Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-191/2021 08.10.2021 XIZI RAYON MƏHKƏMƏSİ Mən, Xızı Rayon Məhkəməsinin hakimi X1, kreditor "xxxx" MMC-nin Borclu qarşı “borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini nəzərdən keçirərək müəyyən etdim: Kreditor "xxxx" MMC Borclu qarşı ərizə ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1515,24 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, borclu ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizəyə əlavə edilmədiyindən ərizə geri qaytarılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 11.2-ci maddəsində qeyd edilir ki, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir Göründüyü kimi, tərəflər arasında olan müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı yaranmış istənilən mübahisənin ilk növbədə məhkəmədənkənar (danışıqlar yolu ilə), daha sonra məhkəmə qaydasında həll edilməsi müqavilədə müəyyən edilmişdir. Belə olan halda əgər müqavilənin icrasında hər hansı bir problem yaranıbsa, bu barədə Kreditor ilk növbədə, Borcluya məlumat verməli, ona pretenziya məktubu ilə rəsmi müraciət etməli, bu müraciətə cavab verilməsi üçün müəyyən müddət gözləməli və ən əsası bütün bunlar barədə məhkəməyə sübut təqdim etməli idi. Hazırkı ərizəyə isə Borclu borcun ödənilməsi tələbi ilə bağlı edilən xəbərdarlıq əlavə edilsə də, həmin xəbərdarlığın borcluya göndərilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Belə olan halda məhkəmə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) düzgün riayət edilmədiyi nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatın ərizəyə əlavə edilməməsinin əmr icraatı qaydasında verilmiş ərizənin forma və məzmununa dair tələblərdə xüsusi olaraq qeyd edilməməsi Kreditorun bu qaydaya riayət etmədən birbaşa məhkəməyə müraciət edə biləcəyi mənasına gəlmir. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilədə də qeyd edildiyi kimi mübahisə varsa, tərəflər əvvəlcə bunu öz aralarında danışıqlar yolu ilə həll etməyə cəhd etməli, daha sonra məhkəməyə müraciət etməlidir. Bu zaman müraciətin iddia icraatı, yaxud əmr icraatı qaydasında edilməsinin iş üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, hər iki halda tərəflərdən biri digər tərəfin müqavilə öhdəliklərini pozduğunu hesab edir və pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlir. Lakin, artıq yuxarıda qeyd edildiyi kimi tərəf bu cür ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin danışıqlar yolu ilə həllinə cəhd etdiyini göstərən müvafiq sənədləri məhkəməyə təqdim etməli idi. Bu baxımdan, məhkəmə ərizənin tələbi təsdiq edən sənədlər əlavə edilmədən məhkəməyə təqdim edildiyini hesab edir və belə nəticəyə gəlir ki, ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.2 və 279.2.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 279-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Kreditor "xxxx" MMC-nin Borclu qarşı “borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin və ərizə, ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-191/2021
Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-191/2021
08.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver