, blender, xalça, xalça, xalça, dəsmallar, yataq otağı üçün pərdə, qonaq otağı üçün pərdə haqqında kifayət qədər məlumat (marka, model, istehsal ili, istehsal yeri, istismar müddəti, sayı və s. olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qərardadda və cədvəlin 56-57-58-59-cu bəndlərində göstərilən qızıl-zinət əşyalarının, yəni Rus istehsalı üzüyün, Rus istehsalı üzüyün, Türk istehsalı üzüyün, Rus istehsalı üzüyün və Türk istehsalı üzüyün çəkisi barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Əntiq əşyaların qiymətləndirilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından, qiymətləndirmə aparılmamışdır. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Xaçmaz RİİK-nin 16 oktyabr 2024-cü il tarixli 28 saylı məktubundan müəyyən olunur ki, 4 qram çəkidə 585 əyarlı 1 ədəd Rus istehsalı qızıl üzük 420 manat, 3 qram çəkidə 585 əyarlı 1 ədəd Türk istehsalı qızıl üzük 315 manat dəyərində, 4 qram çəkidə, 585 əyarlı, 1 ədəd Rus istehsalı qızıl üzük 420 manat dəyərində, 3,5 qram çəkidə, 585 əyarlı, 1 ədəd Türk istehsalı qızıl üzük 367,50 manat dəyərində, 22 qram çəkidə, 583 əyarlı 1 ədəd Rus əntiqvarı hil boyunbağı 2310 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2025-ci il tarixli, 9/9933 nömrəli rəyindən müəyyən edilir ki, 3,5 qram çəkidə, 585 əyarlı, 1 ədəd Türk istehsalı qızıl üzük 402 manat dəyərində, 4 qram çəkidə, 585 əyarlı, 1 ədəd Rus istehsalı qızıl üzük 450 manat dəyərində, 3 qram çəkidə 585 əyarlı 1 ədəd Türk istehsalı qızıl üzük 345 manat dəyərində, 4 qram çəkidə 585 əyarlı 1 ədəd Rus istehsalı qızıl üzük 460 manat dəyərində olmaqla, cəmi dəyərləri 1667 manat müəyyən edilmişdir. Əntiq əşyaların qiymətləndirilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından, qiymətləndirmə aparılmamışdır. İş materiallarına əlavə edilmiş 30 noyabr 2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 155 manat rüsum ödənilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının irəli sürdüyü tələblərə ayrı-ayrılıqda hüquqi qiymət verilməsini məqsədə müvafiq hesab edir Məhkəmə ilkin olaraq iddiaçının uşaqla ünsiyyət tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Məhkəmə hesab edir ki, tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında saziş olmadığından və tərəflər valideynlik hüququnun həyata keçirilməsinə dair öz aralarında razılığa gələ bilmədiklərindən, iddiaçı övladı ilə ünsiyyətdə olmasının müəyyən edilməsinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi, habelə müddəti məhkəmə tərəfindən müəyyən edilərkən, birgə nikahdan olan uşağa münasibətdə iddiaçının cavabdeh ilə bərabər hüquqlu olması və sair hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.1-ci maddəsi əsasında, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsəllələrin həll edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.2-ci maddəsinə uyğun olaraq, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 61.1-ci maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir; 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır; 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüququları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 6/2011 saylı qərarına əsasən ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı sazişi bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Məhkəmələrin diqqətinə çatdırılsın ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə görə, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 18-ci maddəsində görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Eyni zamanda, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 11490-cı il tarixli “Yohansen Norveçə qarşı” qərarına əsasən, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, ayrılan valideynlər maksimum dərəcədə münasibətlərini uşaqlarının mənafeyinə uyğun qurmalı, ziddiyyətli baxışlarını onlara ötürməməlidirlər. Uşaqların tam mənada sağlam böyüməsi ailədə aldıqları tərbiyədən asılıdır. Odur ki, valideyn uşağını digər valideynə qarşı, seçim qarşısında qoymamalı, əksinə digər valideynə hörmət bəsləmək ruhunda böyütməlidirlər. Belə olan halda, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə nail olmuş olarlar. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəlarına əsasən ünsiyyət hüququnun həyata keçirilməsinə mane ola biləcək hər hansı ciddi səbəblərin müəyyən olunmadığını nəzərə almaqla iddiaçının ana kimi övladı ilə ünsiyyət hüququnun təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, ünsiyyət hüququnun həyata keçirilməsinə dair yuxarıda sadalanan qanunvericilik müddəalarının mənasından göründüyü kimi bu hüquq müstəsna olaraq uşaqdan ayrı yaşayan valideynin övladları ilə sərbəst ünsiyyətini nəzərədə tutur. Qanunvericilik həmin hüququn konkret bir yerdə və ya konkret şəraitdə həyata keçirilməsinə dair hər hansı müddəa və ya qeyd-şərt nəzərdə tutmur. Odur ki, müvafiq subyektiv hüququn sahib kimi çıxış edən uşaqdan ayrı yaşayan valideyn özünün bu hüququnu sərbəst müdaxiləsiz həyata keçirməyi tələb etməkdə haqlıdır. Digər tərəfdən məhkəmə uşaqlarla ünsiyyət hüququnun həyata keçirilməsi qaydasına, yəni bu hüququn həyata keçiriləcəyi yerə, onun gününə və davam etmə müddətinə və s. münasibətdə isə qeyd edir ki, bu zaman ilk növbədə uşaqların mənafeyi, o cümlədən valideynlərin hər ikisinin iş və məişət rejimi, onların münasibətlərindəki gərginlik və mübahisənin müəyyən olunmuş diqqətəlayiq digər halları nəzərə alınmaqla ünsiyyət qaydası mümkün qədər elə müəyyən edilməlidir ki, uşaqlar yanında saxlanılmayan digər valideyn özünün ən əsas hüquqlarından biri olan övladları ilə ünsiyyət imkanından istifadə edə bilsin. Bu məsələ ilə bağlı məhkəmə onu da xüsusi qeyd etməyi vacib hesab edir ki, ümumiyyətlə bu qəbildən olan mübahisələrin həlli zamanı işə baxılarkən mövcud olan və yaxın gələcək üçün həyata keçəcəyi mütləq olan vəziyyət nəzərə alınmalıdır. Yəni, mübahisənin həll edən məhkəmə daha çox işə baxılarkən tərəflərin münasibətlərinin mövcud vəziyyətinə, uşaqların yaşı və onların mənafeyi ilə bağlı digər diqqətəlayiq hallara əsaslanmaqla nəticəyə gəlməlidir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, iş üzrə tərəflərin izahatları, iş materialları, eləcədə işin digər halları araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə rəsmi nikah qeydə alınmışdır. Birgə nikahdan 28 iyun 2012-ci il təvəllüdlü X6 və 04 noyabr 2014-cü il təvəllüdlü X7 doğulmuşlar. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-190-2021 saylı qətnaməsi ilə tərəflər arasındakı rəsmi nikah qeydi pozulmuş, birgə nikahdan olan övladları cavabdehin himayəsində saxlanılmışlar. Hazırda cavabdeh uşaqları ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Uşaqların anadan kənar qalmaları onların normal ünsiyyətin qurulması üçün böyük çətinlik yaratmaqdadır. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçı analıq hüququndan məhrum edilməmiş, onun övladları üzərində analıq hüququnu həyata keçirmək hüququ vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının konstitusion hüquqları bərpa edilməli və onun övladları ilə ünsiyyətdə olma hüququ təmin edilməlidir. Məhkəmə araşdırması zamanı tərəflər arasında uşaqlarla ünsiyyət hüququ ilə bağlı mübahisə olmadığı müəyyən edilmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, 28 iyun 2012-ci il təvəllüdlü X6 və 04 noyabr 2014-cü il təvəllüdlü X7 anası İddiaçı ilə normal ünsiyyətinin qurulmasını, anasının uşaqların tərbiyəsində iştirak etməsini, bundan başqa anasının digər qohumları ilə ünsiyyət bağlarının kəsilməməsini təmin etmək məqsədi ilə, uşaqların mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amillər nəzərə alınaraq, iddiaçının azyaşlı uşaqları ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan 19:00-dək sərbəst şəkildə ünsiyyət günlərinin müəyyən edilməsi məqsədəuyğundur. Həmçinin, məhkəmə qeyd edir ki, tərəflər aralarında münasibətlərin, onlardan hər hansı birinin ailə vəziyyətinin, iş və məişət şəraitinin sonradan dəyişməsindən asılı olaraq, eləcə də uşaqların yaşının artması, valideynləri ilə bağlılığının artması, habelə digər yeni halların meydana gəlməsi ilə əlaqədar olaraq, müəyyən edilmiş ünsiyyət vaxtı və qaydasını dəyişmək barədə yenidən müraciət edə bilər. Məhkəmə iddiaçının əmlak tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin İİ bəndinə əsasən. mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni recimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə rəsmi nikah qeydə alındıqdan sonra iddiaçı cavabdehin evinə gəlin köçmüşdür. İddiaçı bildirmişdir ki, gəlin köçərkən özünə məxsus 1500 manat dəyərində Madeyra yataq mebeli, 500 manat dəyərində Madeyra qonaq otağı mebeli, 650 manat dəyərində 8 nəfərlik stol stul dəsti, 200 manat dəyərində qorka mebel, 150 manat dəyərində televizor altlığı, 200 manat dəyərində çarpayı, 600 manat dəyərində “Çinar” markalı soyuducu, 150 manat dəyərində “İtimat markalı soba, 500 manat dəyərində “Samsung” markalı televizor, 700 manat dəyərində “LG” markalı paltaryuyan maşın, 150 manat dəyərində “LG” markalı tozsoran, Sandıq içi dolu istifadə olunacaq digər qablar, 100 manat dəyərində mantı qazanı, 150 manat dəyərində çılçıraq, 50 manat dəyərində elektriklə işləyən samovar, 50 manat dəyərində “Tefal” qazan, 50 manat dəyərində Tefal tava, 50 manat dəyərində nikel qazan, 50 manat dəyərində nikel tava, 100 manat dəyərində şirə çəkən maşın, 50 manat dəyərində 24 ədəd stəkanlar, 80 manat dəyərində 12 ədəd büllur qədəhlər, 30 manat dəyərində 12 ədəd kasalar, 100 manat dəyərində 5 ədəd meyvə qabılar, 20 manat dəyərində blender, 150 manat dəyərində qaşıq dəsti, 50 manat dəyərində 12 ədəd boşqablar, 150 manat dəyərində xalça, 100 manat dəyərində xalça, 50 manat dəyərində taxt üçün yorğan, 30 manat dəyərində tək yorğan, 50 manat dəyərində taxt üçün döşək, 30 manat dəyərində tək döşək, 50 manat dəyərində 6 ədəd yastıq, 50 manat dəyərində 6 ədəd nalça, 150 manat dəyərində dəsmallar, 100 manat dəyərində taxt ədyalı, 500 manat dəyərində yataq otağı üçün pərdə, 400 manat dəyərində qonaq otağı üçün pərdə, 200 manat dəyərində pakrıvaldan ibarət cehiz əşyalarını cavabdehin evinə aparmışdır. Bundan başqa 4000 manat dəyərində İtaliya istehsalı olan 37.5 qram çəkidə boyunbağı, qolbaq, boyun zənciri dəsti, 2700 manat dəyərində Türkiyə istehsalı olan 30 qram çəkidə boyun zənciri, 1440 manat dəyərində Türkiyə istehsalı olan 16 qram çəkidə qolbaq, 2000 manat dəyərində Rus əntiqvarı 22 qram çəkidə hil boyunbağı, 741 manat dəyərində Rus istehsalı olan 5 qram çəkidə üzük, 494 manat dəyərində Rus istehsalı üzük, 300 manat dəyərində Türk istehsalı üzük, 250 manat dəyərində Rus istehsalı üzük, 440 manat dəyərində Türk istehsalı üzük cavabdeh tərəfindən iddiaçıya nişanda və toyda hədiyyə edilmişdir ki, sadalanan bütün əmlaklar və qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. İş üzrə cavabdeh izahatında göstərmişdir ki, iddiaçının tələb etdiyi cehiz əşyalarından 1 ədəd “Çinar” markalı soyuducu ümumiyyətlə cavabdehlərin evinə gətirilməmiş, 1 ədəd paltaryuyan maşın isə iddiaçı ilə birgə yaşadıqları vaxt xarab olmuşdur. Qalan cehiz əşyalarını iddiaçıya qaytarmağa etiraz etmir. İddiaçının tələb etdiyi qızıl-zinət əşyaları isə mövcud olmuş, iddiaçıya nişanda və toyda hədiyyə olunmuş, lakin iddiaçı hamilə olduğu vaxt həmin qızıl-zinət əşyaları satılaraq onun müalicə və müayinələrinə xərclənmişdir. Məhkəmə iddiaçının iddia tələbinin təsdiqinə dair məhkəməyə əlavə sübutlar təqdim etmədiyini, həmçinin cavabdeh tərəfindən 1 ədəd “Çinar” markalı soyuducudan başqa digər cehiz əşyalarına münasibətdə iddianı etiraf etməsini, o cümlədən 1 ədəd paltaryuyan maşının xarab olmasına dair heç bir sübutunu məhkəməyə təqdim etmədiyini nəzərə alaraq, 1 ədəd “Çinar” markalı soyuducudan başqa digər cehiz əmlaklarına dair hissədə iddianın əsaslı olduğu qənaətinə gəlir. Bundan başqa məhkəmə iddiaçının iddia tələbinin təsdiqinə dair məhkəməyə təqdim etdiyi fotoşəkillərə əsasən müəyyən etmişdir ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarından yalnız 4000 manat dəyərində, 37.5 qram çəkidə 1 ədəd İtaliya istehsalı dəst (boyunbağı, qolbaq, boyun zənciri) və 345 manat dəyərində 585 əyarlı 3 qram çəkidə 1 ədəd Türk istehsalı qızıl üzük cavabdeh tərəfindən ona hədiyyə edilmişdir. Digər qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə edildiyi fotoşəkillərlə müəyyən olunmur və bununla bağlı iddiaçı məhkəməyə əlavə sübutlarını təqdim etməmişdir. Belə olan halda məhkəmə qızılzinət əşyaları tələbini qismən əsaslı hesab edir. Məhkəmə ekspert rəyləri ilə qiymətləndirilən əmlakların dəyərlərinin rəylərə uyğun, qiymətləndirilməyən əmlakların dəyərinin isə iddia ərizəsində qeyd olunmuş qiymətlərə uyğun müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və İddiaçı, Cavabdeh Beykəs oğlu ilə birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqları - 28 iyun 2012-ci il təvəllüdlü X6 və 04 noyabr 2014-cü il təvəllüdlü X7 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 19:00-dək sərbəst şəkildə ünsiyyətdə olmaq hüququ müəyyən edilmli, habelə İddiaçı məxsus 1500 manat dəyərində Madeyra yataq mebeli, 500 manat dəyərində Madeyra qonaq otağı mebeli, 400 manat dəyərində 8 nəfərlik stol stul dəsti, 200 manat dəyərində qorka mebel, 200 manat dəyərində qorka mebel, 150 manat dəyərində televizor altlığı, 200 manat dəyərində çarpayı, 40 manat dəyərində “İtimat markalı soba, 200 manat dəyərində “Samsung” markalı televizor, 250 manat dəyərində “LG” markalı paltaryuyan maşın, 30 manat dəyərində “LG” markalı tozsoran, sandıq içi dolu istifadə olunacaq digər qablar, 20 manat dəyərində mantı qazanı, 150 manat dəyərində çılçıraq, 150 manat dəyərində çılçıraq, 20 manat dəyərində elektriklə işləyən samovar, hər birinin dəyəri 20 manat olmaqla 2 ədəd “Tefal” qazan, hər birinin dəyəri 10 manat olmaqla 2 ədəd Tefal tava, hər birinin dəyəri 15 manat olmaqla 2 ədəd nikel qazan, 10 manat dəyərində nikel tava, 100 manat dəyərində şirə çəkən maşın, 24 manat dəyərində 24 ədəd stəkanlar, 12 manat dəyərində 12 ədəd büllur qədəhlər, 12 manat dəyərində 12 ədəd kasalar, 25 manat dəyərində 5 ədəd meyvə qabılar, 20 manat dəyərində blender, 40 manat dəyərində qaşıq dəsti, 12 manat dəyərində 12 ədəd boşqablar, 150 manat dəyərində xalça, 150 manat dəyərində xalça, 100 manat dəyərində xalça, 20 manat dəyərində taxt üçün yorğan, hər birinin dəyəri 10 manat olmaqla 3 ədəd tək yorğan, 15 manat dəyərində taxt üçün döşək, hər birinin dəyəri 5 manat olmaqla 3 ədəd tək döşək, 12 manat dəyərində 6 ədəd yastıq, 12 manat dəyərində 6 ədəd nalça, 150 manat dəyərində dəsmallar, 20 manat dəyərində taxt ədyalı, 500 manat dəyərində yataq otağı üçün pərdə, 400 manat dəyərində qonaq otağı üçün pərdə, 40 manat dəyərində pakrıval, həmçinin 4000 manat dəyərində, 37.5 qram çəkidə 1 ədəd İtaliya istehsalı dəst (boyunbağı, qolbaq, boyun zənciri), 345 manat dəyərində 585 əyarlı 3 qram çəkidə 1 ədəd Türk istehsalı qızıl üzük və ya həmin əmlaklar aşkar edilməzsə onların dəyəri Cavabdeh Beykəs oğlundan alınaraq İddiaçı verilməli və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbindən müəyyən edilir ki, iddiaçı məhkəmə xərclərini cavabdehdən tələb etməmişdir. Bu hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin olunsun. İddiaçı Cavabdeh Beykəs oğlu ilə birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqları - 28 iyun 2012-ci il təvəllüdlü X6 və 04 noyabr 2014-cü il təvəllüdlü X7 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 19:00-dək sərbəst şəkildə ünsiyyətdə olmaq hüququ müəyyən edilsin. İddiaçı məxsus 1500 manat dəyərində Madeyra yataq mebeli, 500 manat dəyərində Madeyra qonaq otağı mebeli, 400 manat dəyərində 8 nəfərlik stol stul dəsti, 200 manat dəyərində qorka mebel, 200 manat dəyərində qorka mebel, 150 manat dəyərində televizor altlığı, 200 manat dəyərində çarpayı, 40 manat dəyərində “İtimat markalı soba, 200 manat dəyərində “Samsung” markalı televizor, 250 manat dəyərində “LG” markalı paltaryuyan maşın, 30 manat dəyərində “LG” markalı tozsoran, sandıq içi dolu istifadə olunacaq digər qablar, 20 manat dəyərində mantı qazanı, 150 manat dəyərində çılçıraq, 150 manat dəyərində çılçıraq, 20 manat dəyərində elektriklə işləyən samovar, hər birinin dəyəri 20 manat olmaqla 2 ədəd “Tefal” qazan, hər birinin dəyəri 10 manat olmaqla 2 ədəd Tefal tava, hər birinin dəyəri 15 manat olmaqla 2 ədəd nikel qazan, 10 manat dəyərində nikel tava, 100 manat dəyərində şirə çəkən maşın, 24 manat dəyərində 24 ədəd stəkanlar, 12 manat dəyərində 12 ədəd büllur qədəhlər, 12 manat dəyərində 12 ədəd kasalar, 25 manat dəyərində 5 ədəd meyvə qabılar, 20 manat dəyərində blender, 40 manat dəyərində qaşıq dəsti, 12 manat dəyərində 12 ədəd boşqablar, 150 manat dəyərində xalça, 150 manat dəyərində xalça, 100 manat dəyərində xalça, 20 manat dəyərində taxt üçün yorğan, hər birinin dəyəri 10 manat olmaqla 3 ədəd tək yorğan, 15 manat dəyərində taxt üçün döşək, hər birinin dəyəri 5 manat olmaqla 3 ədəd tək döşək, 12 manat dəyərində 6 ədəd yastıq, 12 manat dəyərində 6 ədəd nalça, 150 manat dəyərində dəsmallar, 20 manat dəyərində taxt ədyalı, 500 manat dəyərində yataq otağı üçün pərdə, 400 manat dəyərində qonaq otağı üçün pərdə, 40 manat dəyərində pakrıval, həmçinin 4000 manat dəyərində, 37.5 qram çəkidə 1 ədəd İtaliya istehsalı dəst (boyunbağı, qolbaq, boyun zənciri), 345 manat dəyərində 585 əyarlı 3 qram çəkidə 1 ədəd Türk istehsalı qızıl üzük və ya həmin əmlaklar aşkar edilməzsə onların dəyəri Cavabdeh Beykəs oğlundan alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pulun 50 manatı İddiaçı və 50 manatı isə Cavabdeh Beykəs oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SW İFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-69/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-69/2025
18.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver