Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-820/2025 04.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Hacıyeva (Şahkərimova) Aygün Akif qızına qarşı aliment borcunun silinməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlə rəsmi nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X2 2015-ci il tarixdən yaşayış yerinin onun yanında olmasını nəzərə alaraq yaranmış 7560 (yeddi min beş yüz altmış) manat məbləğində aliment pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdeh Hacıyeva (Şahkərimova) Aygün Akif qızı ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikahdan xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X10 anadan olmuşdur. Xaçmaz rayon Məhkəməsinin qətnaməsinə əsasən nikah pozulduqdan sonra 3 övladı cavabdehin himayəsində qalmışdır, nikah pozulduğu gündən cavabdeh ondan ayrı yaşayır. Xaçmaz rayon məhkəməsinin qətnaməsinə əsasən üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 70 manat olmaqla cəmi 210 manat sabit məbləğdə aliment pulunu cavabdehə ödəməyi baradə qətnamə vardır. Övladı xx.xx.2006-cı il təvəllüdlü X7 2015-ci il tarixdən hal-hazıra kimi onun himayəsindədir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 28 mart 2024-cü il tarixli arayışına əsasən xx.xx.2006-cı il təvəllüdlü X7 9 ildir ki ünvan 1 ünvanında ona məxsus olan evdə onunla birgə himayəsində yaşayır və övladının gündəlik qayğıları ilə şəxsən məşğul olur. Halhazırda övladı onun yanındadır və anaları Hacıyeva (Şahkərimova) Aygün Akif qızının yanında qalmaq istəmir. Bu hallar ekspertiza təyin edilsə üzə çıxacaqdır. Onun uşağının onun yanında yaşaması və normal inkişaf etməsi üçün hər cür maddi və mənzil şəraiti vardır. 2(067)-2016/2013 saylı, 27 dekabr 2013-cü il tarixli icra vərəqəsinə əsasən ondan üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər uşaq üçün 70 manat olmaqla cəmi 210 manat sabit məbləğdə aliment pulu ondan alınaraq cavabdehə verilməlidir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, X2 mənim yanımda olmasını nəzərə alaraq yaranmış aliment borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Oğlu 2015-ci ilin may ayından onun yanında qalır. İş üzrə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclaslarında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, birgə nikahdan 3 uşaqları var, uşaqlardan ikisi onun yanındadır, bir uşaq isə iddiaçının yanındadır. Oğlu Şahbaba 10 yaşınadək onunla yaşayıb, 2015-ci ilin may ayında iddiaçının yanına getmişdir, onun yanına qayıdıb gəlməmişdir. Şahbaba Hacıyev üçün olan borcun silinməsinə etiraz etmir. İddiaçı 7000 manat məbləğində olan aliment borcuna görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -Xaçmaz rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-2016/2013 saylı icra sənədindən müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2007-ci ildə anadan olmuş X4 və xx.xx.2009-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 noyabr 2013-cü ildən başlayaraq İddiaçı hər ay hər bir uşaq üçün 70 manat olmaqla cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment alınaraq X8 verilməlidir. -X3 iştirak edilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı X3 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. -Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 1020 nömrəli arayışından müəyyən olunur ki, X7 9 ildir ki, İddiaçı ilə birgə yaşayır. -xx.xx.2024-cü il tarixdə Əlibaba Bayramovun, Rauf Əsədovun, İmran Fərzəliyevin iştirakı ilıə tərtib olunmuş aktdan müəyyən olunur ki, X7 2016-cı ildən xx.xx.2024-cü ilədək Xaçmaz şəhəri Ç.Mustafayev küçəsi ev 14-də atası İddiaçı yanında yaşamışdır. -Xaçmaz rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə nikah akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. Qeyd edilən şəxslərin nikahın pozulması Xaçmaz rayon qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. Nikah pozulandan sonra ərə Hacıyev, arvada Şahkərimova soyadı verilmişdir. -Xaçmaz rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X7 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası X11 qeyd edilmişdir. -sorğuya əsasən alınmış Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Xaçmaz rayon məhkəməsinin icraatında olan mülki iddiaya baxılması ilə əlaqədar iddiaçı Hacıyeva (Şahkərimova) Aygün Akif qızının İddiaçı qarşı alimentin tutulmasına dair Xaçmaz rayon məhkəməsinin 27 dekabr 2013-cü il tarixli 2(067)- 2016/2016 saylı icra sənədi borclu İddiaçı təqdim etdiyi yaşayış yeri barədə arayışa əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsi ilə ərazi aidiyyəti üzrə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Hazırda icra işi şöbənin icraatında olmadığı üçün yaranmış aliment borcu barədə məlumat vermək mümkün deyildir. -sorğuya əsasən alınmış Sumqayıt şəhəri üzrə İcra İdarəsinin məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli, 2(067)-820/2025 nömrəli sorğuya Sumqayıt şəhəri üzrə İcra idarəsində baxılmışdır. 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 210 manat sabit pul məbləğində alimentin borclu İddiaçı tutularaq tələbkar Hacıyeva (Şahkərimova) Aygün Akif qızına ödənilməsi barədə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2016/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon İcra və probasiya şöbəsindən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və həmin vaxtdan idarənin icraatındadır. Hazırki icra materiallarına əsasən xx.xx.2016-cı il tarixdən (borclu həmin tarixədək yığılmış 6350 manat aliment borcuna görə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir) xx.xx.2025-ci il tarixədək ödənilməli olan 20893 manat aliment borcundan tələbkarın xeyrinə ümumilikdə 7773 manat ödənilmiş, 13120 manat borc qalmışdır. İcra sənədi üzrə xx.xx.2015-ci il tarixdə Xaçmaz rayon İcra şöbəsində icraata başlanıldığından xx.xx.2015-ci il tarixədək hesablanmış aliment borcu barədə məlumatın verilməsi mümkün deyildir. -mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 50 manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X10 anadan olmuşdur. Xaçmaz rayon Məhkəməsinin qətnaməsinə əsasən nikah pozulduqdan sonra hər üç uşaq ananın (hazırki iş üzrə cavabdehin) himayəsində qalmışdır. Tərəflərin birgə nikahından doğulan övladı X7 2015-ci ildən etibarən iddiaçının yanına köçüb və daimi olaraq onun yanında yaşayır. X7 hazırda hərbi xidmətdədir. İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2015-ci ilin yanvar ayından yaranmış aliment borcunun silinməsini xahiş edir. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq Hüquqları haqqında” BMT-nin 20 noyabr 1989-cu il tarixli Konvensiyasının: 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 107.1-ci maddəsinə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Qeyd onlunan hüquq normasından da göründüyü kimi, aliment saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Hazırkı halda isə bu məsələyə dair tərəflər arasında mübahisə mövcuddur. Bundan başqa məhkəmə onu da qeyd edir ki, hazırki halda aliment məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 2015-ci ilin yanvar ayından etibarən X2 yetkinlik yaşına çatanadək saxlanması üçün yaranmış aliment borcunun silinməsi tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə uşağın 2015-ci ilin may ayından etibarən iddiaçının yanında qaldığını etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 2015-ci ilin may ayından etibarən iddiaçının yanında (himayəsində) olduğu hazırkı mülki işin mübahisəsiz halıdır. İddiaçının qeyd olunan tarixdən X5 münasibətdə yaranmış aliment borcunun məbləği ilə bağlı Xaçmaz və Sumqayıt İcra və Probasiya Şöbəsinə müvafiq sorğular göndərilsə də, borc məbləği barədə məhkəməyə dəqiq məlumat verilməmişdir. Belə olduqda məhkəmə hesab edir ki, iddiaçının 2015-ci ilin may ayından xx.xx.2024-cü il tarixədək (uşağın 18 yaşınadək) olan aliment borcu sadə riyazi hesablama qaydasında (2015-ci ilin may ayından 2024-cü ilin sentyabr ayınadək, 1 ay üçün 70 manat olmaqla) hesablanaraq, həmin məbləğdə borc iddiaçının ümumi aliment borcundan silinməlidir. Aparılmış riyazi hesablama nəticəsində İddiaçı X1 üçün qeyd olunan tarixlər üzrə yaranmış aliment borcunun məbləğinin 7840 manat (112 ay x 70 manat) olduğu müəyyən edilmişdir. İddiaçı 7560 manat məbləğində aliment borcunun silinməsi tələbi ilə məhkəməyə müraciət etmiş, sonradan isə iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət etməmişdir. Belə olan halda məhkəmə, iş materiallarını, tərəflərin izahatlarını və işin digər faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi iddia tələbi həcmində təmin edilməli, tərəflərin birgə nikahından doğulan X2 2015-ci ilin may ayından etibarən faktiki olaraq iddiaçının himayəsində olduğu sübuta yetirildiyindən, həmin tarixdən X1 üçün iddiaçı tərəfindən ödənilməsi nəzərdə tutulan 7560 manat məbləğinə aliment borcu iddiaçının ümumi aliment bocundan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatı üçün çəkilmiş xərc tərəflər arasında mütənasib olaraq bölünməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Xaçmaz rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-2016/2013 saylı icra sənədi üzrə yaranmış ümumi aliment borcundan xx.xx.2006-cı il təvəllüdlü X1 üçün 2015-ci ilin may ayından etibarən hesablanmış 7560 manat məbləğində aliment borcu silinməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Xaçmaz rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-2016/2013 saylı icra sənədi üzrə yaranmış ümumi aliment borcundan xx.xx.2006-cı il təvəllüdlü X1 üçün 2015-ci ilin may ayından etibarən hesablanmış 7560 manat məbləğində aliment borcu silinsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-820/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-820/2025
04.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver