Məhkəmə qərarları › İş №2(067)-909/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-909/2020

17.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-909/2020 17.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X12, İddiaçı nümayəndəsi X4 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik şəhadətnaməsinin, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, torpaq sahəsinin planı və ölçüsünün, alqı-satqı müqaviləsinin və bağışlama müqaviləsinin və çıxarışların ıəğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayonu X11 xx.xx.1988-ci il tarixli 12 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Xaçmaz rayon 1 saylı Notariat Kontorunun xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik şəhadətnaməsinin, DƏDRX-nin 5 saylı X17 tərəfindən xx.xx.2018-ci ildə 0.10 ha torpaq sahəsinə, həmin torpaq sahəsinin plan və ölçüsünün, xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Cavabdeh2 adına çıxarışın, xx.xx.2018-ci il tarixdə Cavabdeh2 və X8 arasında alqı-satqı müqaviləsinin və xx.xx.2018-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 arasında daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktla fərdi yaşayış evi tikmək məqsədilə Xaçmaz rayonu, Nərəcan bələdiyyəsindən Xaçmaz rayonu, Nərəcan kənd ərazisində yerləşən 0.05 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin verilməsinə dair xx.xx.2006-cı il tarixli 02 saylı Xaçmaz rayon Nərəcan bələdiyyəsinin qərarı və Nərəcan Təsərrüfatının baş plandan çıxırış vardır. Cavabdeh onun torpaq sahəsinin qonşuluğunda 0.05 ha torpaq sahəsi almışdır. Naməlum səbəblərdən cavabdeh onun torpaq sahəsini zəbt etmiş, iddiaçı torpaq sahəsinin geri qaytarılması barədə məhkəməyə ərizə ilə müraciət etdikdən sonra cavabdeh saxta sənədlər hazırlayaraq onun torpaq sahəsini əldə etmişdir. Cavabdehlər Cavabdeh2 atası X9 xx.xx.2012-ci il tarixdə vəfat etmiş və onun vərəsəsi Cavabdeh2 xx.xx.2018-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi, DƏDRX-nin 5 saylı X17 tərəfindən xx.xx.2018-ci ildə 0.10 ha torpaq sahəsini, həmin torpaq sahəsinin plan və ölçüsünün xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın Cavabdeh2 adına sənədləşdirmişlər. Bu qanunsuzluqların davamı olaraq cavabdeh Xaçmaz rayon bələdiyyəsindən aldığı və iddiaçıya məxsus 0.05 ha torpaq sahəsində ev tikmək məqsədilə hazırlıq işləri görmüş və müvəqqəti yaşamaq üçün otaq tikərək 2018-ci ilin may ayından orada yaşamağa başlamışdır. Həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair xx.xx.2006-cı il tarixli 02 saylı Xaçmaz rayon Nərəcan Bələdiyyəsinin qərarı mövcuddur. X5 adına Xaçmaz rayonu X11 xx.xx.1988-ci il tarixli 12 saylı qərarı ilə 0.10 ha torpaq sahəsinə dair verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qanunsuz əldə edilmişdir. X9 1995-ci ildə vəfat etdiyi halda cavabdehlər vərəsəlik şəhadətnaməsində guya xx.xx.2012-ci ildə vəfat etdiyi göstərilmişdir. Nəticədə verilən sənədlər əsasında iddiaçıya məxsus 0.05 ha toraq sahəsi Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə rəsmiləşdirilmişdir. Cavabdeh həmin Xaçmaz rayon Nərəcan kəndində yerləşən torpaq sahələrini öz adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında iş üzrə İddiaçı nümayəndəsi X10 iddia ərizəsini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. Cavabdehin öz adına çıxarışı necə almasını bilmir. Qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək, bildirmişdir ki, o iddianı qəti şəkildə qəbul etmir. Ona görə ki, iddia tamamilə əsassızdır. Onun əri 2012-ci ildə ölmüş elan edilib, lakin faktiki olaraq 1995-ci ildə vəfat edib. Uşağının barəsində onun atalığı müəyyən olunub, sonra da vərəsəlik hüququ haqqında şəhadətnamə alınıb. Hesab edirəm ki, iddia əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul ediləməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 fikrini dinləyib Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim etdikləri sübutlara hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan atalığın müəyyən edilməsinə dair AZ-İ 337370 saylı şəhadətnamədən və AZ-İV 150775 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh2 barəsində X5 atalığı müəyyən olunmuşdur. AZ-İV 150775 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh2 atası X9, anası Cavabdeh1dır. AZ-İ 526402 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Torpağa mülkiyyət hüququna dair JN-514F KOD 30217018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz Rayon Nərəcan Bələdiyyəsinin xx xxxxxx 1998-ci il tarixli 12 saylı qərarı ilə X7 Xaçmaz rayonu, Nərəcan kəndində 0.10 ha torpaq sahəsi verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 miras qalmış Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən 0.10 ha torpaq sahəsini onun yeganə vərəsəsi Cavabdeh2 qəbul etmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı № ******* saylı Çıxarışdan və xx.xx.2018-ci il tarixli Texniki Pasportdan müəyyən olunur ki, Xaçmaz rayonu Nərəcan kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi Cavabdeh2 tam mülkiyyətində olmuşdur. xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan Xaçmaz rayonu Nərəcan kəndində yerləşən 0.05 ha torpaq sahəsini X1. xx.xx.2018-ci il tarixli, ********** reyestr nömrəli, **********4 reyestr nömrəli, ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Xaçmaz rayonu Nərəcan kəndində yerləşən 0.05 ha torpaq sahəsi X3 adına qeydə alınmışdır. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Xaçmaz rayonu Nərəcan kəndində yerləşən 0.05 ha torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli, ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Xaçmaz rayonu Nərəcan kəndində yerləşən 0.05 ha torpaq sahəsi Cavabdeh1 adına qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-564/2020 tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbi və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş və həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iddia tələbinin əsasını onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktla fərdi yaşayış evi tikmək məqsədilə Xaçmaz rayonu, Nərəcan bələdiyyəsindən aldığı Xaçmaz rayonu, Nərəcan kənd ərazisində yerləşən 0.05 ha torpaq sahəsi almış maməlum səbəblərdən cavabdeh onun torpaq sahəsini zəbt etmiş, iddiaçı torpaq sahəsinin geri qaytarılması barədə məhkəməyə ərizə ilə müraciət etdikdən sonra cavabdeh saxta sənədlər hazırlayaraq onun torpaq sahəsini əldə etmişdir. X5 adına Xaçmaz rayonu X11 xx.xx.1988-ci il tarixli 12 saylı qərarı ilə 0.10 ha torpaq sahəsinə dair verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qanunsuz əldə edilmişdir. İşin hallarından müəyyən olunur ki, Xaçmaz Rayon Nərəcan Bələdiyyəsinin xx xxxxxx 1998-ci il tarixli 12 saylı qərarı ilə X7 Xaçmaz rayonu, Nərəcan kəndində 0.10 ha torpaq sahəsi ayrılmış, X5 vəfatından sonra həmin torpaq sahəsini qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasıda onun vərəsəsi Cavabdeh2 qəbul etmiş, torpaq sahəsinin 0.05 ha hissəsini Cavabdeh1 bağışlamış, 0.05 ha hissəsini isə X1. Hazırda həmin torpaq sahəsinin 0.05 ha hissəsi hazırda Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən X6, 0.05 ha hissəsi isə Cavabdeh1 məxsusdur. Məhkəmə işin hallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehlərin onun torpaq sahəsini zəbt etmələrinə və X5 adına Xaçmaz rayonu X11 xx.xx.1988-ci il tarixli 12 saylı qərarı ilə 0.10 ha torpaq sahəsinə dair verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qanunsuz əldə edilməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı № ******* saylı Çıxarış əsasında Cavabdeh2 adına olmuş, Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən 0.10 ha torpaq sahəsinin iddiaçıya xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktla fərdi yaşayış evi tikmək məqsədilə Xaçmaz rayonu, Nərəcan bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsi ilə eyni torpaq sahəsi olması, həmin çıxarışın verilməsinin qanunsuz olmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-564/2020 tarixli qətnaməsi və Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh1 qarşı Xaçmaz rayonu Nərəcan kənd ərazisində yerləşən ona məxsus 0,05 ha torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq ona verilməsi, həmin sahədə qanunsuz tikilmiş otaqların cavabdehin hesabına sökülməsi və cavabdeh tərəfindən ona vurulmuş 12000 manat məbləğində zərərin, həmçinin rüsum kimi ödədiyi 30 manat və hüquqi yardıma görə ödədiyi 215 manat məbləğində pulun Cavabdeh1 alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Yəni Cavabdeh1 iddiaçıya məxsus olan 0.05 ha torpaq sahəsindən istifadə etmədiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, hazırda cavabdeh X3 mülkiyyətində olan Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin də iddiaçıya məxsus olan torpaq sahəsinin zəbt edilməsi və qanunsuz sənədlər əsasında verilmiş çıxarış əsasında torpaq sahısinin hazırkı mülkiyyətçisinə satılmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Xaçmaz rayonu X11 xx.xx.1988-ci il tarixli 12 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, Xaçmaz rayon 1 saylı Notariat Kontorunun xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik şəhadətnaməsinin, DƏDRX-nin 5 saylı X17 tərəfindən xx.xx.2018-ci ildə 0.10 ha torpaq sahəsinə, həmin torpaq sahəsinin plan və ölçüsünün, xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Cavabdeh2 adına çıxarışın ləğv edilməsi üçün əsaslar olmadığı üçün iddiaçının xx.xx.2018-ci il tarixdə Cavabdeh2 və X8 arasında alqı-satqı müqaviləsinin və xx.xx.2018-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 arasında daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi üçün iddia qaldırmağa subyektiv hüququnun olub-olmaması məsələsi araşdırılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, Xaçmaz rayonu X11 xx.xx.1988-ci il tarixli 12 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, Xaçmaz rayon 1 saylı Notariat Kontorunun xx.xx.2018ci il tarixli Qanun üzrə vərəsəlik şəhadətnaməsinin, DƏDRX-nin 5 saylı X17 tərəfindən xx.xx.2018-ci ildə 0.10 ha torpaq sahəsinə, həmin torpaq sahəsinin plan və ölçüsünün, xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Cavabdeh2 adına çıxarışın ləğv edilməsi üçün əsaslar olmadığı üçün iddiaçını xx.xx.2018-ci il tarixdə Cavabdeh2 və X8 arasında alqı-satqı müqaviləsinin və xx.xx.2018-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 arasında daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi üçün iddia qaldırmağa iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, torpaq sahəsinin mülkiyyətçisi tərəfindən onunla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Mülki Prosessual Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik şəhadətnaməsinin, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, torpaq sahəsinin planı və ölçüsünün, alqı-satqı müqaviləsinin və bağışlama müqaviləsinin və çıxarışların ıəğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar