Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-692/2024 27.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı sabit məbləğdə aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 2011-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Xaçmaz rayon məhkəməsinin qətnaməsinə əsasən 2019-cu ildə nikahları pozulmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci ildə X10 və xx.xx.2014-cü ildə X11 anadan olmuşlar. Cavabdehlə rəsmi olaraq ayrılmışlar. Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1242/2023 saylı qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü oğlu X11 onun himayəsinə verilmişdir. Onun övladını saxlamaq üçün yetərincə maddi imkanı yoxdur. Övladının təhsili və tərbiyəsi ilə özü tək şəxsən maraqlanır. Övladına tək özü baxır. Övladı təhsillə bağlı hazırlığa gedir, ona görə də övladına baxmaq maddi cəhətdən onun üçün çətin olur. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişidir ki, cavabdehlə 2011-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci ildə X10 və xx.xx.2014-cü ildə X11 anadan olmuşlar. Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanmış nikah qeydi pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü təvəllüdlü X11 anaları X4 himayəsinə verilmiş, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat məbləğində sabit alimentin alınaraq X5 verilməsi qət edilmişdir. Qətnamə ilə hər iki uşaq ananın yanında saxlanılsalar da, həmin vaxtdan oğlu Nihat onunla qalır, qızı Aylin isə anası ilə qalır. Ona görə də o, cavabdehə qarşı uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment ödəməkdən azad edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2014-cü təvəllüdlü oğlu Nihat onun himayəsinə verilmiş və Nihatın saxlanması üçün müəyyən edilmiş alimenti ödəməkdən azad edilmişdir. Hazırda da oğlu Nihat onunla, qızı Aylin isə anası ilə qalır. O, heç yerdə işləmir, kənd təsərrüfatı işləri ilə məşğul olur. Qızı Aylin üçün ödəməli olduğu alimenti atasının pensiyası ilə ödəyir. Oğlu Nihat müəllim yanına məşğələyə gedir, onun ehtiyaclarını tək qarşılamaqda çətinlik çəkir. Cavabdeh isə restoranda işləyir və 450 manat əmək haqqı alır. Ona görə oğlu X1 üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində aliment tələb edir və iddiasının təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Xaçmaz Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışın surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2012-ci ildə X10 anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 136759 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2014-cü ildə X11 anadan olmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)- 1242/2023 saylı qətnaməsindən müəyyən olunmuşdur ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-979/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X9 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah qeydi pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü təvəllüdlü X11 anaları X4 himayəsinə verilmiş, xx.xx.2012ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22 fevral 2019-cu il tarixdən başlayaraq İddiaçı hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat məbləğində sabit aliment alınaraq X5 verilməsi qət edilmişdir. Həmçinin Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1242/2023 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment ödəməkdən azad edilmə tələbinə dair iddiası qismən təmin edilmiş və xx.xx.2014-cü təvəllüdlü X7 yaşayış yeri atası İddiaçı yanında olması müəyyən edilməklə onun himayəsinə verilmiş, İddiaçı Xaçmaz rayon məhkəməsinin 2(067)- 979/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2014-cü təvəllüdlü X2 üçün müəyyən edilmiş alimenti bu qətnamə qəbul edildiyi gündən ödəməkdən azad edilmiş, iddia tələbi xx.xx.2012-ci il təvəllüdlü X8 münasibətdə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, bu məsələ ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğunundan, həmin qətnamədəki faktların yenidən araşdırılmasına zərurət yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində dövlət rüsumu ödəmişdir “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı heç yerdə işləmir və gəlirləri yoxdur. Cavabdeh X9 ofisiant işləyir və ayda 400 manat əmək haqqı alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2023-cü ildə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2024-cü ildə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh X3 hər ay 180 manat məbləğində sabit alimentin tutularaq İddiaçı ödənilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 180 manat təyin olunduğundan, iddianın qiyməti 180 manat x 12 aya= 2160 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 41,60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 278.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq X3 hər ay 180 manat sabit məbləğdə aliment alınaraq İddiaçı verilməli, həmçinin cavabdeh X3 mediasiya xərcinə görə ödənilmiş 60 manat məbləğində pul alınaraq İddiaçı verilməli, cavabdeh X3 41,60 manat məbləğində dövlət rüsumu isə tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq X3 hər ay 180 manat sabit məbləğdə aliment, həmçinin mediasiya xərcinə görə ödənilmiş 60 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh X3 41,60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentə aid hissədə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-692/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-692/2024
27.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver