Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-973/2021 20.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil Şərəf oğlunun iştirakları ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-yə qarşı əmək haqqının, son haqq-hesabın və zərərin tutulub alınması tələbinə dair iddia ərizəsinə və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı ziyan tələbinə dair iddia ərizəsinə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərək ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-dən 1250 manat məbləğində əmək haqqının, 3000 (üç min) manat məbləğində zərərin və 30 manat məbləğində dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-nin xx xxxxx 2020-cı il tarixli Əmək Müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinə, həmçinin müəssisənin direktoru X1 əmrinə əsasən aylıq əmək haqqı 250 (iki yüz əlli) manat olmaqla "xxxx" MMC-ə suvarma üzrə fəhlə işinə qəbul olunmuşdur. Müəsisənin xx xxxxxxxx 2020-ci il tarixli əmri ilə (X1) əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a’ bəndinə əsasən xitam verilmişdir. Belə ki, cavabdeh "xxxx" MMC (direktor X3) ilə əmək müqaviləsi bağlanldığı andan işlədiyi bütün vaxtı ona çatacaq əmək haqqını ödəməkdən yayınmış və nəticə olaraq öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. Lakin buna baxmayaraq cavabdeh MMC-nin direktoru bu günə kimi ona çatası əmək haqqını və son haqq-hesabı ödəməmişdir. Bununla bağlı ərizə ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Quba regional şöbəsinə ərizə ilə müraciət etmişdir. Regional şöbənin xx.xx.2020-ci il tarixli **********6 saylı **********6 nömrəli xx xxxxxx 2020-ci il tarixli arayışından müəyyən olunur ki, həqiqətən cavabdeh MMC-nin direktoru onun əmək haqqını və son haqq-hesabını ödəməmiş və AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-hissəsini və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozması səbəbindən cavabdeh barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixli, M ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin arayışdan müəyyən olunur ki, cavabdeh MMC-nin direktoruna ona çatacaq əmək haqqı və son haqq-hesabın hesablanaraq ödənilməsi barədə göstəriş xarakterli məktub da göndərilmişdir. Lakin cavabdeh MMC-nin direktoru müxtəlif bahanələrlə ona çatacaq əmək haqqı və son haqqhesab hesablanaraq ödənilməsini qəsdən təmin etmir. Bundan əlavə, cavabdehin öhdəliyi lazımınca icra etməməsi səbəbindən ona keçən müddətdə zərər vurmuşdur. Belə ki, borclu əmək haqqını ödəməməsi səbəbindən ona həmin pula istifadəsində olan 1.0 hektar əkin sahəsində yonca toxumu və sair məhsulları almaq üçün maddi imkanı olmamış növbəti il üçün alacağı məhsuldan əldə edəcəyi gəlirdən məhrum edərək zərər vurmuşdur, yəni növbəti il yuxarıda qeyd edilən yonca məhsulunun satıb əldə edəcəyi qazancdan məhrum etmişdir. Adi hesablamaya əsasən keçən il bir bağlama yonca 3-4 manat civarında olmuş və cavabdeh bir hektardan alacağı ən aşağı 1000 ədəd yonca bağlamanın satıb əldə edəcəyi (1000 X 3 manat) = 3000 (üç min) manat məbləğində vurduğu zərər cavabdehdən alınıb verilməlisini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2050 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı “xxxx” MMC-nin direktoru kimi ona qarşı “əmək haqqının, son haqq-hesabının və zərərin tutulub alınması” tələbinə dair iddia qaldıraraq ondan 1250 manat əmək haqqının, 3000 manat məbləğində zərərin və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən də göründüyü kimi İddiaçı “xxxx” MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək suvarma üzrə aylıq əmək haqqı 250 manat olmaqla fəhlə işləmiş, öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Cavabdeh İddiaçı “xxxx” MMC-də suvarma üzrə fəhlə işlədiyi dövrdə istifadəsində olan aşağıda adları göstərilən əmlakları özbaşına olaraq aparmaqla şirkətə maddi ziyan vurmuşdur. 1.Su pompası 90 ölçülü -500 manat 2.Su filtri 2 ədəd 110 ölçülü 2x150 manat 300 manat 3.Su şlanqı 90 ölçülü 100 metr, 1 metrin dəyəri 3 manat olmaqla 300 manat 4.Su şlanqı 75 ölçülü 100 metrə 1 metrin dəyəri 2.50 qəpik olmaqla 250 manat 5.Su şlanqı 63 ölçülü 200 metrə 1 metrin dəyəri 2 manat olmaqla 400 manat 6.Su kranları, muftalar, peroxodniklər və 90 dərəcəli əyrilər bir yeşikdə 300 manat Cəmi 2050 manat Qeyd olunan əmlakların mövcud olaraq cavabdehin istifadəsində olmasını cavabdeh özü də danmaz və bunu digər işçiləri də təsdiq edə bilərlər. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında ilk iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdeh “Şahmurad MMC”-nin direktoru X3 onun qohumudur. Özü fermer fəaliyyəti ilə məşğul olduğundan qohumu X3 onu öz şirkətinə minimum əmək haqqı ilə suvarma üzrə fəhlə vəzifəsinə işə götürmüşdür. İşə rəsmi əmək müqaviləsi ilə qəbul edilsə də, ona əmək haqqı kartı verilməmişdir. O, aylıq 250 manat əmək haqqını şirkət direktorundan istəsə də, direktor Tariyel ona pulu sonda, yəni əkin işləri bitdikdən sonra verəcəyini deyirdi. Belə oldu ki, 5 aydan sonra əkin işləri yekunlaşdı və o, öz ərizəsi ilə işdən çıxdı. Lakin buna baxmayaraq şirkət direktoru Arif Tariyel ona 5 aya görə yığılan 1250 manat əmək haqqını ödəməyib. Bununla bağlı o müvafiq dövlət qurumlarına şikayət etmiş və şirkətin direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi ilə protokol tərtib olunuraq, inzibati məsuliyyətə cəlb olunmuşdur. Buna baxmayaraq, 5 ayın pulu ona hələ də ödənilməyib. İlk iddiasının təmin olunmasını xahiş etmişdir. Qarşılıqlı iddiaya qarşı etiraz edərək bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının ərizəsində göstərilən faktlar əsassızdır. Belə ki, ərizədə qeyd olunan su filtri, su pompası, su şlanqları, su kranları və s. əşyaları o şirkətə işə düzəldiyi gün yəni 02 aprel və xx xxxxx 2020-ci il tarixlərdə almışdır. Bununla bağlı qaimə fakturaları da özündə saxlayıb. Ona görə də, işdən çıxanda qeyd olunan əşyaları özü ilə aparmışdır, çünki əşyalar özünə məxsusdur. Qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddianı qəbul etməyərək bildirmişdir ki, həqiqətən də İddiaçı xx.xx.2020-ci il tarixdən “xxxx” MMC-də suvarma üzrə fəhlə vəzifəsinə işə düzəlmiş və rəsmi əmək haqqı 250 manat təşkil edirdi. Şirkətin direktoru Arif Tariyel ilk iddia üzrə İddiaçı ilə qohum olduğundan belə razılaşmışdırlar ki, əmək haqqı kartı verilməyəcək, aylıq pulu nağd şəkildə özünə ödəyəcək. Və hər ay şirkətin direktoru İddiaçı pulunu hər ay ödəyirdi. Lakin sentyabr ayında Fərhad öz ərizəsi ilə işdən çıxıb ondan 5 aya görə pul tələb etməyə başladı. Faktiki olaraq İddiaçı 5 aya görə pulu ödədiyinə görə ilk iddianın təmin olunmamasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsində isə göstərdiyi su pompası, su filtri, su şlanqları və s. əşyaları isə şirkətin hesabına alındığını bildirmiş və qarşılıqlı iddia üzrə cavabdehin işdən azad olunduqdan sonra qeyd olunan əşyaları özü ilə apararaq şikrətə maddi ziyan vurmasını bildirib qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədlərə hüquqi qiymət verərək onları təhlil edib hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarınada olan “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə “xxxx” MMC-də suvarma üzrə fəhlə vəzifəsinə təyin olunub. Aylıq əmək haqqının məbləği 250 manat təşkil edir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında MN № ******* saylı Qərarın surətindən görünür ki, “xxxx” MMC-nin direktoru X3 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. İlk iddia üzrə İddiaçı tərəfindən məhkəməyə təqdim olunan və iş materiallarına əlavə edilən ******* saylı xx.xx.2020-ci il tarixli qaimə fakturadan görünür ki, 738 manat 50 qəpik məbləğində suvarma işlərini görmək üçün müxtəlif növ əşyalar alınmışdır. İlk iddia üzrə İddiaçı tərəfindən məhkəməyə təqdim olunan və iş materiallarına əlavə edilən ******* saylı xx.xx.2020-ci il tarixli qaimə fakturadan görünür ki, 523 manat məbləğində suvarma işlərini görmək üçün müxtəlif növ əşyalar alınmışdır. İş materiallarında olan 3 saylı Ərazi Vergi İdarəsi tərəfindən verilmiş hüquqi şəxslərin reyestrin**********287300 nömrəli çıxarışdan görünür ki, “xxxx” MMC xx.xx.2020ci ildə dövlət qeydiyyatına alınmış, Dövlət qeydiyyat nömrəsi (VÖEN) **********-dir, təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyətdir, Hüquqi ünvanı AZ2731, Xaçmaz rayonu, X5, qanuni təmsilçisi X2r. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarından və tərəflərin verdikləri izahatlardan məlum olur ki, həqiqətən də, ilk iddia üzrə İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən “xxxx” MMC-də suvarma işləri üzrə fəhlə qismində işə başlasa da, ona rəsmi əmək haqqı kartı verilməmişdir və aylıq əmək haqqı ödənilməmişdir. Bundan başqa, iş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, ilk iddia üzrə İddiaçı “xxxx” MMC-dən işdən azad olunduqdan sonra, onunla son haqq-hesab aparılmamış və qanunla müəyyən edilmiş pul məbləği ödənilməmişdir. İş materiallarında olan 27541 saylı qəbzdən görünür ki, İddiaçı məhkəmə xərcləri ilə bağlı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Lakin, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh “xxxx” MMC-dən tələb etdiyi 3000 manat məbləğində zərərin ödənilməsinə əsas ola biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2050 manat pulun alınaraq ona ödənilməsi tələbinə dair məhkəmə mötəbər sübutlar təqdim etməmişdir. Qarşılıqlı iddia ərizəsində qeyd olunan əşyaların həqiqətən də, MMC-nin hesabına alınması və MMC-nin balansında olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə mərhum nənəsindən və xalasından miras qalmış miras əmlakı qəbul etməsini sübutetmə yükü ərizəçinin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə də, məhkəmə hesab edir ki, ilk iddia üzrə İddiaçı iddia tələbi qismən, yəni 1250 manat əmək haqqı və 30 manat dövlət rüsumun ona ödənilməsi hissəsində təmin edilməli, ilk iddia qalan hissədə rədd edilməli, həmçinin qarşılıqlı iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d ı: İlk iddia ərizəsi qismən təmin edilsin. İlk iddia üzrə cavabdeh “xxxx” MMC-dən 1250 manat məbləğində əmək haqqı və 30 manat məbləğində dövlət rüsumu alınaraq ilk iddia üzrə İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-973/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-973/2021
20.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver