Məhkəmə qərarları › İş №2(068)-1/2021

Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-1/2021

02.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-1/2021 02.04.2021 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinə, Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən inşa edilmiş hasarın qəzalı vəziyyətə salınması və hasarın uçma təhlükəsi altında qalmasına şərait yaradıldığına görə hasarın təhlükəli vəziyyətinin aradan qaldırılması üçün tələb olunan 16000 manat məbləğində maddi ziyan, 150 manat qiymətləndirmə xərci və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 16180 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 müştərək qaydada tutulması və hasarın ətrafında qazıntı işləri aparmaq, hasarın bərpasına mane olmağı onlara qadağan edilməsi və onların istifadəsində olan sahədən hasarın bərpasına şərait yaradılmasının təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 tərəfindən qanunsuz olaraq zəbt edilmiş və qazılaraq gediş-gəliş üçün yararsız hala salınmış evinin yuxarı başında olan yolun onların öz hesabına bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması, həmin yolda gediş-gəlişə yaradılan maneələrin aradan qaldırılması və həmin yolun bağlanmasının onlara qadağan edilməsi, evin aşağı başında ümumi istifadədə olan yolun əvvəlki vəziyyətinə gətirilərək boşaldılması, it yuvasının sökülməsi və həmin yolda gediş-gəlişinə yaradılan maneələrin aradan qaldırılması və həmin yolun bağlanmasının onlara qadağan edilməsi, həmçinin cavabdehlərdən 20000 manat məbləğində mənəvi ziyanın əvəzinin müştərək qaydada xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəfindən inşa edilmiş hasarın qəzalı vəziyyətə salınması və hasarın uçma təhlükəsi altında qalmasına şərait yaradıldığına görə hasarın təhlükəli vəziyyətinin aradan qaldırılması üçün tələb olunan 16000 manat məbləğində maddi ziyan, 150 manat qiymətləndirmə xərci, 100 manat vəkilə ödənilmiş xərc, 5 manat notariat rüsumu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 16285 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 müştərək qaydada tutulması və hasarın ətrafında qazıntı işləri aparmağı, hasarın bərpasına mane olmağı, gələcəkdə hasara hər hansı bir formada ziyan vurmağı onlara qadağan edilməsi və onların istifadəsində olan sahədən hasarın bərpasına şərait yaradılmasının təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 tərəfindən qanunsuz olaraq zəbt edilmiş və qazılaraq gediş-gəliş üçün yararsız hala salınmış evinin yuxarı başında olan yolun onların öz hesabına bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması, həmin yolda gediş-gəlişə yaradılan maneələrin aradan qaldırılması və həmin yolun bağlanmasının onlara qadağan edilməsi, evin aşağı başında ümumi istifadədə olan yolun əvvəlki vəziyyətinə gətirilərək boşaldılması, it yuvasının sökülməsi və həmin yolda gediş-gəlişinə yaradılan maneələrin aradan qaldırılması və həmin yolun bağlanmasının onlara qadağan edilməsi, həmçinin cavabdehlərdən 20000 manat məbləğində mənəvi ziyanın əvəzinin müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxış iclası xx xxxxx 2021-ci il tarixə saat 14:00-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərər birlikdə geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və işin baxılmamış saxlanılması məsələsinin müzakirəsini mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, cavabdehlər işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizalari tədqiqatının dəyəri 200 (iki yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Aparılmış məhkəmə tikinti-texniki ekspertizalari tədqiqatının dəyəri 200 (iki yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar