Məhkəmə qərarları › İş №2(067)-753/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-753/2024

09.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-753/2024 09.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 hər birindən hər ay 400 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər dogma övladlarıdır. O, hazırda mərhum atasının adında olan evdə tək yaşayır. 1966-cı ildə anadan olmuşdur. Onkoloji bədxassəli xəstədir. 2017-ci ildə əməliyyat olunmuşdur. Hazırda tək yaşayır. Həyat yoldaşı ilə hal hazırda boşanma işləri Xaçmaz rayon məhkəməsindədir. Aldığı təqaüd yalniz iynədərmanlarına zorla çatır. Cavabdehlər ailələri ilə birlikdə başqa ünvanda yaayirlar. Cavabdehlərdən Ehtiram və İntiqam hazirda müddətdən artıq hərbi xidmətdə işləyirlər, hər ay təxminən 800 rnanatdan çox əmək haqqı alırlar. Buna baxmayaraq, oğlanları onunla qətiyyən rnaraqlanmirlar. Onları hazırda işlədikləri iş yerlərinə də o, qoymuşdur. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, izahatında göstərmişdir ki, o, onkoloji xəstədir, bir neçə orqanında bədxassəli törəmələr aşkar olunub. 2017-ci ildə əməliyyat olunmuşdur. Hazırda törəmələrlə zədələnmiş bütün orqanlarının əməliyyatı üçün 20000 manat pul tələb olunur. Mütəmadi müalicələr alır və mütəmadi olaraq halı pisləşir, ağır ağrıkəsici dərmanlardan istifadə edir. Bu yaxınlarda halı pisləşdiyi üçün təcili tibbi yardım işçiləri onu xəstəxanaya aparmışlar. O, İİİ qrup əlildir, əmək qabiliyyəti yoxdur. Övladlarından Ehtiram və İntiqam hazirda müddətdən artıq hərbi xidmətdə işləyirlər, hər ay təxminən 800 rnanatdan çox əmək haqqı alırlar. Lakin cavabdehlər onunla maraqlanmırlar. O, cavabdehləri böyüdüb, onları işlə təmin edib, hazırda cavabdehlər xəstə halında ona baxmalıdırlar, əgər ona baxmaq istəmirlərsə, qocalar evinə yerləşdirsinlər. Məhkəmə iclasında cavabdeh X5 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı onun atasıdır. Atası onu böyütsə də, aralarındakı münasibətlər çoxdandır pozulub. O, və qardaşı İntiqam müddətdən artıq hərbi xidmətdə işləyirlər, 700 manat əmək haqqı alırlar. O, subaydır, qardaşı İntiqam isə ailəlidir. Həmçinin bacısı Ceyranxanım da ailəlidir və uşağı çəpgözlükdən əziyyət çəkir. Əslidə o, atasına yardım etməyə borclu deyildir. Onun özünün borcları vardır. Amma yenə də istəyir ki, məsələ sülh yolu ilə bitsin, ona görə də atasına hər ay 100 manat yardım etməyə etiraz etmir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri çatdırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını, habelə tərəflərin gəlirləri barəsində “Azemis” Elektron məhkəmə İnformasiya Sistemində qeydə alınmış məlumatları araşdıraraq, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan XVİİ-JQ seriyalı 420228 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X7 xx.xx.1993-cü ildə doğulmuşdur. Onun atası İddiaçı, anası isə X9r. İş materiallarında olan XVİİ-JQ seriyalı 334556 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh3 xx.xx.1992-ci ildə doğulmuşdur. Onun atası İddiaçı, anası isə X9r. İş materiallarında olan XİX-JQ seriyalı 258584 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X2 xx.xx.1995-ci ildə doğulmuşdur. Onun atası X11, anası isə X8r İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı mediasiya prosesində iştirak üçün 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Xaçmaz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən “Sidik kisəsinin Cr+i. Sidik kisəsinin TUR-si." diaqnozu iİə Xaçrnaz Mərkəzi Rayon Xəstəxanasında həkimonkoloqun qeydiyyatindadir. İş materiallarında olan Milli Onkologiya Mərkəzinin Endoskopiya şöbəsinin xx.xx.2020-ci il tarixli protokolundan müəyyən olunur ki, İddiaçı Eritemli qastropatiya.Diafraqmanin qida borusunun dəliyi yırtığı fonunda reflyuks ezofagit aşka edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyasinda sonuncu müayinəyə dair məlumatından müəyyən olunur ki, İddiaçı sidik kisasinin yuxarıda göstərilən bir və ya bir neçə İokaİizasiyasindan kanara çixmaqla zədələnməsi, sidik kisəsinin xərçəngi. pT1N0M0 İ (birinci) mərhələ. Gi. Sidik kisəsi TUR cərrahi əməliyyatından (xx.xx.2017) və 4 kurs sidik kisəsi daxili MKT-dan sonrakı vəziyyət. Patositomorfologiya:17207/2017-urotelial karsinoma, İovv grade, Lamina propria sirayet, azala qatu infakt diaqnozu qoyulmuşdur. İş materiallarında olan Milli Onkologiya Mərkəzinin xəstəlik tarixindn çıxarışdan müəyyən olunur ki, İddiaçı üzərində xx.xx.2017-ci il tarixdə sidik kisəsinin xərçəngi ilə əlaqədar TUR əməliyyat icra olunmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı 150 manat məbləğində pensiya alır. Cavabdehlərin gəlirləri barədə məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və X5 müddətdən artıq hərbi xidmətdə işləyirlər və 700 manat əmək haqqı alırlar. Məhkəmə araşdırması zamanı cavabdeh X5 iddianı qismən qəbul edərək atasına hər ay 100 manat yardım etməyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd olunanlara istinadən hesab edir ki, onkoloji xəstə ola və əmək qabiliyyəti olmayan iddiaçının maddi imkanı qənaətbəxş hesab edilə bilməz, eyni zamanda əmək qabiliyyəti olan cavabdehlərin maddi vəziyyəti qənaətbəxşdir. Belə ki, onlardan Cavabdeh1 və X5 müddətdən artıq hərbi xidmətdə işləyirlər. Belə olan halda cavabdehlər maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan ataları İddiaçı saxlamağa və ona qayğı göstərməyə borcludur. Bununla əlaqədar məhkəmə həmçinin cavabdeh X3 iddianı qismən qəbul etdiyini və hər ay iddiaçıya 100 manat vəsait ödəməyə etiraz etmədiyini də nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.3.-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və X1 hər ay 150 manat, Cavabdeh2 isə hər ay 100 manat alimentin alınaraq İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 400 manat təyin olunduğundan, iddianın qiyməti 400 manat x 12 ay= 4800 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 68 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2023-cü ildə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdehlər Cavabdeh1 və X1 hər ay 150 manat, Cavabdeh2 isə hər ay 100 manat aliment alınaraq İddiaçı verilməli, həmçinin Cavabdeh1 25 manat, X1 25 manat və Cavabdeh2 18 manat olmaqla, mütənasib qaydada ümumilikdə 68 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdehlər Cavabdeh1 və X1 hər ay 150 manat, Cavabdeh2 isə hər ay 100 manat aliment alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 25 manat, X1 25 manat və Cavabdeh2 18 manat olmaqla, mütənasib qaydada ümumilikdə 68 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar