Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-852/2020 21.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Hacəliyeva Gözəl Ağadadaş qızına və X3 qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlərlə Xaçmaz rayonunun Çinartala kəndi ərazisində yerləşən 0.99 ha torpaq sahəsinin alqı-satqısına dair aralarında xx.xx.2000-ci il tarixdə baş tutmuş əqdin etibarlı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdehləri Çinartala kənd sakinləri kimi tanıyır. Onlar özlərinə məxsus Xaçmaz rayonunun Çinartala kəndində yerləşən 0,99 ha torpaq sahəsini 2000-ci ilin may ayında ******* köhnə Azərbaycan manatına ona satmışlar. Bu barədə cavabdeh Almas Hacıyev ona iltizam da yazıb vermişdir. Torpaq sahəsi 2000-ci ildən onun istifadəsindədir. O, cavabdehlərə torpağın pulunu ödəyib torpaqdan istifadə etməyə başlamışdır. Lakin cavabdehlər sənədlərdə uyğunsuzluq olduğuna görə alqı-satqını rəsmiləşdirə bilmədiklərini, torpağın sənədlərini düzəltdikdən onun adına rəsmiləşdirəcəklərinə söz vermişlər və ondan bunun üçün vaxt istəmişdir. O da onlara inandığı üçün etiraz etməmiş və torpağın vergilərini də köçürərək torpaq sahəsindən öz torpağı kimi istifadə etməyə başlamışdır, lakin sonradan cavabdehlər vədlərinə əməl etməmişlər. Hazırda da onlar torpaq sahəsini adına rəsmiləşdirməkdən yayınırlar. O, hər dəfə cavabdehlərə alqı-satqını rəsmiləşdirmək üçün notariat orqanına gəlmələrini xahiş etdikdə, onlar müxtəlif bəhanələrlə notariat ofisinə gəlməkdən yayınırlar, ona görə də bu vaxta qədər alqı-satqını rəsmiləşdirə bilməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuş və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Hacəliyeva Gözəl Ağadadaş qızı və X4 ilə Xaçmaz rayonunun Çinartala kəndi ərazisində yerləşən 0.99 ha torpaq sahəsinin alqı-satqısına dair aralarında xx.xx.2000-ci il tarixdə baş tutmuş əqdin etibarlı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsini 2000-ci ildə cavabdehlərdən ******* köhnə Azərbaycan manatına almışdır, onlar da torpağın mülkiyyət sənədi olan JN-212 seriyalı 30213038 saylı Dövlət aktını ona vermişlər. Hətta cavabdeh Almas Hacıyev pulu almaları barədə ona iltizam da yazıb vermişdir. O, torpaq sahəsinin pulunu cavabdehlərə onların evində öz həyat yoldaşının yanında vermişdir. 2000-ci ildən cavabdehlərdən satın aldığı torpağın vergilərini də köçürərək torpaq sahəsindən öz torpağı kimi istifadə edir. xx.xx.2014-cü il tarixdə cavabdehlər JN- 212 seriyalı 30213038 saylı Dövlət aktında texniki səhvlər olduğundan, alqı-satqını rəsmiləşdirmək məqsədi ilə torpağa dair öz adlarına RX seriyal ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və AA seriyalı 005720 saylı xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədini almışlar. Lakin buna baxmayaraq, yenə də cavabdehlər alqı-satqını rəsmiləşdirməkdən yayınmışlar. Bu səbəbdən məhkəmədə iddia qaldırmalı olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin ediməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərmişdir ki, iddiaçı onun əridir, cavabdehləri isə torpaq alqa-satqısı ilə əlaqədar tanıyır, onlarla ədavəti və düşmənçiliyi yoxdur. Cavabdehlər özlərinə məxsus Xaçmaz rayonunun Çinartala kəndində yerləşən 0,99 ha torpaq sahəsini 2000-ci ilin may ayında ******* köhnə Azərbaycan manatına onun əri İddiaçı satmışlar. Bu barədə cavabdeh Almas Hacıyev ərinə iltizam da yazıb vermişdir. Torpaq sahəsi 2000-ci ildən onların istifadəsindədir. Əri cavabdehlərə torpağın pulunu ödəmiş və onlar torpaqdan istifadə etməyə başlamışlar, lakin cavabdehlər sənədlərdə uyğunsuzluq olduğuna görə alqı-satqını rəsmiləşdirmək üçün vaxt istəmişlər. Əri onlara inandığı üçün etiraz etməmiş və torpağın vergilərini də köçürərək torpaq sahəsindən öz torpağı kimi istifadə etməyə başlamışdır, lakin sonradan cavabdehlər vədlərinə əməl etməmişlər. Hazırda da onlar torpaq sahəsini ərinin adına rəsmiləşdirməkdən yayınırlar. Əri torpaq sahəsinin pulunu cavabdehlərə onun yanında nağd şəkildə tam olaraq ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilənZəkiyev Əli Göyərçin oğlu ifadə verərək göstərmişdir ki, iddiaçı qonşusudur, cavabdehləri də Xaçmaz rayonunun Çinartala sakinləri kimi və iddiaçıya torpaq satan şəxslər kimi tanıyır. Tərəflərin heç biri ilə qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Cavabdehlər özlərinə məxsus Xaçmaz rayonunun Çinartala kəndində yerləşən 0,99 ha torpaq sahəsini 2000-ci ilin may ayında ******* köhnə Azərbaycan manatına qonşusu İddiaçı satmışlar. Bu barədə cavabdeh Almas Hacıyev ərimə iltizam da yazıb vermişdir. Torpaq sahəsi 2000-ci ildən İddiaçı və ailəsinin istifadəsindədir. O, cavabdehlərə torpağın pulunu ödəmiş və torpaqdan istifadə etməyə başlamışdır, lakin cavabdehlər sənədlərdə uyğunsuzluq olduğuna görə alqısatqını rəsmiləşdirmək üçün vaxt istəmişlər və İddiaçı onlara inandığı üçün etiraz etməyərək vaxt verib, eyni zamanda torpağın vergilərini də köçürərək torpaq sahəsindən öz torpağı kimi istifadə etməyə başlamışdır. Sonradan cavabdehlər vədlərinə əməl etməmişlər və torpaq sahəsini İddiaçı adına rəsmiləşdirməkdən yayınmışlar. İddiaçı torpaq sahəsinin pulunu cavabdehlərə nağd şəkildə tam olaraq ödəmişdir. O, bunu iddiaçıdan da, cavabdehlərdən də eşitmişdir. O, 2000-ci ildən mübahisəli torpaq sahəsindən İddiaçı və onun ailə üzvlərinin istifadə etdiklərini görmüşdür. İş üzrə cavabdehlər Cavabdeh1, Hacəliyeva Gözəl Ağadadaş qızına və X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Hacəliyeva Gözəl Ağadadaş qızının və X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə Xaçmaz rayonunun Çinartala kəndi ərazisində yerləşən 0.99 ha torpaq sahəsinin alqı-satqısına dair tərəflərin aralarında xx.xx.2000-ci il tarixdə baş tutmuş əqdin etibarlı hesab edilməsi üçün əsasların olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-212 seriyalı 30213038 saylı Dövlət aktından müəyyən olunur ki, Xaçmaz rayonunun Çinartala kəndində yerləşən 0,99 ha torpaq sahəsi Cavabdeh1 və onun ailə üzviləri olan Hacəliyeva Gözəl Ağadadaş qızının, Hacəliyeva (Hacəliyeva) Samirə Almas qızının paylı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, RX seriyal ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan və AA seriyalı 005720 saylı xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonunun Çinartala kəndində yerləşən 0,99 ha torpaq sahəsinə dair JN-212 seriyalı 30213038 saylı Dövlət Aktı əsasında sonradan Cavabdeh1, Hacəliyeva Gözəl Ağadadaş qızının və X2 adına yeni mülkiyyət sənədi və texniki sənəd işlənmişdir. İş materiallarında olan Cavabdeh1 və Hacəliyeva Gözəl Ağadadaş qızının yazıb, imza etdikləri qəbzdən müəyyən olunur ki, onlar özlərinə məxsus Xaçmaz rayonunun Çinartala kəndində yerləşən 0,99 ha torpaq sahəsini 2000-ci ilin may ayında ******* köhnə Azərbaycan manatına İddiaçı satmış və pulunu da almışlar. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Aktdan müəyyən olunur ki, Xaçmaz rayonunun Çinartala kəndində yerləşən 0,99 ha torpaq sahəsi 2000-ci il tarixdən etibarən İddiaçı istifadəsindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmə əqdi etibarlı saya bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendum ilə qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Avropa Məhkəməsinin presedentini Konvensiya müddəalarının şərhi kimi qəbul etsək, göstərilən şərhlərə Konvensiyanın tərkib hissəsi kimi baxılmalıdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında bütün məhkəmələr Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarını Konvensiyanın mətni ilə yanaşı, həmçinin Avropa Məhkəməsinin qərarlarında ona verilən şərhə uyğun tətbiq etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi özünün “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun F.Hüseynovun və A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2004-cü il tarixli qərarında izah edilir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsepsual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna blər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Konstitusiya Məhkəməsinin həmin qərarında qeyd edilir ki, belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin özlərinə məxsus torpaq sahəsini satın almaq barədə sonuncularla razılığa gəldikdən sonra notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etdiyindən, cavabdehlər isə əqdi notarial qaydada təsdiq etmədiklərindən, həmin əqd də iddiaçının tələbi ilə etibarlı hesab edilməlidir Bütün yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və JN-212 seriyalı 30213038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən cavabdehlər Cavabdeh1, Hacəliyeva Gözəl Ağadadaş qızına və X3 məxsus Xaçmaz rayonunun Çinartala kəndi ərazisində yerləşən 0.99 ha torpaq sahəsinin alqı-satqısına dair cavabdehlərlə İddiaçı ilə aralarında xx.xx.2000-ci il tarixdə baş tutmuş əqd etibarlı hesab edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-cı, 241- 242-ci, 244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. JN-212 seriyalı 30213038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmiş RX seriyal ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilən cavabdehlər Cavabdeh1, Hacəliyeva Gözəl Ağadadaş qızına və Hacəliyeva (Hacəliyeva) Samirə Almas qızına məxsus,Xaçmaz rayonunun Çinartala kəndi ərazisində yerləşən 0.99 ha pay torpaq sahəsinin alqı-satqısına dair cavabdehlərlə İddiaçı arasında xx.xx.2000-ci il tarixdə baş tutmuş əqd etibarlı hesab edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov
Məhkəmə qərarları › İş №2(067)-852/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-852/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver