Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-79/2024 12.03.2024 XIZI RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış nikah dövründə anadan olmuş uşaqlarının – xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019cu il təvəllüdlü X1 üçün cavabdehdən ayda hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü Ramal və xx.xx.2019-cu il təvəllüdlü Raul adlı övladları dünyaya gəlmişdir. Rəsmi nigahda olmaqlarına baxmayaraq, ümumi maraqlarının ziddiyyətli olması, xasiyyətlərinin tutmaması səbəbindən birgə yaşamaqları mümkün olmadığından, övladlarına valideyn qayğısı və dəstəyi tam şəkildə təmin edilmir. Belə ki, heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətlər kəskinləşir. Bununla yanaşı, iddiaçı nikahlarının pozulması və ailənın dağılmasını istəmir. Fürsətdən istifadə edən cavabdeh valideyn olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir, övladlarının xərclərinin ödənilməsində, onların sağlamlıq vəziyyətinin yoxlanılmasında və digər valideynlik öhdəliklərinin icrasında iştirak etmir, valideyn (atası) ilə uşaqlar arasında mövcud olmalı olan əlaqə və valideyn-övlad münasibətləri, demək olar ki, yox səviyyəsindədir. Eyni zamanda, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “aliment ödənilməsi” tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasında iştirakla bağlı dəfələrlə dəvət olunmasına baxmayaraq, cavabdeh Mediasiya prosesində iştirak etməmiş, mövcud vəziyyətlə əlaqədar heç bir dəstək göstərməmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakı etməmiş, lakin məhkəmə hazırlıq iclasında ərizə verərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən tərəflər arasında nikah 30 sentyabr 2013-cü il tarixində, Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada Allahverdiyeva soyadları verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olumuş surətlərindən görünür ki, X3 xx.xx.2013-cü ildə, X4 isə xx.xx.2019-cu ildə anadan olmuşdur. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların maddi təminatını və əvvəlki vəziyyətdə saxlanılması vacibliyini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, uşaqlar yetkinlik yaşına çatana qədər saxlanmaları üçün ayda hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixində daxil olduğundan alimentin tutulması həmin tarixdən hesablanmalı və qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixindən hesablansın. Qətnamə dərhal icraya yönəldilsin. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-79/2024
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-79/2024
12.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver