Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-721/2022 11.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı cavabdehlər Xaçmaz şəhər Bələdiyyəsinə, X2 və DT və XK-nin Xaçmaz Torpaq hərrac və müsabiqə komissiyasına qarşı alqı-satqı müqaviləsinin və digər hüquqi sənədlərin, nəticələrin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Xaçmaz şəhər Bələdiyyəsinə, X2 və DT və XK-nin Xaçmaz Torpaq hərrac və müsabiqə komissiyasına qarşı alqı-satqı müqaviləsinin və digər hüquqi sənədlərin, nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.12.2012-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin və digər hüquqi sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı iddiasından imtina etməsi barədə məhkəməyə teleqram göndərmişdir. Məhkəmə İddiaçı və MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Xaçmaz şəhər Bələdiyyəsinin nümayəndəsinin, X1 və DT və XK-nin Xaçmaz Torpaq hərrac və müsabiqə komissiyasının iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının 261, 262,263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Xaçmaz şəhər Bələdiyyəsinə, X2 və DT və XK-nin Xaçmaz Torpaq hərrac və müsabiqə komissiyasına qarşı alqı-satqı müqaviləsinin və digər hüquqi sənədlərin, nəticələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-721/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-721/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver