Məhkəmə qərarları › İş №2(067)-923/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-923/2021

16.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-923/2021 16.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X9, İddiaçı nümayəndəsi X4 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit məbləğdə aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx xxx 2012-ci il təvəllüdlü X1 üçün ondan hər ay sabit pul məbləğində 200 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2011-ci il tarixdə birgə nikaha daxil olmuşlar. Birgə nikahdan xx xxx 2012-ci il tarixdə X13 və xx xxxxxx 2014-cü il tarixdə X14 anadan olmuşlar. xx xxxxx 2017-ci il tarixli məhkəmə qətnaməsinə əsasən nikahları ləğv edilmiş iki uşaq cavabdehin himayəsində saxlanılmaqla ondan aliment tutulması qət edilmişdir. Sonradan uşaqlardan xx xxx 2012-ci il təvəllüdlü Rəvan onun yanına qayıtdığından Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)- 173/2020 saylı qətnaməsi ilə xx xxx 2012-ci il tarixdə anadan olmuş X13 onun himayəsində saxlanmışdır. Həmin qətnamə qüvvədədir. Cavabdeh onun himayəsində olan uşaqla maraqlanmır, analıq qayğısı göstərmir, cavabdehin buna hər cür imkanı vardır. X15 ilə xx.xx.2017-ci ildə ailə qurmuşlar və. birgəHesab edir ki, cavabdehin qazancı qeyrimüntəzəm olduğu üçün hər ay ondan 200 manat aliment tutulmalıdır. O, özü İİ qrup əlildir. İddiaçı nümayəndəsi X7 məhkəmə iclasında iddiaçının öz oğlu olduğunu, onların birgə nikahlarından olan uşaqlarından birinin iddiaçının, digərinin isə cavabdehin himayəsində olduğunu, iddiaçının cavabdehin himayəsində olan uşağına görə aliment ödədiyini, amma cavabdehin iddiaçının yanında qalan uşağına görə aliment ödəmədiyini iddiaçının İİ qrup əlil olduğunu və pensiyasının 75 %-nin alimentin ödənilməsinə sərf olunduğunu, nə iddiaçının cavabdehə aliment ödəməsini, nə də cavabdehin iddiaçıya aliment ödəməsini istədiklərini bildirərək, cavabdehin gəlirləri barədə məlumatı, sübutları olmadığını göstərmiş, iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddianın dəlillərinə etiraz edərək, iddiaçının onun himayəsində olan uşağın saxlanılması üçün cəmi 92 manat aliment ödədiyini, həmin pulla uşağı saxlaya bilmədiyini, uşaq nitq qüsurlu olduğundan, onu müalicə etdirə bilmədiyini, bir otaqlı evdə qaldığını, iş olanda sahələrdə fəhlə kimi çalışıb 10-15 manat pul aldığını, iddiaçıya aliment ödəməyə maddi imkanı olmadığını, iddiaçının yanında qalan uşağıqla gedib maraqlandığını. İmkanı olanda həmin uşağı üçün paltar da aldığını, amma aliment ödəməyə maddi imkanı olmadığını göstərərk, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmamaelıdır. Belə ki iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(067)-690/2017 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflərin birgə nikahından doğulmuş uşaqları-xx xxx 2012-ci il təvəllüdlü X13 və xx xxxxxx 2014-cü il təvəllüdlü X2 Könül Məmmədağa qızının himayəsində saxlanılmış və İddiaçı Cavabdeh xeyrinə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər hər hər uşağa 55 manat olmaqla, cəmi 110 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-173/2020 saylı qətnaməsi ilə xx xxx 2012-ci il tarixdə anadan olmuş X3 Fərman Qəhrəman oğlunun himayəsinə verilmişdir. Məhkəmə müəyyən etmişdir ki, tərəflərin faktiki nikahlarından olan uşaqlarının biri iddiaçı ilə, digəri isə cavabdehlə yaşayır və iddiaçıdan cavabdehin xeyrinə bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutulur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2020-ci ildə 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin alimen ödəmək imkanının olmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia əsaslı sayıla bilməz. Sübutların təqdim edilməsinin vacibliyi baxımından, MPM-in 77-ci maddəsi hansı tərəfin sübut təqdim etməli olmasını müəyyən edir. Həmin maddənin mənasına görə tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Bu bir qayda olaraq, o deməkdir ki, adətən iddiaçı öz tələbini əsaslandıran, cavabdeh isə etirazının əsasını təşkil edən (icra, borcların əvəzləşdirilməsi, icradan imtina etmək hüququ və ya iddia müddətinin keçməsi) halları sübut etməlidir (bax: Mülki prosesdə tətbiq ediləcək hüququn tapılması Tomas Hermann səh. 199 sübutetmə vəzifəsi başlığı, 1-ci abzas) Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «X5rşı» xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar