Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-75/2020 29.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsiilə müraciət edərək, cavabdeh X1 məxsus əmlakların ona məxsus Xaçmaz rayonu, Qobuqırağı kəndində yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh onun oğlu X3 həyat yoldaşı olmuşdur. Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-186/2018-cu il tarixli qətnaməsi ilə nikahları ləğv edilib. Xaçmaz rayon Qobuqırağı kəndindəki 10 sot torpaq sahəsində yerləşən səkili evə etibarnamə ilə ona məxsusdur. Evin qeydiyyat sənədləri tam hazır olmadığına görə adına rəsmiləşdirə bilməmişdir. Evin ancaq bir otağı və mətbəxi hazırdır. Cavabdehlə oğlunun arasındakı nikah Xaçmaz rayon məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə ləğv edilib, cavabdeh yuxarıda qeyd etdiyi ünvanda yaşamışdır. Ona məxsus bəzi əmlaklar evində qalmışdır. Dəfələrlə bu barədə xəbər göndərsələr də, lakin bu günə kimi əmlaklarını aparmamışdır. Oğlunun 1-ci həyat yoldaşı rəhmətə gedib, iki azyaşlı uşaqları var. O, evi təmir etmək istəyir. Cavabdehin əmlaklarının evində qalması səbəbindən, təmir edə bilmir, öz əmlaklarından da lazımınca istifadə edə bilmir, habelə baxımsızlıqdan cavabdehə məxsus əmlaklar yararsız vəziyyətə düşə bilər. Cavabdeh ona məxsus evdə pasport qeydiyyatında olmamışdır. Ona görə də cavabdehə məxsus əmlaklar evindən çıxarılmalıdır. Cavabdehə məxsus əmlaklar 1 ədəd taxt, şkaf, müxtəlif qab-qacaqlar, 2 ədəd pərdə, 2 ədəd xalça, 1 ədəd stol, 4 ədəd stul, paltaryuyan maşın, mətbəx mebeli, duşavoy kabina, 1 ədəd adi döşək və 1 ədəd yorğandan ibarətdir. Cavabdehin əmlaklarının evində qalmasına görə xüsusi mülkiyyətində olan əmlakından istifadəsində çətinliklər yaranır. Ən əsası isə əmlakı üzərində sərəncam hüququnu reallaşdıra bilmir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının fikrini dinləyib Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayonu Qobuqıraq Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 66 saylı arayışından müəyyən olunur ki, X4 Qobuqıraq kəndində yaşadığı ev, Qobuqıraq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 saylı qərarı ilə Qobuqıraq kənd sakini X2 mülkiyyətinə satılmış torpaq sahəsində yerləşir. Qobuqıraq Bələdiyyəsi ərazisində X4 mülkiyyətində həyətyanı torpaq sahəsi yoxdur. İş materiallarında olan “F.R” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın texniki qiymətləndirilməsindən müəyyən olunur ki, X7 məxsus Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən tikilinin inventar dəyəri 14000 manat müəyyən olunmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-186/2019 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, X10 ilə Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixdə Qaçmaz rayon qeydiyyat şöbəsində 33 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş uşaqları – 22 iyul il təvəllüdlü X5 nikah pozulduqdan sonra Cavabdeh himayəsində saxlanılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(067)-2404/2019 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh X7 qarşı evə köçürülmə və istifadə qaydalarının müəyyən olunması tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı Cavabdeh X4 faktiki sahibliyində olan Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən yaşayış evinə köçürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(105)-412/2020 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X4 Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(067)-2404/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş və Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(067)-2404/2019 saylı qətnaməsi cavabdeh X7 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı evin mülkiyyətçisi deyil və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən iddiaçı ilə bərabər Cavabdeh da eyni ilə iddiaçı və evdə yaşayan digər şəxslərlə bərabər mübahisəli evdə əvvəllər yaşamış olduğu şərtlər daxilində evdə yaşamaq imkanı müəyyən edilmişdir. X14 Məhkəməsi “O.X8rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə xx xxxxxx 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. X14 Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair X14 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin nikaha daxil olaraq orada məskunlaşmasını, ümumi təsərrüfat aparıb uşaqlar dünyaya gətirməsini, mənzil hüquqlarına müdaxilə baş verənə qədər orada yaşaması və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin evə köçürülərək, orada yaşayan şəxslərlə birlikdə yaşamaq imkanının müəyyən edilməsi nəzərə alınmalı və iddia təmin edilməməlidir. X14 Məhkəməsi “O.X8rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə xx xxxxxx 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. X14 Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair X14 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin rəsmi nikaha daxil olaraq evdə məskunlaşması, ümumi təsərrüfat aparıb uşaq dünyaya gətirməsi, mənzil hüquqlarına müdaxilə baş verənə qədər orada yaşaması və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin evə köçürülməsi nəzərə alınmalı və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-75/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-75/2020
29.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver