Məhkəmə qərarları › İş №2(068)-105/2020

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-105/2020

13.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-105/2020 13.08.2020 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment və əlavə xərclərdə iştirak" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "aliment və əlavə xərclərdə iştirak" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxxxx 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddia ərizəsinin verildiyi tarixdən hər ay 170 manat sabit pul məbləğində alimentin, həmçinin iddiaçı tərəfindən uşağın əməliyyatına çəkilmiş 1000 manat xərcin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbinin dəqiqləşdirilməsi barədə xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxxxx 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddia ərizəsinin verildiyi tarixdən hər ay 170 manat sabit pul məbləğində alimentin, həmçinin iddiaçı tərəfindən uşağın əməliyyatına çəkilmiş 800 manat xərcin yarısını təşkil edən 400 manatın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçının nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Cavabdehla 2007-ci ilin avqust ayında ailə qurmuşdur. İddiaçı cavabdehlə rəsmi nikaha daxil olmamış və onların faktiki nikah münasibətləri 5 il çəkmişdir. xx xxxxxxxx 2010-cu il tarixdə faktiki nikah münasibətindən Hüseyn adlı bir oğul övladları dünyaya gəlmişdir. Cavabdeh uşağın saxlanmasına maddi yardım göstərmir və üzərinə düşən atalıq borcunu yerinə yetirməkdən boyun qaçırır. Uşaq da yetkinlik yaşına çatmadığından iddiaçı heç bir yerdə işləmir, uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Həmçinin, bir müddət əvvəl uşağın sağlamlıq durumunda problem yaranmış, bununla bağlı sonuncunun əməliyyatına görə “Avrasiya” klinikasına 800 manat vəsait ödənilmiş, lakin buna baxmayaraq cavabdeh yenə də heç bir maddi köməklik göstərməmişdir. Ona görə də iddiaçı uşağın saxlanması üçün alimentin və iddiaçı tərəfindən uşağın əməliyyatına çəkilmiş xərcin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdeh uşağı ilə maraqlanmır, onun saxlanılması üçün iddiaçıya maddi cəhətdən hər hansı bir yardım etmir. Həmçinin, iddiaçının cavabdehlə arasında aliment tutulması barədə saziş yoxdur. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Xızı rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş AZ- İİİ seriyalı, 220037 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X8 xx xxxxxxxx 2010cu il tarixdə Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində doğulmuşdur. İşdə olan “Avrasiya” klinikası tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 75 nömrəli arayışdan və epikrizdən görünür ki, 2010-cu il təvəllüdlü X6 həqiqətən “Avrasiya” klinikasında xx xxx 2020-ci il tarixdə «Retroktiv xaya» cərrahi əməliyyatı icra olunmuş və özəl tibb müəssisəsi olduğu üçün xəstə tərəfindən 800 manat əməliyyat məbləği, müayinələr daxil ödənilmişdir. İşdə olan Ədliyyə Nazirliyinin İnformasiya sistemində olan əmək müqaviləsi məlumatlarından görünür ki, Cavabdeh “Samuray” firmasında çilingər işləyir və aylıq əmək haqqısı 400 manat təşkil edir. İşdə olan xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddiaçı 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehlə 2007-ci ilin avqust ayında faktiki nikaha daxil olmuş və bu izdivacdan xx xxxxxxxx 2010-cu il tarixdə Hüseyn adlı övladları doğulmuşdur. Sonradan ailə daxili münasibətlərin kəskinləşməsi səbəbindən onlar faktiki olaraq bir yerdə yaşamırlar. Hər hansı bir yerdə işləməyən iddiaçı hazırda tək qadın olaraq yetkinlik yaşına çatmayan uşağını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Cavabdeh isə rəsmi iş yeri olmaqla, hər ay 400 manat əmək haqqı almasına baxmayaraq, övladının maddi təminatı ilə maraqlanmır. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X2 "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında xx xxxxxx 2019-cu il tarixli Qanuna əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 170 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx xxxxxxxx 2010-cu il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, habelə cavabdehin rəsmi iş yerinə malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, xx xxxxxxxx 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx xxxx 2020-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, iddia tələbinin "əlavə xərcin ödənilməsi" hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı bu hissədə faktiki nikahlarından doğulmuş Hüseyn Nəcəfzadənin əməliyyatı ilə bağlı əlavə xərclərdə cavabdehin iştirakının təmin edilməsi predmetli iddia qaldırmışdır. Lakin, məhkəmə araşdırması zamanı xx xxxxxxxx 2010-cu il təvəllüdlü X5 hər hansı ağır xəstəlik və gözlə görünən şikəstlik əlamətləri müəyyən olunmamış, habelə, iddiaçının nümayəndəsi və vəkili Vüqar Məmmədov hazırkı iddia tələbində irəli sürülən məsələ ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81-ci maddəsinə müvafiq olaraq cavabdehdən iddiaçının xeyrinə əlavə xərcin tutulması istisna edilir. Həmin məsələni tənzimləyən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində təsbit edilmişdir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə qeyd edir ki, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə, tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq edilmiş həqiqi və mötəbər hallar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, dövlət rüsumu ödəməkdən azad edilməsinə baxmayaraq, 30 manat dövlət rüsumunun İddiaçı tərəfindən ödənilməsi nəzərə alınmalı, həmin məbləğ Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxxxx 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx xxxx 2020-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar