Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-76/2021 23.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi və uşağın yaşayış yerinin müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan azyaşlı övladları xx xxxx 2014-cü il təvəllüdlü X4 yaşayış yerinin İddiaçı ilə qalmasını və məhkəməyə müraciət etdiyi vaxtdan cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx xxxx 2014-cü il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Cavabdeh Fövqəladə Hallar Nazirliyinin Şimal X5 xilasetmə hissəsinin xilasedicisi vəzifəsində çalışır və aylıq məvacibi 702 manat, 30 qəpik təşkil edir. Cavabdehin aylıq məvacibindən əlavə Xaçmaz rayonu, Qoçaqlı kəndində 2 hektar gilas bağı var və onun əsas gəlir yeri bağdan əldə edilən gəlirdir. Cavabdeh aylıq məvacibi 702 manat, 30 qəpik təşkil etsə də, ailəsinə maddi yardım göstərmir və o, məcburiyyət qarşısında qalıb xx.xx.2019-cu il tarixdən etibarən valideynlərinə məxsus Xaçmaz rayonu, Elşad Yaqubov 3 ünvanında yerləşən evdə yaşayır. Övladının bütün tələbatını valideynləri təmin edir. xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2014-cü il təvəllüdlü qızı Aylin onun yanımda qalır. Uşağın onun himayəsində saxlanılmasını xahiş edir. uşağımı yanımda saxlamaq üçün hər cür şəraiti var, özü Fövqəladə Hallar Nazirliyində işləyir. Cavabdeh bir ata kimi uşağı ilə maraqlanmır, onun heç bir ehtiyacını ödəmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında iş üzrə Cavabdeh məhkəmə iclasında iddianın dəlillərinə etiraz edərək, uşağın çox vaxt onunla olduğunu, lakin, hazırda iddiaçının yanında qaldığını, amma uşağı iddiaçıya vermək istəmədiyini bildirmişdir. Cavabdeh, həmçinin, göstərmişdir ki, FHN-nin X6 işləyir və tutmalar tutulandan sonra ayda 602 manat əmək haqqı alır. O, uşağının onun himayəsində qalmasını istəyir və buna görə aliment ödəməyə etiraz edir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixli məhkəmə iclasında İddiaçı Xaçmaz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli 1752 saylı rəyi ilə razı olduğunu bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh Xaçmaz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli 1752 saylı rəyinə etirazı olmadığını bildirərək, uşağın saxlanması üçün hər ay 120-130 manat aliment ödəməyə hazır olduğunu, kredit borcu olduğundan bundan əlavə aliment ödəmək iqtidarında olmadığını bildirərək, iddianın qəbul etdiyi həcmdə qismən təmin edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə tərəflərin fikrini dinləyib müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan AZ-İ 890540 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və Həşimova (Kərimova) Ədilə Azər qızı xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin xx xxxx 2020-ci il tarixli, xx/xx-00172 saylı arayışından müəyyən olunur ki, Cavabdeh Fövqəladə Hallar Nazirliyinin Şimal X5 xilasetmə hissəsinin xilasedicisi vəzifəsində çalışır və aylıq məvacibi 702 manat, 30 qəpik təşkil edir. Xaçmaz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli 1752 saylı rəyinə əsasən xx xxxx 2014-cü il təvəllüdlü X4 İddiaçı himayəsinə verilməsi məqsədə uyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2020-ci ildə 170 manat, 2021-ci ildə 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X2 «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə Xaçmaz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli 1752 saylı rəyini və azyaşlı uşağın mənafeyini nəzərə alaraq, tərəflərin maddi vəziyyətini nəzərə alaraq, tərəflərin birgə nikahlarından doğulmuş xx xxxx 2014-cü il təvəllüdlü X8 İddiaçı himayəsinə verilməli və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 175 manat aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş uşaqları xx xxxx 2014-cü il təvəllüdlü X1 Ədilə Azər qızının himayəsinə verilsin. xx xxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-76/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-76/2021
23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver