Məhkəmə qərarları › İş №2(067)-914/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-914/2021

26.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-914/2021 26.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2ns qarşı “Bələdiyyənin alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsinə dair” iddia tələbinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum qardaşı X3 torpaq satılmasına dair Xaçmaz Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 10 saylı qərarının, həmin qərar əsasında aparılmış alqı-satqı aktının və kadastr sənədinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər onun mərhum qardaşı X1 həyat yoldaşı və oğludur. O, 2009-cu ilə qədər Rusiya Federasiyasında yaşamışdır. 2005ci ildə Rusiyadan mərhum qardaşı Bəhramın üstünə bank vasitəsilə pul göndərmişdir ki, onun üçün Xaçmaz Bələdiyyəsindən torpaq alsın. O, qardaşına bildirmişdir ki, torpağı öz adına alsın, gələcəkdə o, Azərbaycana qayıtdıqdan sonar ev tikib, torpağı qardaşının adından öz adına keçirəcək. Beləliklə qardaşı Bəhram Xaçmaz şəhərindən öz adına Xaçmaz Bələdiyyəsindən 0,05 ha həyətyanı torpaq sahəsi almışdır. Sonradan qardaşı xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Qardaşı vəfat etdikdən sonar cavabdehlər torpağı öz əlinə keçirmək istəyir. Onlar qardaşının 1-ci növbəli vərəsələri olaraq torpağı onun adına rəsmiləşdirməkdən yayınırlar. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə sübutları araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəmədən Bələdiyyənin alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 №-li “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarın 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməsi araşdırılmalıdır. Həmin Qərarın 3.1-ci və 3.2-ci bəndlərində görə: 3.1 xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası “İnzibati İcraat haqqında” Qanunun 2.0.1-ci maddəsində inzibati orqan anlayışının açıqlamasından görürük ki, inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərarın İV hissəsinə əsasən Azərbaycan Respublikasının Bələdiyyələri inzibati orqanların təsnifatına aiddirlər. Plenumun Qərarının 5.1-ci maddəsində qeyd olunur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Sözügedən Plenumun 6.1-ci maddəsində göstərilir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə də, göründüyü kimi, iddiaçının iddia tələbi inzibati orqan tərəfindən verilmiş inzibati aktın ləğv olunması ilə bağlı olduğundan işə aidiyyatı yurisdiksiya üzrə inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsində bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilməsi, 170.2-ci maddəsində isə işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarması müddəaları qeyd olunub. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu qaytarılır. İş materiallarında göründüyü kimi, İddiaçı 20 manat dövlət rüsumu ödəmişdir. Qanunvericiliyin tələbinə əsasən dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114,261-262, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara alıdı: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “Bələdiyyənin alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsinə dair” iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. İddiaçının ödədiyi 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı izah olunur ki, iddia ərizəsində göstərilən tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar