Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-238/2025 21.01.2026 XIZI RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X1 atası olmamasının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər 2015-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə faktiki nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X2 doğulmuşdur. Hazırda iddiaçı hesab edir ki, birgə faktiki nikahlarından olan xx.xx.2021-ci il təvəllüdlü X2 onun övladı deyildir və buna şübhə edir. Cavabdeh iddiaçını aldadaraq həmin uşağın onun olduğunu bildirmişdir. Ona görə də iddiaçı uşağa atalıq vermişdir. Uşağa atalıq verərkən həmin uşağın onun uşağı olmadığını bilməmişdir. Bu səbəbdən də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, ancaq iddiaçı məhkəməyə teleqram ünvanlayaraq iddianı müdafiə etdiyini və hazırkı mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, eyni zamanda cavabdehin nümayəndəsi və vəkili Vəkil da, məhkəməyə ərizə ünvanlayaraq verilmiş iddia ərizəsi ilə razı olduğunu və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 05 yanvar 2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 690617 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 15 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Onun atası İddiaçı, anası Cavabdehdır. İşdə olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 14 dekabr 2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 443972 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 15 dekabr 2021-ci il tarixdə Cavabdeh doğulmuş X1 atası hesab edilmişdir. İşdə olan 26 may 2025-ci il tarixli, MŞQ/MT/040/2025-00301 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı “atalığa dair mübahisə” üzrə 26 may 2025-ci il tarixdə, saat 14:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh iştirak etməmişdir. İşdə olan Cavabdeh 13 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, iddia tələbini qəbul edir və 15 dekabr 2021-ci il təvəllüdlü X1 bioloji atası İddiaçı deyil, başqa bir şəxsdir. İddiaçının bundan xəbəri olmamışdır. İşdə olan Xızı Rayon Məhkəməsinin 2(068)-238/2025 nömrəli, 20 oktyabr 2025-ci il tarixli qərardaddan görünür ki, iş üzrə məhkəmə tibbi-genetik ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə həvalə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 04 dekabr 2025-ci il tarixli, 25/1742 nömrəli ekspert rəyindən görünür ki, götürülmüş “yanaq epiteli qaşıntısı” nümunələrinin əsasında keçirilmiş ekspertiza nəticəsində İddiaçı - X1 bioloji atası olmaması müəyyən edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər 2015-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə faktiki nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X2 doğulmuşdur. Hazırda iddiaçı hesab edir ki, birgə faktiki nikahlarından olan xx.xx.2021-ci il təvəllüdlü X2 onun övladı deyildir və buna şübhə edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 04 dekabr 2025-ci il tarixli, 25/1742 nömrəli ekspert rəyindən görünür ki, götürülmüş “yanaq epiteli qaşıntısı” nümunələrinin əsasında keçirilmiş ekspertiza nəticəsində İddiaçı - X1 bioloji atası olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh ilə faktiki nikahından doğulmuş 15 dekabr 2021-ci il təvəllüdlü X1 bioloji atası olmaması müəyyən edilməlidir. Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırda dövlət rüsumunun əvəzinin ödənilməsi barədə tələb olmadığından, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216, 220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Cavabdeh ilə faktiki nikahından doğulmuş 15 dekabr 2021-ci il təvəllüdlü X1 bioloji atası olmaması müəyyən edilsin. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-238/2025
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-238/2025
21.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver